Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin dilini necə anlayaq?
Körpənin dilini necə anlayaq?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 392
Səs ver:
Körpələrin aktiv nitqi 1 yaşından sonra, bəzən daha gec yaşlarda meydana gəlir. Lakin 4-5 ayından etibarən körpələri müşahidə etməklə onların ifadə etmək istədikləri sözləri başa düşmək olar. Buna körpələrin işarə dili deyilir.
Körpələrin bəzi işarə- sözlərinə nəzər salaq:
* ayaq və əlləri havada sürətlə hərəkət etdirmək: ilk iki ayda körpələrdə sinir sistemi yaxşı inkişaf etmədiyi üçün əl və ayaq hərəkətləri qeyri-iradi olur. Lakin sonrakı aylarda əl və ayaqların sürətli hərəkəti körpənin əsəbləşdiyinə və həyəcanlandığına işarədir. Əsasən ac olduqda və ya altını batırdıqda bu hərəkəti müşahidə etmək mümkündür.
* qidalanma: əgər körpə butulkadan yemək yeyirsə və onun əmməsi zəifləyirsə, deməli doymuşdur. Döş əmən uşaqlar isə doyduqda üzünü və bədənini başqa tərəfə çevirərək gülümsəyir.
* tualet: əgər körpə yedikdən 10-15 dəqiqə sonra sakitcə dayanıbsa, deməli kaka etmişdir. Əgər bunu hiss edib, tez bir zamanda altını təmizləməsək, əl və ayaqlarını sürətlə yellərək narazı halda ağlayacaq.
* yuxu: ən asan başa düşülən işarələrdir: gözlər bağlanır və əsnəyir. Körpələr yuxusu gəldikdə, bunu deyə bilmədikləri üçün narazı halda ağlamağa başlayırlar.
* kefin kök olması: əgər körpə yatarkən ayaqlarını qarnına çəkirsə, bu, onun kefinin kök olduğunu göstərir.
Bu, 4-5 aylıq körpələrin işarə dilidir.

Bəs 8-14 ay arası körpələrdə hansı işarələr vardır?  Aşağıdakı cədvəldə bəzi misallar görə bilərsiniz.
- qolunu bir əşyaya uzadıb, bəzən də açıb-bükmək: mən onu istəyirəm!
- bir əşyanı başqasının gözünün önündə tutmaq: buna bax!
- bir əşyanı başqasına vermək: bu sənin üçündür!
- şəhadət barmağı ilə nəyisə göstərmək: ona bax!
- baş barmağına ağzına salmaq: əmzik istəyirəm!
- başına əli ilə vurmaq: papaq istəyirəm!
- qollarını bədənin yanlarına çırpmaq- quş deməkdir.
Hər bir uşağın inkişaf tempi fərqlidir. Onların işarələr dilindən istifadə müddəti də fərqlidir. Lakin uşaq vaxtında işarə dili ilə danışmazsa, bu onun nitqinin də gecikəcəyinə işarədir.
Bəzən valideynlər düşünür ki, uşağın işarə dilinin valideyn tərəfindən başa düşülməsi onun nitqini gecikdirə bilər. Lakin bu tamamiıə səhv yanaşmadır. Əksinə işarə dili uşaq zəkasının yüksək inkişafından xəbər verir.
İşarə dili  2 yaşına qədər keçib gedir və yerini aktiv nitqə verir.

İşarə dili istifadə edən körpələrin üstünlükləri:
- daha az ağlayırlar
- daha tez danışırlar
- daha yüksək İQ-yə sahib olurlar
- daha çox söz bilirlər
- kitablara daha çox maraq göstərir, bu da təhsil uğurlarına səbəb olur
- valideyn - uşaq bağlılığını gücləndirir
- sosial duyumu gücləndirir
- əllərini daha yaxşı istifadə edir
- ana işləyirsə, anadan ayrılma stressini azaldır
İşarə dilini körpəyə öyrətmək də mümkündür.  Bunun üçün ən uyğun vaxt 6 aydır. Sizin işiniz işarələri daim istifadə etmək və ətrafdakıların da bu işarələrdən istifadə etməsini təmin etməkdir. Gələcək yazılarımızda diqqətinizə körpənin işarət dilini daha yaxşı anlamaq üçün, ətraflı məqalələr və foto materiallar təqdim edəcəyik.


Şərhlər: 5
Baxılıb: 392
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Canim Incim
Allah butun usaqlari saxlasin.menim de qizim 9 ayliqdi.eynen yazilnalar kimi de isare diliynen her seyi basa salir.butun gunu bas beynimi aparir evde.ele suluqcudu ki.hara getsem arxamca gelir.her seye el vurur.evi dagidir.Sukur ki Allah bu balani mene verdi.Allah hamiya bas beybin aparan decel usaq versin.AMIN
26 aprel 2016 12:39
# 5
Ekizlerin mamasi
Uşaqlarımı demək olarki hər dəfəsində nə istədiyini başa düşürəm. Körpə vaxtı rejimləri hər şey deyə bilirdim yemək yuxu vaxtı nə vaxti. İndidə biri çıx sözləri deyir biri hələ danismir. Ama ikisində başa düşürəm. Hərəkətləri ylə başa salıblar çox şeyi.
26 aprel 2016 12:21
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
yarpaq33
Nece deyerler lalin dilin anasi biler ((((
Analar korpelerin dilini gozel anlayir her hereketinde ne istedoyini yaxwi bilirler ((analiq hissiyati.
26 aprel 2016 09:49
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
YalniZ-ArZu
"Analiq instikti" deyilen bir wey var,bu hiss malik analar korpeler iware elemese bele,bir sesden balasinin ne istediyin anlayir,duyur.Cunki uwaq,acanda bir bawqacur aglayir,yuxusu gelende tam bawqa,nese isteyende yene ferqli.
ALLAH BUTUN UWAQLARI QORUSUN!AMIN.
26 aprel 2016 00:52
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
maraqli melumatdir esasda annelercin
26 aprel 2016 00:09
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz