Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni doğulan körpəmiz necə görünür?
Yeni doğulan körpəmiz necə görünür?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 392
Səs ver:
Hamilə qadınları ən çox maraqlandıran suallardan biri "yenidoğulan körpəm necə görünəcək?" sualıdır. Bu məqalədə ona cavab tapacaqsınız.
Yeni doğulanın başı böyük, boynu, ayaqları qısa və bədəni böyükdür. Adətən təbii doğulan uşaqlar 12 saata qədər doğuş yollarında qaldığı üçün baş bir qədər deformasiya olunaraq uzanmış, keysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda isə düzgün formada olur.
Körpənin başında yumşaq nahiyələr-əmgəklər olur. Əmgəklər onun doğuş yollarından asan keçməsini təmin edir. Arxada yerləşən kiçik əmgək 4 ay müddətində bağlanacaqdır. Alın sümüyü ilə təpə sümükləri arasında yerləşən böyük əmgək isə 9 ay ilə 1,5 yaş arası bağlanır.
Yenidoğulanlarda cinsi orqan şişmiş olur. Çünki doğuş zamanı o, anadan çoxlu qadın hormonları alır. Üz və gözlər də şişmiş vəziyyətdə ola bilər. Dodaqları çəhrayı, bilək və dabanlar isə göyümtül ola bilər.
Yenidoğulanın dərisi bətndə inkişaf səviyyəsindən asılıdır. Yarımçıq doğulanlarda dəri nazik olub, lanuqo adlanan tüklərlə örtülü ola bilər. Bundan başqa onlarda dəri ağ, yağlı örtüklə örtülə bilər. Bu qat uşağı amnion suyundan mühafizə edir. Normal və gec doğulan uşaqlarda bu qat yalnız dəri qatlanacaqları arasında ola bilər.
Doğuş ləkələri də çox rast gəlinir. Demək olar doğulan uşaqların yarısında üzdə ağ civzəyə bənzər nöqtələr olur. Zamanla keçib gedir.
Körpənin saç rəngi sizin üçün sürpriz ola bilər. Unutmayın ki, valideynlər körpələrinə əcdadlarının genlərini ötürürlər. Sarışın valideynlərin qaraşın övladı dünyaya gələ bilər və əksinə. Ancaq doğularkən olan saç rəngi onun yetkin vaxtının saçını əks etdirmir. Əksər sarışın doğulanlar sonradan qara saçlara sahib olurlar.
Körpənin göz rəngi əksər avropoid irqinə məxsus insanlarda tünd göy və ya ona uyğun tünd yaşıl, boz, mavi olur. Lakin işığın təsiri ilə bu rəng dəyişir və genlərlə müəyyən olunan rəngə çevrilir.

Ülviyyə Səid


Şərhlər: 6
Baxılıb: 392
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
men sakit sirin usaqlari sevirem amma cox bilmisleri sevmirem
23 aprel 2016 23:49
# 6
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
YalniZ-ArZu
Allah butun ana adina layiq qadinlara qismet elesin bu duygulari yawamagi.
23 aprel 2016 23:16
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Miss_Oxatan
Allah tebii yolla dunyaya uwaq getirmek qismet elesin rengi zadi duzelen iwdi)))
23 aprel 2016 23:12
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Fon sekildeki usaq cox sirindir
23 aprel 2016 21:00
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
yeni usaqi olan analarcin maraqli melumat ola biler hansisa bir deyisiklikden qorxurlarsa burda tapa bilegeyler
23 aprel 2016 20:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
krisa
Heqiqeten de eledir ,teze dogulan usaqlar get-gede formalasirlar.Düzdür hele özùme qismet olmayib,amma qayinlarim usaqlarin da müsahide etmisem.
23 aprel 2016 20:53
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz