Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ananın sağlam qida vərdişləri
Ananın sağlam qida vərdişləri
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 379
Səs ver:
Körpələrini ana südü ilə bəsləmək istəyən anaları ən çox maraqlandığı mövzu məhz südartıran ərzaqlar və əmizdirmə dövründə düzgün qidalanma vərdişləridir. Əmizdirən analar adətən südlərinin miqdarını artırmaq üçün yüksək kalorili yeməklərə üz tutmağa və lazımından artıq miqdarda qida qəbul etməyə başlayırlar. Süd ehtiyatlarını artırmaq, ana-bala köpünü azaltmaq, əmizdirən müddət daxilində nəinki kökəlməmək hətta özünüzə və körpənizə xələl gətirməməklə istədiyiniz qədər arıqlamaq, ən əsası isə sağlamlığınızı möhkəmləndirmək üçün analarımıza bir neçə sadə məsləhətlərimiz var. 

-Suyu bədəniniz tələb edən miqdarda qəbul edin. Son araşdırmalar (L.B. Dusdieker et al. "Effect of supplemental fluids on human milk production”) göstərir ki, bədənin tələb etdiyindən artıq mayenin qəbul etməsi südün keyfiyyətinə mənfi təsir göstərə bilir. Mayenin normadan az qəbul edilməsi də süd ehtiyatında problemlərə səbəb ola bilər. Gün ərzində 6-8 stəkan su kifayətdir. 

-Aclıq hissi gələndə yeyin. Peyğəmbərimiz (sallalahu əleyhi va səlləm) buyurur: "Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki, insana onu ayaq üstə saxlaya biləcək bir neçə loğma kifayətdir. Əgər bir kimsə mütləq çox yemək istəyirsə mədəsinin üçdə birini yeməyə, üç də birini içməyə, üç də birini də nəfəsinə ayırsın!” (Tirmizi). 

Yüksək kalorili və ifrat miqdarda yemək heç də südün artmasının zamini deyil. Süfrədən xəfif aclıq hissi ilə durun. Əgər yemək qəbulundan sonra özünüzü ağır və tənbəl hiss edirsinizsə, deməli lazım olan miqdardan qat-qat artıq yemisiniz. Bu halda yeməyinizin miqdarını tədricən azaltmaqla özünüzü həm sağlam həm də güclü hiss edəcəksiniz. 

-Sağlam və evdə hazırlanan yeməklərə üstünlük verin. İfrat şəkildə emal olunmuş ərzaqlar (ağ un, ağ şəkər və s.), hazır qida məmulatları (yarımfabrikatlar, şirniyyat və.s ) və qida əlavələrindən (ketçup, mayonez və s.) maksimum dərəcədə yayınmağa çalışın. 

-Təbii məhsullara üstünlük verin. Meyvə- tərəvəzləri, paxlalı və dənliləri fəal şəkildə yeməklərinizdə istifadə edin. Çoxsaylı emaldan keçən ərzaqları daha az emal olunmuş şəkildə (məsələn ağ unu kəpəkli unla, ağ şəkəri qəhvəyi şəkərlə, ağ düyünü qonur düyü ilə əvəz edərək) qəbul edin. Süni yolla bəslənmiş və ya becərilmiş məhsullara təbii alternativ axtarın. Bəzi zərərli kimyəvi maddələr ana südü vasitəsilə körpəyə ötürülə bilər. 

-Kaffein və alkoqollu içkilərdən, tütün məmulatlarından çəkinin (Maureen Minchin "Breastfeeding Matters” və Australia National Health and Medical Research Counsil məlumatlarına görə). Kola, şokolad, qəhvə, ifrat miqdarda qara çay , enerji içkilər və hətta az miqdarda spirtli içki südün miqdarına və keyfiyyətinə mənfi təsir göstərir. 

-Rasionunuzda fitoestrogenlərin miqdarına nəzarət edin. Bəzi təbii məhsullar (adaçayı otu, nanə, cəfəri, ətotu, soya) fitoetrogenlə zəngin olduğundan südün müəyyən miqdarda azalmasına səbəb ola bilər ("The Breastfeeding Mother’s Guide to Making More Milk” Diana West, Lisa Marasco). Qidanızdan onları tam kəsməyə ehtiyac yoxdur sadəcə kəmiyyətinə nəzarət etməklə onlardan faydalanmaq olar. 

-Fərdi həssaslıq. Əgər hər hansısa ərzaqların qəbulu sizə köp və allergiya verirsə onlardan az miqdarda istifadə etmyə calışın. Ümumilikdə isə istənilən qida məhsullarından istifadə edə bilərsiniz. 

Müəllif: Səltənət Zülfüqarova,


Şərhlər: 4
Baxılıb: 379
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ilk nur
Coox sagolun lazinli xeberdi
3 may 2016 12:28
# 4
vipbetul
annelercin lazimli melumatdir
3 may 2016 09:27
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
men bu yazilanlarin hamisini yaziram yaddawimin en derinliklerine ozde yagli qelemle)))sagol Gulercimmm
2 may 2016 23:38
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Kölge
Süd verirem ...qidalanmagima diqqetle yanaşiram
2 may 2016 23:25
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz