Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq oyuncağın parçasını udarsa, nə etməli?
Uşaq oyuncağın parçasını udarsa, nə etməli?
Göndərən: adsiz-a
Şərhlər: 4
Baxılıb: 356
Səs ver:
Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən biri də evdə baş verən qəzalardır. Bəs bu qəzalar zamanı ilkin yardım olaraq nə etmək olar?

Oyuncaq xəbərdarlığı
Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.

Hündürlükdən yıxılarsa
4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş problemi yaranarsa, mütləq həkimə müraciət edin.  

Nəsə udarsa
Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3 yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir şey giribsə, əl vurmadan həkimə aparın.

Elektrik vurmasına qarşı
"Rozetkalar" qoruyucu qapaqla bağlanmalıdır. Elektrik cərəyanı vurması zamanı görüləcək ilk iş nəbzi və tənəffüsü yoxlamaqdır. Uşaqda huşunu itirmə və üzünün rənginin solması kimi şok əlamətlər varsa, başı gövdəsindən bir az alçaqda, ayaqları isə yuxarıda olacaq şəkildə uzadılmalıdır.

Manejdə yalnız buraxmayın
Manej ev qəzalarının sayını artıran ən təhlükəli əşyadır. Buna görə diqqətli olmaq lazımdır. Özəlliklə 5 yaşdan kiçik uşaqlar hamamda yalnız buraxılmamalıdır. Su dolu vannanın içinə başı üstə düşə bilər. Kənarları şüşə, iti və sərt olan ev əşyalarının küncləri plastik qoruyucularla qorunmalıdır.

Uşağın yanında dərman içməyin
Evdə uşaqların əli çatacaq yerlərə dərman qoymayın. Uşaqların hər şeyi yamsılamaq istəyini nəzərə alaraq, yanlarında dərman içməyin.


Şərhlər: 4
Baxılıb: 356
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumatdir
21 mart 2016 01:31
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Bu hallardan mən hər zaman ehtiyatlı olmuşam ,körpə olarkən yerdə heç bir balaca bir əşya saxlamazdım birdən götürüb ağızlarına salarlar deyə,amma bir dəfə vətənimdə olanda oğlumun birini qaynanama əmanət edib digər balaca oğluma baxmağa getdim birdə gördüm oğlum nəfəs ala bilmir sən demə qaynanam toyuqlara verilən dənlərdən oğluma verib oynamaq üçün buda götürüb qaynanamdan xəbərsiz salıb burnuna üç dörd dənə,qorxsamda özümü itirmədən hamsını çıxartdım birdə övladımı kimlərəsə əmanət etmədim))Allah uzaq eləsin belə problemləri övladlarımızdan,faydalı məlumat üçün tşklər.
20 mart 2016 23:57
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
S.Heydarova
Analar üçün faydalı məlumatdır)
20 mart 2016 18:17
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Usagi olan valideynler her zaman diqqet etmelidir. Usaqlari gozden qoymaq olmaz
20 mart 2016 18:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz