Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
3 yaşlı uşağın inkişaf cədvəli
3 yaşlı uşağın inkişaf cədvəli
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 692
Səs ver:
Övladınızın 3 yaşı var və o artıq böyükdür. 3 yaşı olan uşaq cəld, çox aktiv və həyat sevər bir uşaqdır. Emosiyalardan istifadə etməyi bacarır. Danışığı tamamilə mənimsəmişdir, öz fikrini ifadə edə bilir.  
 
Üç yaşlı uşağın fiziologiyası
Üç yaş böyümənin birinci mərhələsidir. Uşaq getdikcə daha çox böyüklərə bənzəyir: həm fiziki, həm psixoloji.  Bu yaşdan etibarən ildə bir dəfə həkim müayinəsindən keçmək olar.  Qida və gündəlik rejimdə xüsusi dəyişiklik yoxdur (əgər uşağı bağçaya vermirsinizsə). Artıq övladınıza şirniyyat verə bilərsiniz. Doğrudur, siz onun şirniyyat yeməsinə ciddi nəzarət etməli olacaqsınız. Ancaq uşağı bundan məhrum etmək olmaz. Şirniyyatın onun dişlərinə ziyan vurmaması və gələcəkdə diabetə tutulmaması üçün nəzarət mütləqdir. Ancaq şirnini yeməkdən əvvəl verməyin. Bu onun iştahını pozacaq. Qalan hər şey əvvəl olduğu kimidir: uzun gecə yuxusu, bir günorta yuxusu və 4 dəfə qidalanma.

3 yaşlı uşaq psixologiyası
Valideynlər 3 yaşından etibarən uşağı bağçaya verirlər. Məzuniyyət vaxtı başa çatan ana əgər uşağı qoymağa yeri uoxdursa və dayə tutmaq imkanı yoxdursa, işə çıxmalı və uşağı bağçaya verməlidir. Əgər övladınız indiyə kimi hər hansı məşqlərə gedibsə, bağçaya getmək asan olacaq. Əgər siz övladınızı evdə özünüz tərbiyə etmisinizsə, onun bağçaya  getməsində problemlər yaşana bilər. Anadan ayrılmaq uşaq üçün stressdir. Bu mərhələni elə keçmək lazımdır ki, uşaq psixologiyasında fəsadlar qalmasın. Çünki bu, sonralar onun yaşıdları ilə münasibətlərinə çox təsir edir.
Uşağı qəti şəkildə bağçaya vermək qərarına gəlmisinizsə, bir müddət onunla getsəniz faydalı olar. Bəzi uşaqlar qəti şəkildə bağçadan imtina edirlər. Onda ya dayə tutun, ya da bağçanı dəyişin. Bəlkə bu bağçada nəsə uşağın xoşuna gəlmir və o bunu hələ sizə izah edə bilmir.

3 yaşda vərdiş, bilik və bacarıqlar
  Üç yaşında uşaqlar bir çox ciddi və əlaqələndirilməsi tələb olunan hərəkət bacarıqları əldə edir:
- üçtəkərli velosiped sürmək;
- xizəklə ilk addımlar atmaq ( uşaqlarda itələmə vərdişi çox daha asan əldə olunur);
- üzmək (hələ ki, valideynin köməyi ilə, çünki uşaq sudan qorxa bilər və bu onun çimmək istəyini uzunmüddət ərzində zədələyə bilər)
- konki üzəridə dayanmaq və yavaş yavaş hərəkət etmək
-topla futbol və digər oyunlar oynamaq, bunun üçün onun bütün hərəkətləri formalaşmışdır-topu atmaq, tutmaq, ayaqla vurmaq.
 
Üç yaşlı uşağın bilikləri.
- uşaq 3ə kimi saymağı,  bu sayı barmaqları ilə göstərə bilməlidir;
- uşaq böyük-kiçik, az-çox, hündür-alçaq anlayışlarını bilməlidir;
- əsas rəngləri (qırmızı, göy, sarı, yaşıl, ağ, qara) tanımalıdır;
- əsas həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) tanımalıdır;
- uşaq cisimləri hündürlüyünə, ölçülərinə, rəng və formasına görə müqayisə edə bilməlidir;
- uşaq verilən əlamətə görə digər cütünü, yarısını seçə bilməlidir.
 
Məntiqi düşüncə
- uşaq 2-4 hissəli şəkilləri bərpa edə bilməlidir;
- şəkildəki uyğunsuzluqları tapa bilməlidir;
- uşaq şəkildə artıq əşyanı seçə v səbəbini izah edə bilməlidir;
- əşyalar arasında oxşarlığı tapa bilməlidir;
- 2-3 şəkli yadda saxlaya bilər;
- valideyn 1-2 dəfə göstərdiyi hərəkəti təkrar edə bilir;
- diqqətini yayındırmadan 5 dəqiqə tapşırıq etməyi bacarmalıdır;
- uşaq şəkillərdəki oxşarlıq və fərqləri seçməyi bacarmalıdır.
 
Nitq inkişafı
- uşaq gördüyü əşyaları təsvir etməyi bacarmalıdır;
- 5-6 sözdən ibarət cümlələr qura bilər;
- uşaq əşyaları qruplara (mebel, geyim,qab-qacaq və s.) ayırmağı bacarmalıdır;
- hər əşyanın bir əlamətini deyə bilməlidir;
- insan və heyvanların əsas hərəkətlərini (oturur, durur, qaçır, yeyir və s.) deyə bilməlidir;
- mahnı və şerləri təkrar etməyi bacarmalıdır;
- öz ad və soyadını bilməlidir;
- uşaq öz səsini idarə etməyi-yavaş və hündürdən danışmağı bacarmalıdır.
 
Ətraf aləmlə bağlı biliklər:
- uşaq ev heyvanları və vəhşi heyvanları tanımalı, adlarını söyləməlidir;
- 3-4 quş, 3-4 balıq, 3-4 böcək adı bilməlidir;
- əsas 3-4 ağac, 3-4 gül adı bilməlidir;
- meyvə, tərəvəz, giləmeyvələri ayırd etməlidir;
- əşyaların düzəldildiyi materiallar (taxta, dəmir, plastik) haqqında təsəvvürü olmalıdır;
- günün vaxtlarını- səhər, günorta, axşam, gecə ayırd etməlidir
- təbiət hadisələri- qar, yağış, külək haqqında anlayışı olmalıdır.
 
Məişət bacarıqları
- uşaq özü düy əsiz geyimləri geyinə bilməlidir;
- qayçı ilə kağızı kəsə bilməlidir;
- karandaş və flomasterdən istifadə etməyi bacarmalıdır;
- nöqtə, xətlər, dairələr çəkməyi bacarmalıdır;
- şəkilləri rəngləməyi bacarmalıdır;
- əsas gigiyenik qaydaları bilməlidir.

Üç yaşlı uşağı olan valideynlərə məsləhət
Övladınız dünyaya gəldiyindən 3 il ərzində kifayət qədər yorulmusunuz. Yuxusuz gecələr, daimi məsuliyyət, uşağı xəstələnmələri və beləcə sizi yoran səbəblər çoxdur. İstirahətə böyük ehtiyacınız var. Bir çox valideynlər istirahət etmə yolunu uşağı bağçaya göndərməkdə görür. Lakin nəzərə alınmalıdır ki, heç də bütün uşaqlar ünsiyyətcil deyil, axşama kimi yad insanların əhatəsində qalmağa razı olmur. Siz uşağı bağçaya getməyə məcbur edərək onun ünsiyyətcilliyini inkişaf etdirmək istərkən tam əksinə səbəb ola bilərsiniz-uşaq qapalı və hətta aqressiv ola bilər. Ona görə də uşağı bağçaya verməzdən öncə "yüz ölçüb, bir biçmək" lazımdır. O, bir qədər böyüsə də nəzərə alın ki, hələ körpədir.

3 yaşlı uşağın tərbiyəsi
Psixologiyada uşaqların üç yaş dövrü " 3 yaş krizisi " kimi adlandırılır. Bu zaman uşaq öz arzu və istəklərinin valideyninkilərdən fərqli olduğunu bəyan edir. O, hər şeyi valideynlərinin iradəsinin əksinə etməyə çalışır. Bəzi valideynlər uşağın bu istəklərinə müqavimət göstərirlər. Bunu isə belə əsaslandırırlar:
" uşağın nə istədiyini niyə soruşum ki? Mənim hər şeydə təcrübəm var. Bəs onun? Bu hərəkəti onun "mən"ini sübutdan başqa bir şey deyil. "
" Mən tələsirəm, o isə yavaş-yavaş ayaqqabılarının bağını bağlayır. Buna kim dözər? Özüm tez bağladım, o isə bir üsyan qaldırdı ki..."
" Mən hər şeyi onun üçün edirəm, o isə ərköyünləşib, hər şeyi tərsinə edir"
  Mütəxəssislər bu problemi həll etmək üçün valideynlərə ümumi məsləhətlər verirlər.
- uşağa heç vaxt olmaz deməyin, olar deyin;
- uşaqla münasibətdə aqressiyaya yol verməyin;
- uşağa çox vaxt ayırın;
- onu olduğu kimi qəbul edin;
- qərarlarınızda dəyişkən olmayın, dediyinizin arxasında durun;
- yaxşı hərəkətlərini təqdir edin, pis hərəkətləri istisna edin;
- uşağa imkan verin özü həyat təcrübəsi toplasın, məsələn, qoza sındırsın və s.
  Bütün xəstəliklərin müalicəsi olan həb olmadığı kimi uşaq tərbiyəsinin də vahid qanunu yoxdur. Hər bir ana övladını yaxşı tanımalı, fərdi yanaşmalıdır.
Üç yaşında uşağın anadan ayrılaraq sərbəstləşmənin bünövrəsi qoyulur. Bu bünövrənin sağlam olmasına həssas yanaşmaq lazımdır.
 
3 yaşlı uşağın həyatını necə təşkil etməli?
Bu dövrdə uşaq böyüyür, qaməti düzəlir, cəld, hərəkətli olur. Ona görə də ona oynamaq, qaçmaq üçün şərait yaradılmalıdır. Bundan başqa günorta yuxusunun 1,5 saat, gecə yuxusunun 10 saat olmasına diqqət yetirin.
Üç yaşlı övladınız varsa, sizin üzərinizdə böyük məsuliyyət vardır. Onu sağlam böyümək sizin vəzifənizdir.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz