loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pnevmoniya - uşaqlar və yaşlılar təhlükədədir!
Pnevmoniya - uşaqlar və yaşlılar təhlükədədir!
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 451
Səs ver:
Pnevmoniya çox təhlükəli xəstəlikdir. Baxmayaraq ki, hal hazırda pnevmoniyanın diaqnostikası və müalicəsi üçün ən effektli vasitələr mövcuddur, pnevmoniya hər il  insanların ölümünə səbəb olur.
Bu xəstəlik xüsusilə yaşlı insanlar və uşaqlarlar üçün təhlükəlidir.
Pnevmoniya əsasən digər tənəffüs sistemi xəstəliklərinin fonunda (infeksion, virus və s.) inkişaf edir. Pnevmoniya müxtəlif mikroblar (pnevmokokklar, stafilokokklar), viruslar (qripp, paraqripp, adenovirus), göbələklər, birhüceyriləlilər tərəfindən törədilə bilər. Bəzən pnevmoniya zəhərli buxarların, qazların və s. ziyanlı maddələrin insanın nəfəs yollarına düşməsi nəticəsində inkişaf edir.
Pnevmoniya əsasən immun sisteminin zəifləməsi fonunda inkişaf edir. Belə zəifləmənin səbəbi soyuqlama, virus xəstəlikləri, immun sisteminini zəiflədən bəzi dərman preparatlarının qəbulu ola bilər.
Pnevmoniyanın inkişafı riski bu qrup insanlarda daha yüksəkdir:
- yaşlı insanlar
- kiçik yaşlı uşaqlar
- siqaret çəkən insanlar
- ağ ciyərin xroniki xəstəlikləri, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri və s. xroniki xəstəlikləri olan insanlar
- cərrahi əməliyyat keçirmiş insanlar. Pnevmoniya xəstəxanada müalicə alan insanda inkişaf edə bilər - buna "xəstəxanadaxili pnevmoniya" deyilir.
- anadangəlmə nəfəsalma sistemi patologiyaları olan insanlar
- müxtəlif səbəblərə görə immun sistemi zəifləmiş insanlar.
Pnevmoniyanın vaxtında aşkar olunması çox vacibdir. Bundan hətta insanın həyatı asılı ola bilər. Təəssüf ki, bəzən pnevmoniya özünün hec bir ciddi dimptomla büruzə vermir və bu halda diaqnoz çox gec qoyulur. Pnevmoniyadan sığortalanmaq üçün daim immun sisteminizi gücləndirin, virus və infeksiya xəstəlikləri düzgün və vaxtında müalicə edin, həkimin nəzarətində olun. Bu xüsusilə uşaqlar üçün vacibdir!
Xəstəliyin diaqnozunu terapevt və pulmonoloq birlikdə təyin edir. Diaqnozun dəqiqləşdirməsi üçün rentgenoqrafiya müayinəsi, qan analizləri, bəlğəmin analizi aparılır.
Pnevmoniyanın simptomları:
- hərarətin kəskin qalxması, titrəmə
- bəlğəmli öskürək (bəzən öskürəkdə qan izləri olur). Nəzərə almaq lazımdır ki, bəzən pnevmoniya zamanı öskürək olmaya bilər.
- sakit vəziyyətdə havanın çatışmaması hissi
- tərləmənin artması, zəiflik, baş ağrıları
- taxikardiya (ürək döyünməsinin artması)
- dərinin solğun olması
- dərin nəfəsalma və öskürək zamanı döş qəfəsində ağrılar.
Yüngül hallarda pnevmoniya ev şəraitində müalicə olunur. Lakin bir çox hallarda pnevmoniyanın müalicəsi xəstəxana şəraitində aparılır. Müalicə kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə, iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.). Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob, virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya (maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs gimnastikası) böyük rol oynayır.
Pnevmoniyanı heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!
Pnevmoniya ağır fəsadlar (ağ ciyərin ödemi, irinli prosess, ağ ciyərin toxumasının parçalanması və s.) verə bilər. Bundan əlavə pnevmoniya fonunda müxtəlif orqan və sistemlərdə ağır pozulmalar inkişaf edə bilər - ürək çatışmazlığı, böyrəklərin funksiyasının pozulması, nevroloji pozulmalar və s.

Şərhlər:
Baxılıb: 451
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz