Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara plastilini evdə özünüz hazırlayın - QAYDA
Uşaqlara plastilini evdə özünüz hazırlayın - QAYDA
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 516
Səs ver:
Uşaqların yaradıcılıq, zehnini və xəyal güclərini inkişaf etdirən rəngarəng plastilinləri valideynlər evdə də hazırlaya bilərlər. Bu rəngarəng plastilinləri tamamilə təbii və hər evdə olan vəsaitlərlə hazırlamaq çox əyləncəlidir. Çünki hazırlanması ən az onunla oynamaq qədər maraqlıdır.

Əslində evdə iki cür plastilin hazırlaya bilərsiniz. Bunlardan biri xəmiri bişirərək, digəri bişirilmədən hazırlanır. Bişirilən oyun xəmiri daha asan formada ərsəyə gəlir. Bişirilməyən xəmirin istehsalı isə daha praktikdir və valideynlər səbirsiz uşaqları gözlətmək məcburiyyətində qalmırlar. Cəmi 2-3 dəqiqə içində hazırlanır.

Əziz valideynlər, uşaqlarınızla birgə evdə edə bilərsiniz…

Nümunə: 1 (bişirmədən)
- 3 stəkan un
- 1 stəkan su
- 2 şorba qaşığı duru yağ
- ¼ stəkan duz
- Xəmiri rəngləndirmək üçün qida boyası yerinə tərəvəz və meyvələrdən istifadə edə bilərsiniz.

Sarı rəng üçün zərdəçal, qırmızı və tonları üçün çuğundur suyu, moruq, böyürtkən və ya vişnə suyu, yaşıl üçün ispanaq suyu, qəhvəyi üçün qəhvə istifadə edə bilərsiniz.

Hazırlanması:
Qida boyasından başqa digər bütün vəsaitləri qarışdırın. Hazırladığınız xəmiri kiçik parçalara ayırın. Hər parçaya fərqli rəngdə qida boyası əlavə edin və xəmirləri təkrar yoğurarak rəngləndirin. Qida boyalarını qarışdıraraq fərqli rənglər də əldə edə bilərsiniz.

Nümunə: 2 (bişirilən)
- 1 stəkan un
- 1 stəkan su
- Yarım stəkanı duz
- 2 şorba qaşığı duru yağ
- 2 şorba qaşığı alma sirkəsi
- Qida boyası və ya dırnaq boyası

Hazırlanması:
Əvvəl unu və duzu qarışdırın. Alma sirkəsini su ilə birlikdə əlavə edin. Hazırladığınız xəmiri neçə rəng hazırlayacaqsınızsa, o qədər hissəyə bölün. Qida boyalarını duru yağ ilə birlikdə xəmirlərə əlavə edin və az odda əzərək bişirməyə başlayın. Xəmir ortada toplanaraq tavadan ayrıldıqda, odun üzərindən götürün və soyumağa qoyun. Hazırladığınız xəmirləri qurumamaları üçün mütləq ağzı bağlı plastik qablarda saxlayın.


Şərhlər: 9
Baxılıb: 516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Men vere bilmerem uwaga xemir.Plastilin almiwam ozu istediyi fiquru duzeldir,zehni inkiwaf edir.Kicik yawinnan xemirnen,bereketnen oynasa gelecekde sufredeki nemete ne hormeti olacaq uwagin.
20 iyul 2016 01:22
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
ummuselma
Təşəkkür edirəm, faydalı oldu. Xanımlar, günah deyil. Mədinə universitet tələblərindən soruşmuşuq, günah deyil. Əksinə uşağı zərərli tərkibli plastilinlerden qorumaq üçün yaxşı vasitədir.
19 iyul 2016 23:39
# 8
Totu
Xəmirlə oynamaq böyük günahdır.olmaz oynamaq
19 iyul 2016 09:44
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Gülüş.
Xemiri plastilin kimi oynatmaq olaz cooox gunahdi
19 iyul 2016 09:36
# 6
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 iyul 2016 08:55
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
krisa
Bes günah deyil,xemirle oynamaq.
19 iyul 2016 00:42
# 4
Onun_Mələyi
Ilk defedir ki ewdirem bele bir usul.Ana plan xanimlarmiz istifade etse lap yaxwi olar.
19 iyul 2016 00:23
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
ne maraqli usuldur
19 iyul 2016 00:16
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Uyda gör nələr vare vallah
19 iyul 2016 00:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz