Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 yaşlı uşağın inkişaf cədvəli
1 yaşlı uşağın inkişaf cədvəli
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1000
Səs ver:
Hər bir valideynin həyatının ən fərəhli anı övladının 1 yaşını qeyd etməsidir. Bəs övladınızın inkişaf xüsusiyyətləri yaşına uyğundurmu? Bütün anaları narahat edən bu sualın cavabını bu məqaləmizdə tapa bilərsiniz.
1 yaşlı uşağın hərəki bacarıqları
* dəstəksiz ayaq üstə durur;
* bir əli ilə tutaraq və ya sərbəst gəzə bilər;
* divan, kresloya çıxa  və düşə bilər;
* pilləkənləri valideynin köməyi ilə çıxa bilir, oturub, qalxır, əyilir;
* öz yaşıdının və valideynin bəzi hərəkətlərini təkrarlaya bilər (əl çalmaq, qapı döymək, silkələnmək və s.);
* piramida qura bilər, 3-4 kubdan fiqur düzəldə bilər;
* plastilindən kökələr və ilan fiquru düzəldə bilər;
* bərk qidanı dişləyə və çeynəyə bilər;
* qaşıq və fincan istifadə edə bilər;
* maneənin altından keçə bilər.
 
Fiziki inkişafı
1yaşında uşağın boy, çəki və başının ölçüsü.
Oğlan uşaqlarında
çəki  8,9- 11,6 kq,
boy 72,3-79, 7 sm,
başının ölçüsü 45,3- 48, 6 sm,
döş qəfəsinin ölçüsü 46,1-52,5 sm;
Qız uşaqlarında
çəki 8,5- 11,6 kq,
boy 71,4-78 sm,
başın ölçüsü 44,2-47,3 sm,
döş qəfəsinin ölçüsü 46,3-51,4 sm olmalıdır.
Bir yaşında uşağın normada 8 dişi olmalıdır: 4 yuxarı kəsici və 4 aşağı kəsici dişlər. Hər bir uşaq fərqli olduğu kimi bu göstərici də fərqli də ola bilər.
 
Nitqin inkişafı
Bu yaşda uşaqda passiv və aktiv nitq inkişaf edir. Passiv nitq-daha çox söz anlamaq, lakin danışıqda istifadə etməməkdir. Uşaq valideynin istəyi ilə şəkilləri göstərə bilər. "Qoy", "ver", "apar", "bağla"," aç" kimi buyuruqları yerinə yetirə bilər. Burnunu silir, dəsmalı üzünə tutaraq üzünü silir, gizlən qaç oynaya bilir.
"Olmaz" və "olar" sözlərinə tabe olur. Öz adını, yaxınlarının adlarını, öz geyimlərinin adlarını bilir. Onu tərifləmə və ya danlama sözlərini anlayır. Uşaq "gəzmək", "çimmək", "yemək yemək", " yatmaq" sözlərinin nəyi ifadə etdiyini başa düşür. Əli ilə gedən insana və özü gedərkən "sağ ol" edə bilər. Bundan başqa "yox" sözünü əlləri ilə ifadə edə bilər.
Aktiv nitq- uşağın danışıqda istifadə etdiyi sözlərin cəmidir. Bu yaşda uşaq 8-12 söz deyə bilər. Valideynin " bu kimdir?" sualına sadə sözlərlə cavab verə bilər. Bəzi hərəkət və əşyaları sadə sözlərlə ifadə edir. Telefonla danışmağı yamsılayır. Valideynlərin işlətdiyi sözləri təkrarlamağa çalışır.
 
Psixoloji və sosial inkişaf
Bu yaşda uşaq çox şən uşaqdır. Eyni zamanda kifayət qədər tərsləşmişdir. Bu dövrə " bir yaş krizisi dövrü" deyilir. O, hər şeyi özü etmək istəyir. "Olmaz" və qadağalar onu çox incidir. İstədiyini almadıqda yerə uzanıb ayaqlarını döyəcləyə bilər. Siz yalnız səbrlə ona yanaşıb, onu başa düşdüyünüzü deyin. Uşaq sakitləşdikdə ona niyə icazə vermədiyinizi müvafiq dillə izah edin. Unutmayın, bu dövr şəxsiyyətin formalaşmasında müstəsna rola malikdir. Ümumiyyətlə, övladınıza seçmək imkanı verin. Əgər tələsirsinizsə, onu özünüz geyindirin. Əgər gəzintiyə gedirsinizsə, ona geyimini seçmək imkanı verin. Gəzintidə ondan hansı yelləncəyi istədiyini soruşun. Belə kiçik hiyləgərliklərlə siz övladınıza onunla  hesablaşdığınızı göstərəcəksiniz.
1 yaşında uşaq öz yaxınlarının gəlişinə sevinir. Şəkildə də çox yaxın insanları tanıya bilər. Kitab şəkillərinə maraq göstərir.
Əksər uşaqlar bu yaşda sərbəst yemək istəyir. Ona qaşıqdan istifadəni öyrədin. Eybi yox, qoy bir qədər səliqəsiz yesin. Ancaq bu onun və sizin  xeyrinizədir.
 
Uşağa qulluq
Bir yaşda uşaq gün ərzində iki dəfə, hərəsi 2-2,5 saat olmaqla yatır. Gecə yuxusu 11 saatdır. Çalışın ki, övladınız rejimlə yatsın.
Bu yaşda uşağı günaşırı çimizdirmək vacibdir. Çimmə vaxtı təxminən 10 dəqiqə olmalıdır. Suyun temperaturu 33°, otağın temperaturu 21° olmalıdır.
 Övladınızın sağlamlığına gəzintinin çox təsiri var. Yayda 3-3,5 saat, qışda isə 2,5-3 saat gəzinti olmalıdır. Yaxşı olar ki, uşaq açıq havada yatsın.
Bir yaşında uşağı yeməkdən 35-40 dəqiqə sonra massaj və gimnastika etdirmək lazımdır. Hər bir məşqi 10 dəfə olmaqla 5-7 dəfə etmək lazımdır.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 1000
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz