Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın gecə yuxusunu nizama salan 15 məsləhət
Uşağın gecə yuxusunu nizama salan 15 məsləhət
Göndərən: ___Jasmin___
Şərhlər: 9
Baxılıb: 721
Səs ver:
Körpələr əslində yuxu nizamına tez alışırlar. Körpəniz böyüdükcə xarici dünyanı tanımağa başlayacaq və gecə yuxuları uzanacaq, gündüz yuxuları azalacaq. Təxminən ikinci həftəsindən etibarən körpəyə gecə-gündüz fərqini ayırd etməsini öyrədə bilərsiniz. Bu mövzuda valideynlərin sakit və səbrli olması lazımdır. Körpənizin öz yuxu nizamını təyin etməsi üçün ona fürsət verməli və zaman ayırmalısınız. Beləliklə, onun yuxu dövrülüyünün getdikcə müəyyən bir nizama daxil olduğunu görəcəksiniz.

Saytımız uşaqların yuxu nizamı ilə bağlı valideynlərə 15 məsləhət verir.

1. Gündüz tez-tez qucağınıza alaraq, xarici dünyanın fərqliliklərini görməsi və bunları qəbul etməsini təmin edin.

2. Gün ərzində mümkün qədər oyaq qalmasına çalışın.

3. Yatmazdan əvvəl mütləq yemək yedizdirin.

4. Yatmazdan əvvəl mütləq ilıq su vannası qəbul etdirin.

5. Körpə yatan zaman ev daxilində ani dəyişikliklər etməyin. Qəfil yüksək səslə televizoru açmayın və ya ani hərəkət və davranışlar etməyin.

6. Dərin yuxuya getməsini izləyin. Bunu ağız və burun hərəkətlərindən anlayacaqsınız.

7. Gecə yatan zaman imkan daxilində sakit ab-havanı qorumağa çalışın.

8. Yuxusu gəldiyi zaman etdiyi bədən hərəkətlərini izləyin və anlamağa çalışın.

9. Gecə yatanda otağına aparın, işığı söndürün, lakin qapını bir az açıq qoyun.

10. Gecə paltarı geyindirin, lay-lay deyin və ya asta səsli musiqi dinlətdirin. Körpənin yuxuya getməsini bir mərasim formasına salsanız, onu yatmağa hazırlamış olacaqsınız, daha tez və dərin yuxaya getməsinə şərait yaradacaqsınız.

11. Körpənizi istəmədiyi bir şeyə məcbur etməyiniz və ya sərt hərəkətlər etməyiniz onu narahat edə bilər. Ona görə də yaşana biləcək anlaşılmazlıqları mütləq yuxudan əvvəl həll edin.

12. Ağlayaraq oyandıqda yumşaq bir formada danışaraq, sakitləşdirərək təkrar yatmasını təmin edin.

13. Evdəki ritualları çox tez-tez pozmamağa çalışın.

14. Körpələr yuxu nizamına çox tez alışırlar. Ona görə də rahat olun, onu heç nəyə məcbur etməyin.

15. Müşahidələrinizə əsasən yuxu saatlarını təyin edin. Bir təqvim yaradın. Lakin bu saatlar sizin istədiyiniz saatlar deyil, uşağın təbii bədən ritminin təyin etdiyi saatlar olmalıdır.


Şərhlər: 9
Baxılıb: 721
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Uşaqlarım sakitlikde rejimlə yatırlar.biraz artıq səs olsa oyanıllar.ama səhərlər ikisidə səhər xoruzu kimi saat 8in yarisinnan oyanillar
3 may 2016 00:52
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 15:14
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayka95
menim oglum geceler narahat yatir özü heç vaxt yatmaz gerey menim yatizdiram
2 may 2016 14:11
# 7
vipbetul
annelecin lazimli melumatdir
2 may 2016 13:55
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canim Incim
Menim qizim 10 ayliqdir ve 5 aydir ozu yatir.eynen burda yazilanlar kimi edirem.saatnan yatirdiram.yuxusu gelende kravatina qoyuram ve otaqdan cixiram yatir.sessizliy olur evde cox rahat yatir.gece 11de yatir ve seher 8de durur.geceleri rahat yatiriq ayilmaz yuxudan.eslinde bir az usagi oyretmeynen bir az da usagin ozunnen asilidi.usaq nece rahat olursa ele etmek lazimdi.menim qizim öldür mennen yatmaz.gerek tek yata.Allah butun balalari saxlasin
2 may 2016 13:09
# 5
Fiorella
Menim sirinlerim ikiside yuxusuki geldi gerek yatzdrm yoxsa kansert vererler,oncun isimi bilirem burda deylenlerin demey olar hamsn edirem ve sukur rahat yatrlar
2 may 2016 11:43
# 4
sadece_men
Wukur menim balacamin yemey verirem gece paltarin geyindirirem qoyuram yerine ozu yatir.uwaq esasen agriyan yeri olanda geceni narahat yatir.
2 may 2016 11:29
# 3
BARBI
Analar ucun faydali melumatdir. Usagin yuxu duzeni cox onemlidir. Mutleq nizama salinmalidir
2 may 2016 11:07
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
son bahar
Cox sagolun ....ele mene lazimiydi bu melumat oglum geceler yatmir
2 may 2016 11:04
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz