Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları kitab xəstəsi etməyin sirləri
Uşaqları kitab xəstəsi etməyin sirləri
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 537
Səs ver:
Amerika Pediatriya Akademiyasının tövsiyələri
Əksər uşaqlar kitab oxumağa tənbəllik edir, valideynlər də övladlarının kitaba həvəssiz olmasından tez-tez şikayətlənirlər. Lakin bir məqamı unutmayın ki, ona kitab oxumaq vərdişini siz qazandırmalısınız, özü də zaman-zaman…  Övladlarımıza kitab sevgisini aşılamağın bir neçə sirrini Amerika Pediatriya Akademiyasının mütəxəssislərindən öyrənin.

Hər gün bir neçə dəqiqə övladınıza kitab oxuyun – bunu xoş dəqiqələr kimi keçirin;
Oxuma prosesi olduqca şən və əyləncəli olmalıdır. Yorucu və sıxıcı proses, təbii ki, uşaqda kitaba sevgi yarada bilməz;
İmkan verin oxuma saatını və kitabı özü seçsin. Bu gündüz və ya gecə yuxusundan əvvəl ola bilər. Seçdiyi kitab isə sizə maraqsız gəlsə də, hətta dəfələrlə oxuduğunuz olsa da qəbul etməlisiniz;
Kitablardakı şəkil və illüstrasiyalara birlikdə baxıb müzakirə edin. O barədə balacanın fikrini öyrənin. Onun cavabları sizə maraqlı və təəccüblü olacaq;
Uşağınıza cürbəcür kitablar alın: şeirlər, nağıllar, hekayələr və s.;
Kitab alarkən övladınızın həvəsini də unutmayın. Məsələn, heyvansevərdirmi, yoxsa sehrbaz?!
Evinizə yaxın olan kitabxanaya yazılın, ora gedərkən onu da aparın. Kitab dolu rəflər, kitab qoxusu balacaya bu mövzuda faydalı olacaq;
Ona izah edin ki, sağlam olmaq üçün qidalandığımız kimi oxumağımız da şərtdir.

0-6 ay – başlamaq tez deyil, əksinə…
Oxumaq üçün hələ tezdir deyənlərin nəzərinə! Əksinə, siz artıq gecikmisiniz! Çünki kitaba sevginin yaradılmasına hamiləykən başlamalıydınız. Körpə doğulandan sonra mütəmadi olaraq ona kitab oxuyun. Bunu daha çox o tox ikən edin ki, balacanıza xoş gəlsin.

6-12 ay – kitabı hiss etsin
Bu dövrdə körpə kitabın "dadını hiss edəcək”. Belə ki, o, ətrafında gördüyü hər kitabı ağzına aparar və cırdığı kağız parçaları onun üçün təhlükəli ola bilər. Odur ki, balacanı kitab zövqündən məhrum etməmək üçün ona parça və ya cırılmayan materialdan hazırlanmış "yalançı kitablar” alın.

1-2 yaş – vərdiş halına salın
Artıq 1 yaşdan sonra kitaba maraq qidaya, yuyunmaya olan tələbatlar sırasına qoşulacaq. Qoy oyuncağı kitab olsun, evin hər küncündə kitab görsün və onları əzsin-cırsın, yetər ki, kitabla oynasın. Hətta belə olduqda o, kitabı götürüb sizə tərəf yüyürəcək ki, "aç, oxu mənim üçün”.  Çalışın balacanızla birgə kitablarla çox vaxt keçirəsiniz.

2-3 yaş – oxumaq, oxumaq, yenə də oxumaq!

Yuxarıdakı mərhələləri ardıcıl gəlsəniz, 2 yaşdan sonra, necə deyərlər, kitaba sevgi körpənizin ruhuna hopacaq. Digərlərindən fərqli olaraq onu hər zaman kitabla oynayan, kitab-jurnal "eşən” görəcəksiniz. Bu, çox sağlam haldır, narahat olmağa dəyməz. Ən gözəl vərdiş yuxudan öncə körpəyə kitab oxumaqdır. Ümumiyyətlə, kitaba sevgi və kitab oxumaq yeganə vərdişdir ki, onu tərgitmək belə istəməyəcəksiniz.

Aygün Quliyeva


Şərhlər: 7
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Mende ne qeder usaq kitablari alib yigmisam calisiram kitaba oyressinler. İndi hele onu qanacaq yasda deyiller ama yenede cox hevesliyem usaqlarima kitaba hevesli oyredem
12 mart 2016 10:24
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
zezema
qizim birinci sinifdedir ve artiq 15-16 bedii kitab oxuyub: defineler adasi, tom soyerin maceralari,robinson kruzo, polyanna ve.s kimi. sadece oxumagi tez oyretmishem. 4 yashinda. ushagin gerek ozunun de hevesi ola
11 mart 2016 17:42
# 6
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
gozel movzudu
11 mart 2016 15:50
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayshen
Cox duzgun qeyd olunub .. Men de yazilanlari edirem , ovladim üçün.. Calishiram ki, onda kitaba qarshi o sevgini yaradim. Kitab gorende qorxmasin..
Birde gordün balaca nagil kitablarini getirir verir ki, oxuyum onun üçün..) men de oxuyuram, oturub qulaq asir..
11 mart 2016 14:03
# 4

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
ɢüмüş
Usaqlarim kitab oxumagi sevirler. Cox heveslidirler. Cox sukur.
11 mart 2016 08:47
# 3
İnci
Essı bos seydı başdızım qızı 6yasına qeder 10kımı saya bolmırdı oyreden yox ıdı ındı super oxıyur

Essı bos seydı başdızım qızı 6yasına qeder 10kımı saya bolmırdı oyreden yox ıdı ındı super oxıyur
11 mart 2016 00:18
# 2
Her gulusun arxasında bır keder vardır
Fialka
Ən gözəl nümunə evdə uşağın kitab oxuyan doğmalarının olmasıdır. Şərt deyil ki, lap körpə yaşlarından çox nəsə tələb edilsin əsas kitabı görsün və oxumağa sevgi yaransın sonrasında artıq kitapsız qala bilməyən yetişkinə çevrilər sizlidə sizsizdə...
11 mart 2016 00:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz