Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?
Uşaqların psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?
Göndərən: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 359
Səs ver:
Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun. "Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən " sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin. Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər. Övladınıza sevməyi öyrədin.İnsanları, heyvanları, bitkiləri, təbiəti və s. Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin. Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın.Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər. Ona inandığınızı hiss etdirin.Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin. Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır. Dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin. Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.


Şərhlər: 2
Baxılıb: 359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
twk xebere gore
5 iyun 2016 11:24
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
valideyinler usaqlarina her zaman destek olmalidir kiminlese muqayise elememelidirler
5 iyun 2016 10:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz