Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qışda uşaqları necə geyindirək?
Qışda uşaqları necə geyindirək?
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 239
Səs ver:
+5/-5 dərəcə
Uzun qollu futbolka, sintefon və ya membranlı kombenizon, kalqotka, üzərindən qış ayaqqabısı, yun əlcək və papaq.

-5/-10 dərəcə
Alt paltarları və ya termogeyim, nazik vodolazka, poliestrla doldurulmuş və ya membranlı kombenizon, kalqotka, qış ayaqqabısı, yun corab, yun əlcək.

-10/-15
Alt paltarları və ya termogeyim, yun kostyum, poliestrla doldurulmuş və ya tüklü kombenizon. Papaqlı kurtkanı isə yalnız güclü külək olduğu zaman geyindirə bilərsiniz. Yun və ya termocorabın üstündən qış çəkmələrini geyindirin. Yun əlcəyi də unutmayın.

-15/-25
Yenə də eyni geyimlər. Ancaq gəzintiləri vaxta əsasən məhdudlaşdırın: küləksiz havada 1 saatdan çox, küləkli havada isə yarım saatdan çox çöldə qalmayın. 1 yaşı tamam olmayan uşaqlar 15 dərəcədən aşağı temperaturda ümumiyyətlə, çölə çıxarılmamalıdır.
Bu sxemdən istifadə edərkən unutmayın ki, bütün uşaqlar fərqlidir. İstər geyindirərkən, istər gəzdirərkən uşaqların fərdi xüsusiyyətinə, orqanizminə diqqət edin.

Məsləhət:
Uşağın kombenizonu və ya qış ayaqqabısı membranlıdırsa, kalqotka və alt geyimi mütləq sintetik olmalıdır. Passiv gəzinti üçünsə tərkibində 40%-dən çox təbii parça olmayan termogeyim uyğundur. Termogeyim yalnız gəzinti zamanı geyindirilməlidir!
Hətta güclü şaxtada belə, uşağın ağzını şərf və ya dəsmalla bağlamayın. Uşaq istənilən soyuq havada normal nəfəs alır. Məsələn, mağazaya uşaqla bərabər düşürsünüzsə, ona elə kombenizon geyindirin ki, içəri girəndə kurtkanı çıxara biləsiz. Şərflə papağı da çıxardın ki, uşaq tərləməsin. Uşağın donub-donmadığını burnunun ucu, boynu, topuq və biləklərindən bilmək olar. Soyuq havada çəhrayı rəng olan yanaq və burun isə donmağın yox, uşağın sağlamlığının əlamətidir. Çünki üz donmasın deyə qan o nahiyədə toplanmalıdır.


Şərhlər: 2
Baxılıb: 239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
isdi geyimler geyinilmelidirki soyuq olmasin
23 sentyabr 2016 10:18
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Uşaqların orqanizmisi fərqli olduğundan hər kəsdə öz övladını ona uyğun geyindirməyə çalışır,məsəl üçün mənim böyük oğlum çox amma çox tərləyən uşaqdı, qışda 25 dərəcədən çox maroz belə olsa sıravno onu buxavikinin altında nazik bir köynək geyindirirəm, qalın geyinsəm sanki onu paltarla qarışıq çimizdirib çıxartmışam kimi tərləməsi olur.Amma ikinci oğlum isə tam fərqlidi isti geyinmi sevəndi) Qeyd edilən məlumatlar yeni körpəsi olan analar üçün faydalıdı, biz artıq opitni olmuşuq)) təşəkkürlər.
22 sentyabr 2016 23:17
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz