Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızıma menstruasiya olacağını necə deyim?
Qızıma menstruasiya olacağını necə deyim?
Göndərən: Ayten Melek
Şərhlər: 8
Baxılıb: 1249
Səs ver:
İlk dəfə menstruasiya görmək bir qadının həyatındakı ən əhəmiyyətli hadisələrdən biri… Həm fiziki, həm də psixoloji olaraq əhəmiyyətli dəyişmələrin reallaşdığı bu dövrdə təbii dövrlərlə əlaqədar müsbət tutum inkişaf etdirə bilmək, haradasa həyat boyu bizimlə olacaq menstruasiya dövrüylə və dolayısı ilə qadınlığımızla da barışıq ola bilməmizi təmin etmək adına çox vacibdir.

Bəzi gənc qadınlar üçün bədəndə reallaşan bu dəyişmələr yorucu, ürküdücü, aydın olmaz və darıxdırıcı ola bilər. Amma doğru dialoq və kafi məlumatlanma ilə hər qadının menstruasiya dövrüylə barışması mümkündür.

Menstruasiya mövzusunda qızınızla danışın.
Mövzuyla əlaqədar bir danışmağa şahid ola bilər, bez reklamlarını maraq edə bilər… Qızınızın sual soruşmağa başladığı gün, danışma zamanı gəlmiş deməkdir. Neçə yaşında olursa olsun, əvvəlcə mesntruasiya görmənin hər ay yaşanan normal bir müddət olduğunu söyləməniz, bunu təbii qarşılaması üçün ilk addım. Öz xüsusi tərifinizi tapın və maraqlandığı qədərini izah edin. Bir gün o böyük danışmağı edəcəyik deyə düşünməyin, qadınlıq ilə əlaqədar danışmaları gündəlik həyatınızın sıravi bir parçası halına gətirin və yeri gəldikcə danışın.

Menstruasiya mövzusunda sual soruşması üçün qızınızı ürəkləndirin.

Hər nə olursa olsun, qızınız ağlına ilişən hər şeyi əvvəlcə sizə məsləhətləşə biləcəyini bilsin. Əgər sizin də bilmədiyiniz bir mövzu olsa, bununla əlaqədar birlikdə araşdırmalar edə biləcəyinizi, lazım olduğunda bir mütəxəssisə məsləhətləşə biləcəyinizi söyləyin. Sizin qarşısında deyil də yanında olduğunu və başını qurdalayan hər şeyi paylaşa biləcəyini bilmək, güvən dolu bir əlaqə yaratmanıza köməkçi olacaq.

Siz də ona suallar verin. Əgər bu mövzu haqqında bildiyi, eşitdiyi, oxuduğu bir şeylər varsa bunlar üzərindən danışmaq daha zövqlü olacaq.

Menstruasiya bir xəstəlik deyil!
Menstruasiya olduğunda "xəstələndim" deməməsi üçün onu ürəkləndirin. Kimiləri üçün sancılı ola bilər, kimilərinin menstrusiya isə daha uzun çəkər… Amma menstruasiya görmək, sağlam bir müddətdir. Qızlar arasında danışılan, qulaqdan dolma məlumatlarla edilən şərhlərə özünü qapdırmaması üçün gerçəkdə nələr ola biləcəyini də yumşaq bir dillə izah edin.

Menstruasiya olmaq ayıb deyil!
Dünyadakı hər qadının yaşadığı bir şey ayıb və ya qorxunc ola bilməz! Eynilə cinsəllik kimi, sağlam bir insanın həyatının əhəmiyyətli bir parçası olan bu dövrü, ayıblanılacaq bir şey deyil. Qızınızın məhrəmiyyətinə hörmət edin, danışmaq istəmədiyində anlayış göstərin. Ancaq heç bir zaman, menstruasiya görmək və ya qadın olmaq ilə əlaqədar söylədiyi bir şeyi ayıblamayın.


Şərhlər: 8
Baxılıb: 1249
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NazNazi
birinci mamam sonra mamamin bibisi deyib
6 sentyabr 2016 14:48
# 8
YalniZ-ArZu
Mencede analar qizlariyla bu durumu qabaqcadan daniwsalar dogru olar.Burda pis hecne yoxdu.Mende isteyerdim anam mene evvelceden bu barede nese daniwsin,anlatsin.Wuphelerim vardi,amma deqiq melumatim yox idi.Olannan sonra yene hec ne daniwmadi,ele bezlerden istifadeni oyretdi:)))
6 sentyabr 2016 14:21
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Helena
Men mektebde gordum anama sual verdim sora daniwdi mene
6 sentyabr 2016 12:54
# 6
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Kölge
Şukur ki qizim yoxdu......
6 sentyabr 2016 12:40
# 5
Her şeye gore şukur
vipbetul
valideyinlercun lazimli xeberdi
6 sentyabr 2016 09:55
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Mən mamamdan bilirem o, deyib mənə. .
6 sentyabr 2016 09:47
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Cindrella
Ilk once qiza bildirmek lazimdir ki qorxmasin.Burada qorxulasi bir sey yoxdur.Yuxarida qeyd edildiyi kimi.
5 sentyabr 2016 23:19
# 2
MODABAZ
Vallah mene hec kım demedı yalnız qızlar arasında danıwrdq ılk defe olanda anam cox sevın heTta menı sevıncınden opdu)hecne anlamadım bu qeder sevınecek ne varkı
5 sentyabr 2016 23:17
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz