Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin qulağının ağrıdığını necə bilək?
Körpənin qulağının ağrıdığını necə bilək?
Göndərən: Qlamurr
Şərhlər:
Baxılıb: 674
Səs ver:
Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi qulaq ağrısıdır. Bəs danışmayan körpənin qulağının ağrıdığını necə bilmək olar? Aile.lent.az bununla bağlı pediatr Günay Rəsulovanın məsləhətlərini təqdim edir.
 
Həkim deyir ki, körpənin qulağının ağrıdığını qışqırıb ağlaması, qulağını dartması, xüsusilə gecə yuxusuzluğu və narahatlığı, əmməkdən imtina etməsi, qulaqdan axıntının olması, qulaq önü-tragus nahiyəsini yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar: "Valideynlər bəzən əlini tez-tez qulağına aparan, sırğalığı çəkişdirən körpənin qulağının ağrıdığını zənn edər və qulaq damcılarından istifadə etməyə başlayarlar. Lakin bu, hər zaman qulaq ağrısı - otit əlaməti deyildir. Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz, çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Qulaq ağrısını ciddiyə almaq və mütləq mütəxəssisə müraciət etmək lazımdır”.

G. Rəsulovanın sözlərinə görə, uşaqların qulağını təmizləmək lazım deyil. Qulaqda normalda sera - qulağın normal ifrazatını sintez edən vəzilər vardır. Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və qulaqdan axıntı şəklində xaric edilə bilər. Bunu da qulaq ağrısı ilə qarışdırıb, yersiz qulaq damcılarından istifadə etmək olmaz: "Uşaqları çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım da deyil. Əksinə, xarici qulaq keçəcəyinin yuyulması ordan seranın - qulağın normal ifrazatının xaric edilməsini asanlaşdıracaq. İstisna hallar - otitin kəskin dövrü və təbil pərdəsinin dəlikli olmasıdır”.

Qulağı ağrıyan uşağa evdə necə kömək edək?
Uşaq qulaq ağrısından çox ağlayırsa, ona mütləq ağrıkəsici siroplardan vermək (İbuprofen), qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulması da ağrını yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutulmuş damlalardan varsa, qulağa damızdırmaq körpəni rahatlatacaq.


Şərhlər:
Baxılıb: 674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz