Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə nə vaxt görməyə başlayır
Körpə nə vaxt görməyə başlayır
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 537
Səs ver:
Doğulduğu anda körpənizin gözləri, yetkin dövründəki böyüklüyünün təxminən dörddə üçü qədərdir. Gözün ağ qisimi (gözakı; sklera) göy rəngə çalan bir tonda olarkən rəngli qisimi (iris) mavi rəngdən tünd rəngə qədər dəyişə bilir. Yeni doğulmuşların göz bəbəkləri kiçikdir və işığa reaksiya olaraq dərhal büzülmməyə bilər. 
Körpəniz gözlərini çox vaxt bağlı saxlayır. Bu, körpənin görə bilmədiyi mənasını verməz. Əslində körpələr bulanıq da olsa doğumdan dərhal sonra görməyə başlayırlar. Yeni doğulan körpəniz baxışlarını üzünün qarşısında tutulan obyektlərə mərkəzləşdirməyə çalışacaq. İşıq 20 ilə 30 sm. dən daha uzaqda isə görünüş bulanıq olar və körpənin gözləri, hər biri başqa bir istiqamətdə olmaq üzrə, ətrafını araşdırır.Vaxtında doğulmuş bir körpənin, gördüyü obyektlər ana üzü kimi canlı ola bildiyi kimi bir işıq qaynağı ya da qırmızı rəngdə bir əşya kimi cansız da ola bilər. Körpənin bunları gördüyünü, baxışının get-gedə daha diqqətlə bir nöqtəyə zillədiyini anlaya bilərsiniz. 
Əgər obyekt yavaş-yavaş bir tərəfdən digərinə hərəkət etdirildə, obyektə gözlərini dikib, qısa və ani göz hərəkətləriylə obyekti izləyə bilər. Körpə ayrıca işığın şiddətinə də həssasdır. Parlaq bir işıq qarşısında gözlərini qırpır, möhkəmcə yumar və ya bağlayar. Doğulan gündən etibarən formaları, naxışları və xəttləri ayırd edə bilir. Naxışlı səthləri mat ya da parlaq tək rənglıri seçir. Zolaqlı və bucaqlı obyektlərə daha uzun müddət baxar. Əmizdirmə əsnasında ananın gözləriylə körpənin gözləri arasındakı uzaqlıq, körpənin bir obyekti ən yaxşı tuta bildiyi uzaqlıqdır. Bu göz gözə əlaqə uşaqla ana arasındakı ilk ünsiyyət yoludur. 
Yeni doğulan körpə rənglərdən çox şəkillərə maraq duyur. Həyatının ilk dövründə olan bir körpə üçün ən əhəmiyyətli obyekt insan üzüdür, ümumiyyətlə də anasının üzü. 
Körpənizin ilk göz müayinəsi xəstəxanada aparılır. Bu müayinədə həkim körpənin gözlərini yaxından araşdırır və işığa göstərdiyi reaksiyanı izləyir. Çox körpələrdə yüngül hipermetropiya olmaqla birlikdə bəzi körpələr, xüsusilə də yarımçıq doğulanlar miop olaraq doğulurlar (yəni uzaqdakı obyektləri görə bilmirlər). Normal körpə böyüdükcə gözləri dəyişilir və həm yaxındakı, həm də uzaqdakı obyektləri daha diqqətli görür. 
Bəzi körpələr qismən və ya tam korluqla doğulurlar. Bunun məşhur səbəbləri arasında inkişaf pozuqluqları, infeksiya, doğuş travması, oksigen çatmazlığı (hypoxia) və gözün özünü ya da beynin görmə mərkəzinə gedən sinirləri təsir edən genetik xəstəliklər sayıla bilər. 
Əgər körpənin xəstəxanada keçirdiyi ilk günləri əsnada bir problem olmursa ana və ata körpələrinin görməsində bir problem olduğunu necə bilə bilər? Bunun ilk ipuclarından biri Nistagm olaraq adlandırılan gözlərin müxtəlif istiqamətlərdə titrəməsidir. Körpənin gözləri birdən yuxarı aşağı, sağa sola ya da dairəvi olaraq hərəkət etməyə başlaya bilər. Geniş rast gəlinən digər bir işarə də körpənin, hər iki gözünü bir obyekt üzərində düzgün fiksə etməməsidir. Bir göz bir obyekt üzərinə sabitlənər, digəri isə axtarar. Körpə gözlərini qıyaraq baxa bilər və ya gözləri çəp ola bilər.Çoxunun dediyinin əksinə uşaqlardakı çəpgözlük böyüdükcə özbaşına itməz. Gözləri çəp vəziyyətdəki körpələrin bir oftalmolog (göz həkimi) tərəfindən müayinə edilməsi şərtdir. 
Doğumdan sonra: Körpənin görüş məsafəsi məhdud olduğundan, valideynlərin üzü özünə 50cm’dən yaxındırsa gözləri valideynlərin üzünə yönəlmişdir. 
1 aylıq: Körpə xüsusilə də ana və atasının üzlərinə baxmağı çox xoşlayır 
2 aylıq: Gözlərini nəyəsə ziləyir; obyektlərin kənar və guşələrindən görə bilər. Bir obyekti gözünün bir ucundan digərinə qədər təqib edə bilər. 
3 aylıq: hərəkət etməkdə olan bir insanı gözləriylə təqib edə bilər. Üzləri araşdırmaq çox xoşuna gedər; saç və üz arasındakı rəng onun marağını çəkər. 
4 aylıq: Biri ya da bir şeyin tanış olduğunu bilir; əllərinə baxar. Baxışlarını fərqli uzaqlıqlara zilləyə bilər 

5 aylıq: Düşən bir obyekti gözləri ilə axtarar. 
6 aylıq: Göz və əl uyğunlaşması yaxşıdır; aynadakı görünüşünü əlləməyə çalışır; bir obyektin fərqi bucaqlardan eyni olduğunu qavrayar, yerə saldığı bir obyekti axtarmağa başlayır. 
7 aylıq: Kiçik cisimlərə fokuslanar. Aynadaki görünüşünə əlləriylə vurar. 
8 aylıq: Birinin işarə etdiyi yerə baxar və onu təqib edər 
11 aylıq: Tez tez obyektlərə fokuslanar 
12 aylıq: Ananın gördüyü qədər yaxşı görə bilər; bir obyekti son gördüyü yerdə axtarar.


Şərhlər: 4
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ne maraqli melumat oldu
22 may 2016 14:54
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Allah hec kimseni dunya isigindan mehrum etmesin
21 may 2016 21:52
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
son bahar
Allah hec kimseni dunya isigindan mehrum etmesin oglum uc ayliqdi wukurler olsun gormesi normaldi
21 may 2016 19:59
# 2
...
Miss_Oxatan
InwAllah her kesin korpesi sag-saglam dogulsun menimkide icerisinde.Allah ozu bilen meslehetdir.
21 may 2016 19:46
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz