Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət
İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 331
Səs ver:
Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər. Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil.  Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?
0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın  övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.
Ananın işləməsi və ya işləməməsi deyil, uşağa  ayrılan  zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.
Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:
Aqressivlik
Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən  etməsi
Siz işə gedərkən ağlaması
Siz evə gələrkən ağlaması
Yemək yemə zamanı kaprizləri
Qısqanclığı və s.

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.
İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona  izah edin.
İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.
İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.
İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə  önəm verin.
Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə  bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.
Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.
Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.
Yuxu zamanında nağıl danışın.
Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.


Şərhlər: 4
Baxılıb: 331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
İşləməyi uşaqlarıma görə hələki təxirə salmışam. 3 yaşlarına qədər. Sonra bağçaya göndərib işimə gedəcəm. İndi bütün günümü olara sərf edirem

İşləməyi uşaqlarıma görə hələki təxirə salmışam. 3 yaşlarına qədər. Sonra bağçaya göndərib işimə gedəcəm. İndi bütün günümü olara sərf edirem
1 aprel 2016 12:58
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
analar da atalarda isleselerde ovladlarina vaxt ayirmalidirlar
1 aprel 2016 11:58
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
glum meni hamiya qisqanir/)) tek ozumundu deyir)
1 aprel 2016 10:45
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
14MsM
Oglum 3yawin icinde ele bele ozudiki var kapriz edir yeyende biraz qisqanclig falan olur ...bacardigim qederi ile ona vaxt ayriram ayirmaginada ama sonzanlar yawla elaqederdi nedise erkynlewib
1 aprel 2016 00:53
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz