Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın boyu niyə uzanmır?
Uşağın boyu niyə uzanmır?
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 460
Səs ver:
Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir. 

Lakin bu hər zaman mümkün olmur. Uşağın boy atması nədən asılıdır? 

1. Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur. 

2. İnsan orqanizmində xüsusi \"somatotropin\" hormonu var ki, bu hormon sümük toxumasının əmələ gəlməsini stimullaşdırır və nəticədə uşaqda boy atma prosesinə təsir edir. Bundan əlavə bu hormon əzələ toxumasının artmasına təsir edir. Bəzən uşqların orqanizmində bu hormon çatışmır və nəticədə uşağın boyu normal uzanmır. Bu səbəbdən uşaqda boy atma ləngiyirsə, onu mütləq endokrinoloq müayinə etməlidir. 

3. Düzgün tamdəyərli qidalanma uşağın boy atmasına təsir edir. Elmi cəhətdən sübut olunub ki, uşaq orqanizmində boy atması hormonunun ifrazını zülallı qidalar stimullaşdırır, qlükoza isə əksinə ləngidir. Bu səbəbdən uşağın rasionunda kəsmik, ət, yumurta kimi məhsulların miqdarını artırmaq, şirniyyatların miqdarını isə azaltmaq lazımdır. 
Boy atma prosesinə həmçinin A vitamini (kök, balıq, qara ciyər, göyərti), B vitamini (kərə yağı, süd, yumurta, qoz), kalsium (süd məhsulları), fosfor (balıq) təsir edir. 

4. Coqrafi mühit, iqlim də uşağların boy atma prosesinə təsir edir. Şimal ölkələrində yaşayan insanlar, cənub ölkələrində yaşayan insanlarla müqayisədə daha ucaboy olur. Alimlər sübut edib ki, gün şüaları insanda boy atma prosesini sürətləndirir. Lakin gün şüaların \"artıqlığı\" əksinə bu prosesi ləngidir. 

5. Həkimlər uşağın boyunu onun sağlamlığının \"indikatoru\" kimi qiymətləndirirlər. Sağlam uşaq daha tez uzanır, hər hansı xəstəliyi (xüsusilə ciddi xroniki xəstəliyi) olan uşaq isə əksinə daha gec uzanır. Boy atma prosesi bir çox xəstəliklər zamanı ləngiyir. Anemiya, bağırsaqda sorulma proseslərin pozulmaları, tez-tez təkrarlanan nəfəsalma sistemi xəstəlikləri, ürək qüsurları, böyrək və qara ciyər funksiyalarının pozulmaları uşaqda boy atma prosesini müvəqqəti olaraq ləngidə bilər. Uşaq sağaldıqdan sonra isə uşaq daha tez uzanmağa başlayır. 

6. Uşağın psixoloji durumu da boy atma prosesinə təsir edir. Uzunmüddətli stress zamanı boy atma hormonun ifrazı azalır və uşaqlar uzanmır. Bu səbəbdən ailədə uşaq üçün müsbət psixoloji şərait yaratmaq çox vacibdir. 

Nəzərinizə çatdıraq ki, oğlanlarda boy atma prosesi təxminən 19-21 yaşlar arası, qızlarda isə daha tez 17-19 yaşlar arası bitir.


Şərhlər: 6
Baxılıb: 460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aynur00
menim ekizlerimin birin boyu ucadı..biride normaldı yaşıdları kimi.. hemişe soruşurlarki bir yaş ferqleri var... biri uca boy olacaq.
26 mart 2016 21:38
# 6
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
vipbetul
Bu esasen genendi
26 mart 2016 15:17
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu daha cox genetik faktorlardan asilidir. Birde usaga boy uzadan mehsullar verilmelidir
26 mart 2016 09:54
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ekizlerin mamasi
Əkizləri min 1inin boyu yaxşıdı biri ciqqilidi 01 hadi bidi kimi 01
26 mart 2016 09:07
# 3
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
SENSİZ
Menim uwaqlarim ekizdi Ona gore yawidlarindan bir az boyda balacadirlar. Mende boylarinin uzun olmaqini isteyirem .Xebere gore tewekkurler
26 mart 2016 08:50
# 2
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
evli.mutlu.cocuklu
Hahahaa maraqli idi
26 mart 2016 01:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz