Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərin övladlarının evlənməsindəki vəzifələri
Valideynlərin övladlarının evlənməsindəki vəzifələri
Göndərən: _damla_
Şərhlər: 3
Baxılıb: 372
Səs ver:
Həzrət Peyğəmbər (s) buyurur: "Övladın atası üzərində üç haqqı vardır: gözəl ad seçmək, yazmağı və savadı öyrətmək, övladı həddi-büluğa çatan zaman, onu evləndirmək".
Qurani-Kərim buyurur: "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin". ("Nur" 32).
Hər bir valideynin arzusudur ki, övladının xeyir işini və toyunu görsün və orada iştirak etsin. Ancaq buna nə qədər nail ola bilir və ya ola bilmir - orası məchuldur. Hər bir valideyn, maddi çətinliklərinin olmasına baxmayaraq, övladına evlilik mövzularında dəstək olar və onu evləndirməyə səy göstərər. Lakin bəzən valideynlərin bu səyi qarşısında övladı o qədər nalayiq rəftarlar nümayiş etdirər ki, onun ümidsiz olmasına səbəb olar.
Valideyn istəyir ki, öz nəzərində xeyirli olanı övladına təklif etsin və övladı da onu qəbul edib, təşəkkür etsin. Lakin bu, həmişə belə olmur. Əksər cavanlar valideynlərin bu təklifi ilə müxalif olur və ona müqavmət göstərərlər.
Bəzi valideynlər də maddi imkanları olmadığı üçün övladını bu sahədə dəstəkləyə bilmir. Ona sadəcə düzgün seçim etməkdə yönləndirir və xata etməsinə imkan vermir. Bütün bunlar - valideynlərin yerinə yetirdikləri vəzifələrdir.
Valideyn o zaman öz vəzifəsinə əməl edər ki, övladına düzgün seçim etməkdə yardım edər, ancaq həyatına təsir qoymaz. Onun qərar verməsini özünə həvalə edər, sadəcə yol göstərər. Əgər övladı da yaxşı tərbiyə alıbdırsa, düzgün ilə yanlış seçimi bir-birindən ayıra biləcək və ən yaxşısını seçəcəkdir. Valideynin bu sahədə övladına təzyiq göstərməsi məsləhət deyil və çox acı nəticələrə səbəb ola bilər. Övladının həyatını poza bilər və onu həyatdan küsdürər.
Təbiidir ki, valideyn övladını tərbiyə edən zaman ona düzgün və yanlış meyarları təlim vermişdir. Adətən övladımızın həyata baxışı bizimkinə bənzəyir. Çünki onu biz tərbiyə etmişik və bizim üçün nə düzgün sayılırsa, ona da onu öyrətmişik. Lakin bəzi amillər vardır ki, onu bizdən fərqləndirir. O, bir övlad olaraq bizdən daha güclüdür, çünki onu biz tərbiyə etmişik, o, bizim təcrübələrdən bəhrələnmişdir. Bütün bunları nəzərə almayan valideyn, bəzən övladının seçiminə etimad etmir və ona təsir göstərməyə çalışır.
Belə olan halda bəzi problemlər baş qaldırar. O cümlədən: övladı evlilik mövzusunda məsuliyyətli olmaz, cütlər arasında sevgi bağları meydana gəlməz, qarşılıqlı anlaşılmazlıqlar və sonrakı böhranlar ortaya gələr ki, bəzən ailə təməlini belə, sarsıdar.
Biz demirik ki, valideyn övlafını özbaşına buraxsın. Xeyr, sadəcə seçimini onun ixtiyarına buraxsın və özü təsir göstərməsin. Düzgün seçim etməsi üçün yönləndirsin və təkliflər versin. Valideyn təkcə seçimdə deyil, sonrakı ailə həyatında da övladına dəstək ola bilər. Onun ailəsinin necə xoşbəxt ola biləcəyinə dair tövsiyələr verə bilər və xatalarını üzə çıxardıb, ona söyləyər.
Beləliklə deyə bilərik ki, valideynin vəzifəsi övladını evləndirməkdir. Bu yolda ona dəstək olmalı və etdiyi seçimdə ona tövsiyələr verməlidir, ancaq təzyiq göstərməməli və ona etimad etməlidir. Əgər maddi durumu yaxşıdırsa, övladının ailə qurmasında maddi yardım göstərməli və ayaqda durana qədər ona dəstək olmalıdır. Övladını heç bir şeyə məcbur etməməli və sadəcə təklifləri və tövsiyələri ilə ona həyat meydanında yardım etməlidir. Budur valideynin əsil vəzifəsi.


Şərhlər: 3
Baxılıb: 372
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
her bir valideyine ovladinin xos gununu gormeyi Rebbim qismet etsin Amin insallah
15 mart 2016 15:16
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Her bir valideyn allahdan uzun omur isterki ovladini boya basa catdirsin onun xos gununu gorsun. Valideynler ovladi heddi buluga catana qeder ozu oz ayaqlari uste durana qeder ovladina baxmalidir.
15 mart 2016 09:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Valideynlər övladları üçün daima ən yaxşısını istər özünə uyğun şəkildə lakin bəzən bəzi övladlar ən yaxşısını deyil öz istədiklərini istər bu da valideyn və övladın həyata baxışlarından fərqli olmasından irəli gəlir. Amma nə olsada valideynin, böyüklərin övladları üçün istədikləri onların daima yaxşılarla əhatə olunmasıdır pislərlə deyil... Odur ki, rəbbim hər bir insana valideynlik borcunu yerinə yetirməyi və onlara xeyirli övlad nəsib etsin ....
15 mart 2016 08:53
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz