Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər uşağın öyrənməsi lazım olan mühüm bacarıqlar
Hər uşağın öyrənməsi lazım olan mühüm bacarıqlar
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 523
Səs ver:
Həyatda qalma bacarığı
Hər uşaq həyatda qalmaq üçün lazımi bacarıqlara malik olmalıdır. İsinmək, su və yemək tapma üsullarını bilmək, müxtəlif texnikaları istifadə etmək və özünü müdafiə etmək. Günümüzdə bir çox uşaq vəhşi təbiətdə necə həyatda qalacağını bilmir, çünki bunu təcrübə etməyə şansları yoxdur. Amma siz valideyni olaraq bəzi mühüm bacarıqları ona öyrədə bilərsiniz.
 
Sadə bir yemək hazırlamaq
9 ya da 10 yaşına gəlmiş uşaqlar sadə bir yemək hazırlamağı bilməlidirlər. Bu yemək asan hazırlanan, sadə və doydurucu bir yemək olmalıdır. Uşaqlar belə şeyləri öyrənərək onlara olan inamlarını inkişaf etdirə və daha müstəqil fərdlər ola bilirlər.
 
Məktub yazmaq
Günümüzdə artıq məktub yazmaq vacib və lazımlı görünməsə də, bu bacarığı uşağınıza öyrədin. Məktub yazmaq rəsmi və doğru şəkildə dil istifadə etməyi tələb edir. Uşağınıza bu bacarığı ailənin böyüklərinə məktub yazaraq aşılaya bilərsiniz.
 
Sadə işlər
Təmizlik, paltar yumaq, qab-qacaq yumaq kimi sadə işləri uşağınıza öyrədin. Sizə ev işlərində yardımçı olmasını təmin edin. Bu şəkildə təmizliyin əhəmiyyətini də uşağınıza aşılaya bilərsiniz.
 
Problem həll etmə bacarığı
Hər uşaq neçə yaşında olursa olsun, problem həll etmək qabiliyyətinə malik olmalıdır. Uşağınızı kəşf etmək, suallar vermək və müxtəlif həllər tapmaq üçün cəsarətləndirin. Ağlındakı suallara cavab tapması üçün araşdırma aparmağa təşviq edin.
 
Öz başına xoşbəxt olmaq
Uşaqlarınıza müstəqil olmağı, həyatdan zövq almağı və xoşbəxtliyi kiçik şeylərdə tapmağı və xoşbəxtliyini başqasına bağlamamağı öyrədin. Uşağınızın şəxsi həyatına hörmət göstərin və özünə aid vaxtı olmasına icazə verin, beləcə uşağınız necə bir insan olmaq istədiyini də kəşf edə bilər. Bu vaxtı ona tanımaq gələcəkdə özünə güvənən yetkin biri olmasını təmin edəcəkdir.
 
Mərhəmət
Hamımızın zaman-zaman üzərində çalışması lazım olan bir bacarıq olan mərhəmət son dərəcə əhəmiyyətlidir. Bu mühüm qabiliyyəti uşağınıza nə qədər tez öyrətməyə başlasanız, o qədər yaxşı bir insan olacaqdır. Uşağınıza öz mərhəmətinizlə yaxşı nümunə olun.

Uşağınızın həyata hazır olmasını təmin edin.


Şərhlər:
Baxılıb: 523
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz