Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar həqiqətənmi savadsızdırlar?
Uşaqlar həqiqətənmi savadsızdırlar?
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 268
Səs ver:
Ötən günün əsas xəbərlərindən biri oxuyub-yazmağı bacarmayan şagirdlərlə bağlı oldu. Keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə 24 nəfər XI sinif şagirdi, 76 nəfər isə IX sinif şagirdinin oxuyub-yaza bilməməsi aşkarlanmışdır. Təbii ki, bu "qara xəbər” bütün internet xəbər portallarında və sosial şəbəkələrdə çox sürətlə yayıldı, çünki pis xəbərlər tez yayılır. Bəs siz bu xəbəri necə qarşıladınız? Həqiqətənmi vəziyyət bu qədər faciəvidir?
 
Azərbaycanda "savadsızlığın tarixi”nə qısa nəzər salaq. XX əsrin 30-cu illərində əhalinin yalnız 30%-ə qədəri oxuyub-yazmağı bacarırdı. Savadsızlığın ləğvinə həsr edilmiş intensiv tədbirlər nəticəsində əhalinin savadlılıq səviyyəsi 1959-cu ildə 97%-ə çatmışdır. 30 il ərzində savadsızlığın kütləvi olaraq azaldılması bir millət üçün olduqca əhəmiyyətli faktdır.  Statistika komitəsinin rəqəmlərinə əsasən 1989-cu ildə əhalinin 97.3%-i, 1999-cu ildə 98.8%-i, 2009-cu ildə 99.8%-i oxuyub-yazma bacarığına malik olmuşdur. Başqa sözlə Azərbaycanda az da olsa həmişə oxuyub-yaza bilməyən insanlar olub. Daha dəqiq desək hazırda 10 milyon əhalisi olan Azərbaycanda təxminən 20,000-ə qədər insan müxtəlif səbəblərdən savadlı deyil. Bu kontekstdə IX sinfi bitirən 100,000-dən artıq məzunun 74 nəfərinin oxuyub-yaza bilməməsinin faciə kimi qəbul edilməsinin nə qədər düz olması barədə Siz qərar verin.
 
Dünyanın hər bir ölkəsində - hətta inkişaf etmişlərində belə - savadsız, oxuyub yaza bilməyən insanlar var. Çox uzaq deyil, qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, Rusiyada əhalinin 0,6%-i, Türkiyədə təxminən 5%-i, İranda isə 15%-ə qədəri oxuyub-yazmağı bacarmır (mənbə Dünya Bankı).
 
Doğrudur, ölkədə təhsil sahəsində bir çox ciddi problemlər mövcuddur. Hər bir məsuliyyətli valideynin mənəvi borcu problemləri doğru dərk etmək, və övladına dəstək olmaq, ona maneə ola biləcək amilləri minimuma endirməkdir. Lakin siz valideyn olaraq pessimist (bədbin) yox, optimist (nikbin) olmalısınız. Bəzən hansısa emosiyalara qapılıb, "hər şey pisdir” deyə düşünüb özünüzün və övladınızın motivasiyasını aşağı salmayın. Təhsildə uğur üçün ən önəmli faktor öyrənmə həvəsidir – övladınıza ümid verin və onun oxuma həvəsini artırın .


Şərhlər: 4
Baxılıb: 268
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
uwaqlara esas savad lazimdir olari oxutmaq
1 iyul 2016 13:39
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
maraqli melumatdir oxuyub yazmaq tehsil almaq vacibdir
1 iyul 2016 13:28
# 3
vipbetul
hokmen usaqlara en azindan oxumaqi oyretmek lazimdir tehsil vagibdir insan heyatinda
1 iyul 2016 00:23
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wirin Meleyim
Hm maragi idi:)))))))
30 iyun 2016 23:17
# 1
Imza aysu agazade
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz