Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın gecə rahat yatması üçün ANALARA 15 MƏSLƏHƏT
Uşağın gecə rahat yatması üçün ANALARA 15 MƏSLƏHƏT
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 780
Səs ver:
uxu saatı və yatmaq körpələrin böyüməsi və inkişafında mühüm əhəmiyyət kəsb edən məqamdır. Mütəxəssislər bildirir ki, körpəyə ikinci həftədən etibarən gecə-gündüz fərqini ayırd etməyi öyrətmək lazımdır.

Körpələr əslində yuxu nizamına tez alışırlar. Ancaq bu mövzuda valideynlərin daha sakit və səbirli olması lazımdır. Körpəniz böyüdükcə xarici dünyanı tanımağa başlayacaq və gecə yuxuları uzanarkən, gündüz yuxularında azalmalar olacaq. Körpənizin öz yuxu nizamını təyin etməsinə fürsət verməli və ona vaxt ayırmalısınız. Bu səbəbdən də ona qarşı səbirli olun. Beləliklə, onun yuxu dövriliyinin gedərək müəyyən bir nizama girdiyini görəcəksiniz.

1. Gündüz tez-tez qucağınıza alaraq xarici dünyanın fərqliliklərini qəbul etməsini təmin edin.

2. Gün ərzində ola bildiyi qədər oyaq saxlamağa çalışın.

3. Yatmazdan əvvəl mütləq qidalandırın.

4. Yuxu öncəsi ilıq bir duş qəbul etdirin.

5. Yuxu vaxtı ev içində ani dəyişikliklərdən qaçın. Qəfil yüksək səslə televizoru açmayın və ya ani hərəkətlər etməyin.

6. Dərin yuxuya getməsini izləyin. Bunu ağız və burun hərəkətlərindən anlaya bilərsiniz.

7. Gecə yuxularında ona sakit bir mühit yaradın.

8. Yuxusu gəldiyi sırada etdiyi bədən hərəkətlərini təqib edin və anlamağa çalışın.

9. Gecə yatarkən otağına aparın, işığı söndürün, lakin qapısını yarı açıq saxlayın.

10. Pijama geyindirmək, lay-lay demək və həzin musiqi onun yuxuya getməsini təmin edəcək. Yuxuya getməsi üçün hazırlanan bu mərasimlər körpənizin yuxuya hazırlanması və daha tez yatmasını təmin edər.

11. Körpənizi istəmədiyi bir şeyə məcbur etməniz və ya sərt hərəkətlər etməyiniz onu narahat edər. Bu tərz yaşana biləcək anlaşılmazlıqları mütləq yuxudan əvvəl həll edin.

12. Ağlayaraq oyanma vəziyyətində yumşaq bir şəkildə danışaraq, sakitləşdirərək, təkrar yatmasını təmin edin.

13. Evdəki rituallarınızı tez-tez pozmamağa çalışın.

14. Körpələr yuxu nizamına çox tez alışırlar. Ona görə də rahat olun, məcbur etməyin.

15. Müşahidələrinizə əsasən yuxu saatlarını təyin edin. Bir təqvim yaradın. Bu, sizin istədiyiniz saatlar deyil, uşağın təbii bədən ritminə uyğun saatlar olmalıdır.


Şərhlər: 6
Baxılıb: 780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
can hekimi
Lazimlii meluumattlardii
22 iyul 2016 14:13
# 6
narmiwka_15
ay Allah wekildeki uwagi yiyerem Allah butun balalari qorusun olmuyanlara qismet
22 iyul 2016 12:35
# 5
Be Happy))
ummuselma
Faydali meslehetlerdir. Mənimkilerin 2 yaşına qədər gecə yuxulari əsl kabus idi. Nə vaxt bunlar özləri yatacaq deyə narahat olurdum. indi əlhəmdülillah pijamalarin geyinib uzanır lar, mən də nağıl danisib, quran oxuyuram, yatmaq duasını da edib yatirlar
22 iyul 2016 07:34
# 4
YalniZ-ArZu
Bunlari bilirem emel de eleyirem.Yuxuyla bagli problemimiz yoxdu wukur.
22 iyul 2016 00:58
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Gülüş.
Faydalii melumattdi

Faydalii melumattdi

Faydalii melumattdi
22 iyul 2016 00:01
# 2
vipbetul
annelercin yaxsi meslehetlerdir
21 iyul 2016 23:38
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz