Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu
Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 699
Səs ver:
Uşaqlarınızın boyunu uzadan 5 əsas amil" href="/ana-ve-usaq-20/usaqlarinizin-boyunu-uzadan-5-esas-amil-161">Uşaqlarımıza sevgimizi hiss elətdirdikdə onlar daha sakit, pozitiv və sosial olurlar. Sevgini hiss etmədiklərində isə stresli, narahat və gərgin olurlar. Onlara nə qədər diqqət göstərsək, zaman ayırsaq, stresli, narahat və əsəbi davranışları o qədər az olar. Aşağıda sizə uşaqlarınıza necə davranmaq lazım olduğunu və sevildiyini necə hiss elətdirə biləcəyinizin yollarını təqdim edirik:

Mobil telefonunuzu söndürün
Əgər işləyən bir valideynsinizsə, axşam evə gələndə, işləmirsinizsə, uşaqlarınız məktəbdən qayıdanda ən az yarım saat telefonunuzu söndürün və bütün diqqətinizi onlara yönəldin.

Şam yeməyini birlikdə yeyin
Birlik və bağlılığın ən əsas simvollarından biri şam yeməyidir. Bu vaxtları birlikdə keçirməyiniz ailənizlə xoşbəxt olduğunuzun, onları sevdiyinizin ən yaxşı sübutudur.

Yatmamışdan əvvəl vaxt ayırın
Uşaqlarınız yatmağa hazırlaşarkən onlara kitab oxumaq və ya sadəcə yanlarında olmaq belə onların xoşbəxt və rahat şəkildə yatmaqlarına, özlərini sevgi dolu hiss etməklərinə kömək olur. Həmçinin, zehni inkişafları üçün də yuxu vaxtında yanlarında olmaq faydalıdır.

Fiziki təmasda olun
istiqanlılıq və sevgi hiss etmək uşaqların inkişafı baxımından olduqca faydalıdır. Fiziki təmas uşağınızın özünə inamını artırır, tərs və antisosial olmasının qarşısını alır. Gün ərzində qucaqlamağınız, ya da öpməyiniz sevginizi hiss etdirir.

Onunla danışarkən göz təması çox önəmlidir
Uşağınızla aranızda sağlam münasibət qurmağın ən yaxşı yolu göz təmasıdır. Hamının bütün gün kompyuterə, ya da telefona baxaraq vaxtını keçirdiyi dövrdə uşağınızla danışarkən göz təması qurmaqla onunla həqiqətən maraqlandığınızı göstərmək çox əhəmiyyətlidir. O, böyüdükcə bunun əhəmiyyətini başa düşəcək və gələcək həyatında o da bunu həyata keçirəcəkdir.

Yaxşı nümunə olun
Onlara yaxşı nümunə olmağa çalışın. Uşaqlarınıza davranışlarınızla nümunə olmağa çalışmalısınız. Onlara necə davranmalı olduqlarını təkcə sözlə deyil, etdiyiniz hərəkətlərlə də öyrətməlisiniz

Danışarkən sözünü kəsməyin
Uşağınız məktəbdə yaşadıqları haqda, yaxud da oxuduğu bir kitab və ya baxdığı bir film barədə sizinlə danışdığı zaman sözünü kəsməyin və sona qədər səbrlə qulaq asmağa çalışın. Bu, onların dediklərinin qiymətli olduğunu düşünmək və özlərini önəmli hiss etməklərinə səbəb olacaqdır.

Hədiyyələrini saxlayın
Uşağınız sizə yazdığı bir qeyd, özü çəkdiyi bir şəkil və ya kiçik bir şeir hədiyyə edəndə onlara dəyər verdiyinizi göstərmək üçün mütləq bu hədiyyəni saxlayın. Bunu özəl bir yerdə saxlayın, iş yerinizə aparın və yaxud da hər hansı birini böyüdüb çərçivəyə saldırın. Bunu etməyiniz ona böyük müvəffəqiyyət hissi verəcəkdir.


Şərhlər:
Baxılıb: 699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz