Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Loru qoyub-çöpçüyə üz tutanlar
Loru qoyub-çöpçüyə üz tutanlar
Göndərən: ulduz
Şərhlər: 6
Baxılıb: 340
Səs ver:
Bu gün infeksion xəstəliklərin artdığı bir dövrdə, hələ üstəlik özümüzün də buna bir tərəfdən təkan verməyimiz çox təhlükəlidir.

Əsasən çöp çıxaran qadınlar olur. Ekologiyanın, qidaların süni olması artıq cavan adamların canını xəstə salıb. O ki, qala yaşlı qadın olsun. Valideyinlər də düşünmədən uşağını çöpçüyə aparır. Rastına çıxan çöpçünün Hipotet B virusu olarsa, ya nəfəslə, tüpürcəklə keçə bilən xəstəlik olarsa, çox güman ki, uşağa Yoluxdurma təhlükəsi də artır. Bununla bərabər bəs valideynlərin fırıldaqçı çöpçülərdən xəbəri varmı? Yəqin ki, yox. Çünki çöpçüyə fanatik münasibəti olan valideyinlər çoxdur. Çox təssüf ki, analar körpələri savadsız və fırıldaqçı çöpçülərin əlinə verir. Çöpçülərin ağız boşluğunun infeksiyalardan təmiz olması barədə valideynlər necə əmin ola bilər?

Analar ən əvvəl uşağının sağlamlıqlarını təbii üsullarla qorumaq üçün kifayət qədər maarifli olmalıdırlar. Sonra uşağın doğulduğu gündən ona necə yanaşma və qidalanma nəzəriyyəsini və həkim məsləhətinə diqqət etməlidir.

Bu dəfəki mövzumuzu çöpçülərə həsr etdik. Niyə çöp qalır? Həqiqətən çöp qalması mümkündürmü? Çöp qalan zaman həkiməmi, çöpçüyəmi müraciət edək? Suallarına cavab tapmaq üçün LOR Hospitalın Baş həkimi lor-estetik cərrah Pərviz Aslanova müraciət etdik. O mövzu haqqında belə danışdı:

“İnsanlar adətən boğazında hansısa bir yad cisim qaldığında həkimə müraciət edirlər. Lor həkimləri endoskop vasitəsilə xəstənin boğaz nahiyəsində olan yad cisimləri görərək onu asanlıqla xaric edə bilir. Biz öz praktikamızda dəfələrlə udlaqdan və qırtlaqdan balıq sümüyü, sancaq, iynə qida qalıqları və ya digər yad cisimləri asanlıqla xaric etmişik. Lakin udlağın müəyyən hissələrində elə yerlər var ki, orada qida qalıqları qalır və çürüyərək narahatçılıq verir. Bundan əlavə bəzi uşaqlar var ki, əlində olan hər şeyi ağzına qoyur və uda bilmədiyi qidalar udlaqdakı boşluqlarda qalıb infeksiyalaşır. Bu zaman uşaqlarda boğaz ağrıları, temperaturun olması, urək bulanması, halsızlıq müşahidə edilir. Bu zaman valideynlər uşaqları mütləq lor həkimlərinə aparmalıdırlar. Həkim orada olan qida qalıqlarını təmizləyib simptomatik müalicə təyin edir və uşaq normal həyata qayıdır. Amma çox təəssüflər olsun ki, bəzi insanlar çöpçüyə üz tutur. Bu daha çox psixoloji təsirlərlə bağlıdır. Mən bunu xüsusilə araşdırmışam dünyanın heç bir ölkəsində çöpçü deyə bir anlayiş yoxdur. Bu barədə verdiyimiz suallar onlarda qəribə təəssürat yaradır. Mən sual verirəm bronxlara, qida borusuna düşən yad cisimləri tibbdən bixəbər çöpçülər necə çıxara bilər? Bundan əlavə çöpçü üfürən zaman özünün nəfəsində və ağız suyunda olan infeksiyanı asanlıqla uşağa ötürür.Buna görə çox ehtiyyatlı olmaq lazımdır. Hətta deyərdim ki bu işlə məşğul olan insanlar həkim müayinəsindən keçməlidir"


Şərhlər: 6
Baxılıb: 340
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Usaqlarimda cop pribıemi olmadi cox sukur,ama ne bilirsen usagin agzina ufuren xestedi ya saglam
13 iyun 2016 11:19
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
FISTIK
Usaqi ele seye oyrenir beden oncuda tez tez qalir.iki usaqim var mende birin bir defede olsun copcuye aparmamisam. Olubsada xeberimiz olmuyub otub ozu kecib. Burda duz qeyd olunub. Valdeyin usaqi gorse narahatdi problem var Lora aparsinlar copculer bos seydi ozde nece seydirse ancaq azerbajandadi basqa yerde gormemisem. Burda rasiyada ele sey yoxdu.
12 iyun 2016 20:19
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
copcuye inanmiram mende onlar lap usaqin boqazini ezirler
12 iyun 2016 18:36
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Ele mende infeksiyon xesteliklerin yoluxmasindan qorxdugum ucun bele weylerden uzagam uwaqlarimda bir narahatciliq olanda hekimlere muraciet edirem

Ele mende infeksiyon xesteliklerin yoluxmasindan qorxdugum ucun bele weylerden uzagam uwaqlarimda bir narahatciliq olanda hekimlere muraciet edirem
12 iyun 2016 18:30
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Mende copcuye inanmiram. Hamisi cefengiyyatdir. Bu isin hekimi varsa copcuye ne ehtiyac var
12 iyun 2016 16:57
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 iyun 2016 16:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz