Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınızla yaşına uyğun davranın
Uşağınızla yaşına uyğun davranın
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 396
Səs ver:
Aynur Şahmuradovanın məqaləsini təqdim edirik.

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

0-2 yaşda sosial bacarıqların inkişafı . 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.

2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır.
2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn, uşaq meyvəni yumaq istəyirsə, ona “sən bunu pis yuyarsan, ver mən yuyum” yox, “sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan” demək daha düzgündür. Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.

6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.

Sosial inkişafa uyğun fəaliyyətlər

Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir:

Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı, növbə ilə oynamağı öyrənirlər.

Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir.

Musiqi və sosial inkişaf: Musiqi kəlmələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır.

Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri, nizamlı olmağı, iradəli olmağı qazandırır.


Şərhlər: 4
Baxılıb: 396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
.::ReGiNa::.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 22:38
# 4
Geтмe Qαl Deyeɴ Sevɢιlιмιz Olмαѕαdα Seɴ Cαɴιɴ,
- Qαl Bιrαzdα Zeнleмιzι Toĸ Deyeɴ Doѕтlαrιмιz Vαr ...!(
aLoNe AnGeL
gozel melumatdi
ele valideynler var ki ya usagi cox sıxırlar yada onları çox sərbəst buraxırlar
bu iki düşüncənin orta bir yerinə gəlmək lazımdı məncə cak
29 iyul 2016 18:02
# 3
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
vipbetul
valideyinlercin gozel melumatdir
29 iyul 2016 10:18
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ani
Razıyam,çalışmaq lazımdırki dost olasan
28 iyul 2016 23:44
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz