Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər 10 uşaqdan 7-si davranış pozuntusuna məruz qalır
Hər 10 uşaqdan 7-si davranış pozuntusuna məruz qalır
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 413
Səs ver:
Hazırda uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlar davranış pozuntusu və kaprizlərdir.

Demək olar, hər 10 uşaqdan 7-sində bu problemlərə rast gəlinir.
Mütəxəssislər vurğulayır ki, özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosial amillər təsir göstərir. Uşağın ailə daxilində daim danlanması, əsassız təhqirlərə məruz qalması onda özünəinamsızlığın yaranmasına səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır.
Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq, yetkin insan kimi görürlər. Tez-tez "Sən böyüksən bu işi belə görməlisən!", "Bunu düz etmədin, böyüklər, belə etməz" kimi sözlərdən istifadə edirlər. Bu yanaşmalar isə uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır, qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz, bu düşüncə uşağın utanmasına, ailə üzvlərindən kənarlaşmasına səbəb olur.
Davranış pozuntusunun bir sıra səbəbləri var. Onlardan ən əsası diqqət çəkmək istəyidir. Yəni uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyir və ailədən lazımi diqqəti almayanda mənfi hərəkətlərə yol verirlər. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və sair. İkinci səbəb isə, özünü təsdiqlətmək istəyidir. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları həddindən artıq qoruyur, hətta uşağın görməli olduğu işi özləri yerinə yetirirlər. Beləcə, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, amma əslində bu, uşaqda davranış pozuntusuna gətirib çıxarır.
Uşaq ətrafında etibar edəcəyi birini, eləcə də onu başa düşən birinı tapmayanda bu zaman bütün hisslərini gizlətməyə çalışır, fikirlərini bölüşmür, qərar qəbul etməkdə çətinlik çəkir. Bu, nəticədə onun özünəqapanmasına səbəb olur. Bu isə o deməkdir ki, uşaqlar onlara qarşı davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözdə deyil, əməldə göstərməliyik.


Şərhlər:
Baxılıb: 413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz