loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara gecələr tualet təlimi: bezdən necə imtina etməli? - Analara TÖVSİYƏ
Uşaqlara gecələr tualet təlimi: bezdən necə imtina etməli? - Analara TÖVSİYƏ
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 764
Səs ver:
Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib.

- Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz.

- Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır. Əgər uşağınızdan sonra yatırsınızsa, özünüz yatmadan öncə onu oyadın və tualetə aparın.
Döşəyi qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da, daha baha başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu, gecənin bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.

- Yuxudan əvvəl maye qəbulunu azaldın. Uşaq yuxuya getməmişdən bir neçə saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa, 1-2 qurtum su verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını artırır.

- Yatağın yanına güvəc qoyun və əmin olun ki, həmin yerə gecə lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə, bir də bu işi böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.

- Səbrli olun. Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola bilər ki, 5-6 ardıcıl uğurlu gecədən sonra yenə də “uğursuzluqla” üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.

- Quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər “uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin. Amma uğursuzluğa görə də həddindən artıq məyus olmayın.

Şərhlər: 10
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Gunduzun pampersin tergize bilsem gecenide fikirleserem.heleki tam oyrenmiyibler
9 iyul 2016 11:21
# 10
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
SonSuz SeVGi
Menim balacam hele oyrenmiyib qarwoka oturmagi.. oturduram o qeder otururki hecne elemir meymunum )) ele oturur oynuyur deyir ana gelde sen yanimda yerde otur
8 iyul 2016 20:24
# 9
KRALİCEM
Qizimin 2-yasi var oyrenmir rle pampers isledirem
8 iyul 2016 06:47
# 8
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Gülüş.
oglum 1 yssinda ozu basa saluirdi
8 iyul 2016 01:10
# 7
vipbetul
usalarin yasi catdiqda ozleri imtina edirler bezrlerden
8 iyul 2016 00:34
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Niwanlıyam hele .mene göre xeber olmasada .çalıwaram yadımda saxlıyım.06 :D)lazımım olar gelecekde.01
8 iyul 2016 00:29
# 5
Yeni Yazar'am mən....128
Wirin Meleyim
Analara lazimdi bu:-)
7 iyul 2016 23:51
# 4
...
YalniZ-ArZu
Mende caliwiram uwagi oyredem qarwoka,ancaq heleki bacar bilmirem:(((Oturmur,qarwoku oynatmaq isteyir:).Qizlar oz tecrubenizle boluwunde menim kimi analarla.Please.....
7 iyul 2016 23:27
# 3
Ox ancaq geri çəkilərək atılar.Həyat səni çətinliklərlə geri çəkirsə,səni daha böyük şeyə atacağı üçündür.Nişan almağa davam et... melek
Gunka13
Menim balamda geceler elemir.oyretmiwem 2yas yaw yarimdi.menim meleyim
7 iyul 2016 23:13
# 2
Aileli.
FISTIK
Usaqlarimi ikisinde oyretmisem gece gündüz islatmirlar özler. Seher duran kimi oturduram
7 iyul 2016 23:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz