Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağını döyənlərə psixoloqdan xəbərdarlıq
Uşağını döyənlərə psixoloqdan xəbərdarlıq
Göndərən: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 482
Səs ver:
"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovanın məqaləsini təqdim edirik.

Döymək - uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip "tərbiyə" üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, daha kinli olur. Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:

Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.

Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib, özünü günahkar hiss etmək əvəzinə, onu döyəni günahlandırır.

Uşağın valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.

Uşaq valideynlərinin davranışlarını təqlid edərək, problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağı vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda uşağı səhv bir hərəkətdən qorumaq üçün ana-ataların vurmaqdan başqa çarə tapmadıqlarının şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:

- Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.

- Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa-üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən istifadə etmək çox zərərlidir. Bu, ana-ataya deyil, zülmkara yaraşır.

- Uşağa vurmaq əslində zərərlidir. Ancaq aşağıdakı hallarda son çarə olaraq buna müraciət edilə bilərlər:

- Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;

- Davamlı xəbərdarlığa baxmayaraq, pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)

Yenə də, əsas qaydamızı təkrarlayaq. Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda olan uşağı sözlə izah etməli, vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı döyməkdən qəti istifadə edilməməlidir!

Sonda isə onu demək istərdim ki, uşaq sahibi olmaq böyük məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı ona xətər yetirmədən böyütmək mümkündür.


Şərhlər: 6
Baxılıb: 482
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqi vuraraq doyerek kiminse yaninda pert ederek cezalandirmak sehf olar gozel basha dushen dille basa salmaq lazimdir
18 avqust 2016 00:56
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
irkos
menim qizimda cox deceldi meni eseblewdirir ama doyulmekle uwaq agili olmur
18 avqust 2016 00:49
# 5
Nur Melikzade
Doymek asant yol olduguna gore coxu bundan istifade edir.Amma bu uwaqa nece tesir edir duşunmurler.
18 avqust 2016 00:25
# 4
İmza
Onun_Mələyi
Sitat: Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Tam razıyam sizinlə)) Uşağı vurmaq olar amma onların yaşına , psixoloji durumuna baxaraq.mesülen bir əşyanı icazəsiz götürəndə, tərbiyəsiz söz danışanda, elektrik cerayanla filan oynadiqda elkerinə yavaşca vurmaq olar ki birdə etməsin..soralarda başa salmaq lazımdır ....
18 avqust 2016 00:02
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 avqust 2016 23:56
# 2
Cindrella
Aa Narinc xanim.Menim dostumun bir tanisidir.Cox duzgun qeyd edib.Insanlar dusunmek yerine fiziki gucden istifade edirler.Bu ise hec duzgun deyil.
17 avqust 2016 23:32
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz