Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniyetmələrdə aqressiya
Yeniyetmələrdə aqressiya
Göndərən: Tomris Müslümova
Şərhlər: 8
Baxılıb: 392
Səs ver:
Şəxsiyyətlərarası münasibətlərin pozulmasının bir sıra səəbəbləri var ki, bunlardan da ən başlıcası aqressiyadır. Aqressiya sözü latın mənşəlidir, mənası hücum etmək deməkdir. Aqressiya insanlar tərəfindən də məhz bu anlamda qavranılır. Aqressiv insan dedikdə hər kəs gözləri qarşısına qəzəbli, qəddar bir insan gətirir. Bu insan uşaq da ola bilər, yeniyetmə də, gənc də, yaşlı da. Lakin insanlar aqressiv insanın bu hala gəlmə səbəbi üzərində çox düşünmür. 
Aqressiyanın daha çox konfliktlərə səbəb olduğu yaş dövrü yeniyetməlik, mühiti ailə ola bilər. Mentalitetimizə xas tərbiyə üsulunda valideyn-övlad arasında olan münasibət olduqca məsafəli və az emosionaldır. Valideyn heç bir zaman böyütdüyü övladından ona qarşı səsini yüksəltməsini, ona qarşı çıxmasını görmək istəmir. Lakin bu heç də yeniyetmələr tərəfindən birtərəfli qarşılanmır. Yeniyetmə qarşısındakı insanın onu anlamasını, dəstəkləməsini, dərdinə şərik olmasını gözlədiyi halda əks reaksiyanı görür. Bu halda isə onu anlamadığı üçün müəyyən şəxslərə qarşı aqressiya yaranır. Aqressiv davranan bir yeniyetmə valideynləri və ətrafdakılar tərəfindən hər zaman qınaq obyektinə çevrilir. Bəs yeniyetmələrdə daha çox hansı səbəblər aqressiyaya səbəb ola bilər?
Ailə üzvləri tərəfindən diqqətsizlik, yaxud həddindən artıq mühafizəkar ailə, qadağaların çox olması yeniyetmələrdə aqressiya yarada bilər. Aqressiya tək aqressiv davranış olaraq qalmır, özü ilə bir sıra neqativ dəyişikliklər gətirir: özünə qapanıqlıq, ünsiyyətsizlik, həyata marağın sönməsi və s.
Aqressiya yaradan səbəblərdən biri də özünə inamsızlıqdır. Belə ki, yeniyetmənin hansısa uğursuzluqdan sonra özünə olan inamı itir və o özünü sübut etmək üçün aqressiv davranışlar göstərir, bununla özünü sübut etdiyini düşünür. Özünə inamsızlıq müxtəlif səbəblərdən yarana bilər. Yeniyetməlik dövründə özünə inamsızlıq qarşılıqsız sevgidən, imtahan həyəcanından əldə olunmuş uğursuzluqdan qaynaqlanır. Bu halda yeniyetməni narahat edən nəticənin uğursuz olması, eyni zamanda dostlarının, həmyaşıdlarının əhatəsində "imic”inin korlanmasıdır. Bu dövrdə özünə inamın itməsinə səbəb olan bir situasiya da dostluq münasibətləridir. Hər bir məktəbdə, hər bir sinifdə müəyyən qruplaşmalar, bir-birinə əks olan dostlar olur. Belə qruplaşmaların ən çox mənfi təsir etdiyi məktəblilər isə qrup tərəfindən təcrid olunan, heç kəslə sirrini bölüşməyən yeniyetmələr olur. Əhatə dairəsindəki insanlar tərəfindən qəbul olunmamaq, bəyənilməmək qorxusu özünəinam hissini aşağı salır və bundan qurtulmaq üçün yeniyetmə aqressiyadan istifadə edir, ünsiyyətə girmək istəmir, buna səbəb kimi isə aqressiv olmasını göstərir.
Bəs aqressiya hər zaman mənfi mənalı olur? Xeyr, aqressiya əslində insana özünü müdafiə üçün bəxş olunmuşdur. Bir sıra hallarda insan aqressiv olmaqla gələcək çətinliklərdən özünü müdafiə etmiş olur. Bəzən biz düşünmədiyimiz halda qarşımıza çıxan maneələri məhz aqressiyamız sayəsində dəf edə bilirik. Sadəcə olaraq maneələri dəf etmək, hansısa məqsədə nail olmaq müsbət qarşılandığı üçün burada aqressiya hiss olunmur.
Bəs aqressiyadan necə uzaq durmalı? Əgər aqressiyanı yaradan səbəb ailə mühitidirsə, o zaman ailədaxili münasibətləri qaydaya salmaq məsləhətdir. Çünki ailə daxilində konfliktlər hər zaman psixoloji gərginlik yaradar və insanda aqressiv davranışa səbəb olar. İnamsızlıq hissi ilə müşayiət olunan aqressiya isə özünəinamın yenidən bərpa olunması ilə aradan qalxar. Ümumi olaraq isə aqressiyadan uzaq durmaq üçün sadəcə olaraq konfliktdə olduğumuz insanla bizi narahat edən mövzunu ətraflı şəkildə müzakirə etmək, dinləmək və bunun nəticəsində də öz fikirlərimizi qarşı tərəfə çatdırmaq kifayətdir. Unutmaq lazım deyil ki, konflikt 2 cür olur – konstruktiv və destruktiv. Destruktiv konflikt dağıdıcı olub münasibətlərin məhvinə xidmət etdiyi halda, konstruktiv konflikt insanların bir-birini tanımasına və daha möhkəm bağlarla bir-birinə bağlanmasına səbəb olur. Güclü olan yüksək səs tonu və əzələ gücünə malik insan deyil, təmkin və iradə ilə məqsədinə doğru irəliləyəndir. Öz həyatınıza hansını uyğun bilməyiniz isə Sizin seçiminizdir!


Şərhlər: 8
Baxılıb: 392
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
neinki gencler mence bu aqresiya 7-8 yashdan bashlayir. ushaq sosiallashmaga bashlayan kimi aqresiya meydana cixir.
1 may 2016 13:21
# 8
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Totu
Mende çox esebiyem demek olarki indi insanlarim 95-faizi esebidi
1 may 2016 12:01
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
___Jasmin___
Ele mende yaman esebiyem ele coox uzaga getmeyek dunen esebden azqala aglayacaqdim 18 menimki de eseb deyil şizofreniyadi 01
1 may 2016 11:37
# 6
I remained behind now the mother of 14 spring -Big

Catwoman666
Xeberin seklindeki qiza baxanda ozumu gordum sanki122
Dehset aqressiv, esebi insanam. Artiq veziyyetim daha da ciddilesir. Menimki esebilikden cixib. Xesteliye dogru gedir. Qeribe hereketler edirem uje eseblesende.........

...666...
30 aprel 2016 21:43
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
indi aqresiyadan uzaq durmaq olmurki isdesende o cur olursan isdemesende
30 aprel 2016 21:32
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tenha cicek
ufffff aqresiyadan danisma eyyyy.etrafimdaki insanlar hec biz zaman meni basa duwmur hemise men pis oluram.men haqli ola ola meni haqsiz cixarirlar.men de temiz deli oluram.ha isteyirem sakit olum yenede meni deli eliyiller
30 aprel 2016 21:07
# 3
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
Indiki zamanede butun gencler aqressivdir. Aqresiyayla basa cixmaq cox cetindir. Aqresiv olmamaq ucun dava dalasdan konfliklerden uzaq olmaq lazimdir
30 aprel 2016 20:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
savior angel
Ele 5ci gun bu barede 7_8ci siniflerle bu barede psixoloqla sohbet apardiq.Movzu aqressiya idi bu barede testler eletdirdik.Sozun duzu testler maragimi cekdi mende eledim 45_50fazi derecesi hedsiz aqressiv olanlar idi.olardan biri de men cixdim

Amma indiki zamanda aqressiv olamamaq qeyri mumkundu cunki bezen valideynler etrafimizdakilar bawa duwmur bizi ya daki biz bawa duwe bilmirik
30 aprel 2016 19:41
# 1
I choose to be happy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz