Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin 1-ci həftəsi
Körpənin 1-ci həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 888
Səs ver:
9 aylıq həsrətiniz artıq başa çatıb və körpənizi qucağınıza almısınız. Balacanız olduqca zərif və çox qayğıya möhtacdır. Bu qayğını ona siz verməlisiniz. Körpənizə lazımınca qulluq etməyiniz üçün bu məlumatlar sizə faydalı olacaq.   

Körpənin inkişafı
Həzm sistemi: həyatının ilk saniyələrindən etibarən körpənin steril bağırsaqlarında mikroorqanizmlər əmələ gəlməyə başlayır. Bu isə ilkin olaraq immun çatışmazlığına və keçici  disbakterioza səbəb olur. Lakin bu əlamətlər tezliklə öz-özlüyündən keçib gedir. Doğulduqdan 1-3 gün ərzində ilk nəcis- qara rəngli mekonium orqanizmdən çıxır. Daha sonra o adi nəcislə əvəzlənir.
Sidik- cinsiyyət sistemi: yenidoğulmuşlarda 3-4 gün ərzində cinsi kriz müşahidə olunur. Bu onunla əlaqədardır ki, doğuş zamanı və süd vermə ilə əlaqədar ana orqanizmində əmələ gələn hormonlar süd vasitəsilə böyük miqdarda körpəyə keçir. Sidik sistemi krizi isə ilk 2-3 gün müşahidə olunur. Bu da sidik kisəsinin anidən üzərinə düşən yükün öhdəsindən gələ bilməməsindən irəli gəlir. Kriz simptomları birinci həftənin sonuna yaxın keçib gedir.
Qan-damar sistemi: qan dövriyyəsi plasenta dövriyyəsindən kiçik qan dövriyyəsinə keçir.
Sinir sistemi: o çox həssasdır. Körpə ətraf aləmin həm fiziki, həm psixoemosional qıcıqlandırıcılarına reaksiya verir. Ağlamaq - uşağın ətrafdakı bütün təsirlərə yeganə reaksiya formasıdır. Bəzən də ağlamaq sinir uclarının natamam inkişafı ilə əlaqəli olaraq əsmə formasında da ola bilər. Bir həftəlik körpədə tutma, əmmə və Kussmaul refleksi (axtarma) müşahidə olunur.
Dəri: çox incə, nazik və həssas dərisi vardır. Dərialtı kapillyar şəbəkəsi güclü inkişaf etmişdir. Ona görə də ağladıqda və ya gərginləşdikdə tez qızara bilərlər. Birinci həftədə körpədə fizioloji sarılıq və eritema müşahidə olunur. Bu əlamətlər 10-14 gün sonra keçir. Bu dövrdə göbək yarasının işlənməsinə xüsusi diqqət yetirmək lazımdır.  

Körpənin qidalanması.
Körpənin ilk qidası doğuşdan 2 saat sonra verilən "ağız südü" deyilən ilkin ana südüdür. Əsl ana südünün ifrazı isə doğuşdan 3 gün sonra başlayır.  Doğuşdan sonra ilk əmizdirməni yan üstə uzanaraq etmək lazımdır. Sonra əgər heç bir fəsad yoxdursa, oturaraq, stula söykənib ayağı kiçik skamyaya qoyub əmizdirmək olar. Uşağı düzgün döşə qoymaq lazımdır. Uşağı üzü döşə, ağzı məmə giləsinə yaxın olmaqla qol boyu uzatmaq, döşü isə əl ilə tutmaq lazımdır ki, körpənin nəfəs almasına mane olmasın. Uşaq təkcə döş giləsini yox həm də ətrafını ağzına salmalıdır. Bu zaman sancı da olmur. Əgər körpə hələ əmə bilmirsə, ona bir neçə damcı süd verin; bir qədər sonra o özü əməcək. Uşağı əmizdirərkən ona yalnız bir döşünüzü verin. Əgər döş tam boşalsa və körpə doymasa ikinciyə keçmək olar.

Sağlamlığı.
Doğuşdan dərhal sonra körpəyə pediatr və nevroloq baxır, uşağı selikdən təmizləyirlər və çəkirlər. Körpə ana ilə doğum evində olduğu müddətdə hər gün pediatr nəzarət edir və çəkir. Doğulduqdan bir gün sonra uşağa hepatit virusu əleyhinə peyvənd vururlur. 3-7 -ci gün isə vərəm əleyhinə peyvənd (BSJ) vurulur. Peyvənd vurulmazdan əvvəl immunoloqun məsləhətinə müraciət olunur.

Bilmək vacibdir!
Uşaq birinci həftə ərzində doğulduğu çəkinin 10%-nə qədərini itirə bilər. Çünki uşaq orqanizmi xarici mühitə öyrəşmək və orqanizmin bütün sistemlərinin işə düşməsi ilə əlaqədar enerji itirməyə məcbur olur. İlk həftə həm də bədən temperaturunun sabit saxlanması ilə qeyd olunur. Doğulduqdan 1-2 saat sonra körpənin bədən temperaturu əksərən qəflətən aşağı düşür, 2-3 gün sonra isə 40 dərəcəyə qədər qalxa və tez də normaya düşə bilər.
Körpə həyatının ilk günlərində fizioloji çəpgözlük müşahidə oluna bilər. Bu göz almasını saxlayan əzələlərin zəifliyi ilə əlaqədardır. Zamanla bu hal keçib gedəcəkdir.
Bu məlumatlardan yararlanaraq körpənizin sağlamlığını qoruya bilərsiniz.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz