Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar hansı yaşda badamcıq əməliyyatı oluna bilər?
Uşaqlar hansı yaşda badamcıq əməliyyatı oluna bilər?
Göndərən: Fialka
Şərhlər: 11
Baxılıb: 563
Səs ver:
Badamcıq (Tonsil) və artıq ət (Adenoid) adlanan toxumalar bədənin müdafiə sisteminin əhəmiyyətli elementləridir və immunitet sistemi hüceyrələrindən əmələ gəlib. İmmunitet sisteminin işləməsi üçün lazım olan ifrazatların və hüceyrələrin istehsalında rolları var.

Körpəlik dövründə anadan keçən immunitet ifrazatları sayəsində immunitet sisteminin çox işləməsinə ehtiyac yoxdur. Buna görə də artıq ət və badamcıq kiçik olur. İki yaşından sonra isə anadan keçmə immunitet ifrazatları vəzifəsini bitirir və uşağın öz immunitet sistemi vəzifə yerinə yetirməyə başlayır. Uşağın öz immunitet sistemi bədənə daxil olan bakteriya, virus kimi mikroblar, allergiya, kimyəvi və başqa yad maddələrlə tanış olması və bunlara qarşı bir immunitet cavabını verdiyi üçün uşaqlar yetkin insanlara nisbətən daha tez-tez xəstələnirlər. Eyni zamanda immunitet sisteminin çox fəaliyyət göstərməsi səbəbindən bu yaşlarda badamcıq və artıq ət böyümələrinə daha çox rast gəlinir. İnfeksiya, artıq ət və badamcıq böyümələri daha çox 3-9 yaş arası uşaqlarda rast gəlinir. 9 yaşdan sonra artıq ət və badamcıq ölçüləri kiçilməyə başlayır.

Artıq ət nəfəs almağa mane olur
Artıq ət burunda və qulaqda problemlər yaradır. Bu cür uşaqlarda iştah itir, xoruldama halları müşahidə edilir, ağızdan su gəlir, gecə öskürəklər başlayır, burun axıntıları baş verir. Artıq ətin daha böyük fəsadları isə üz inkişafında pozuntular, danışıqda problemlərə səbəb olur. Badamcıq və artıq ətin böyüməsi üst nəfəs yolunu daraldacaq ölçüyə çatdıqda xoruldama və yuxuda nəfəs ala bilməmək kimi ciddi problemlər yaradır. Bu isə ürək qapaqcıqlarının sıradan çıxmasına səbəb olur.     

Badamcıq və artıq ət nə zaman əməliyyat edilməlidir?

Bu cür əməliyyatlar klinikalarda tez-tez həyata keçirilir. Dərman müalicəsinin xeyri olmadıqda bunlar cərrahiyyə yolu ilə aradan götürülür. Əməliyyata qəti qərar vermək üçün bu kriteriyalar nəzərə alınmalıdır:

- Üst nəfəs yolu badamcıq və artıq ətin həddən çox böyüməsi səbəbindən bağlanır

- Bəd xassəli şiş şübhəsi

- Çənə quruluşunu pozan artıq ət və böyümüş badamcıq

- Orta qulaq iltihabı

Bu cür əməliyyatlar hansı yaşda aparılır?
Badamcıq və artıq ət problemi uşaqlarda olduğu kimi, böyüklərdə də problem yaradır. Əməliyyata mane olan hər hansı ciddi sağlamlıq problemi yoxdursa, böyük yaşlı insanlar əməliyyat oluna bilərlər. Nəfəs alma problemi ilə istənilən yaşda qarşılaşmaq olar. Bu cür problem yaşayan uşaqlar 4 yaşdan sonra əməliyyat edilir. Badamcıq və artıq ət əməliyyatının riski olduqca aşağıdır. Statistikaya görə, 14 min əməliyyatdan yalnız birində anesteziya və ya cərrahiyyə ilə bağlı hər hansı problem yaşana bilər. Əməliyyatdan sonra ciddi qanama min nəfərdən 5-də ola bilər. Badamcıq əməliyyatından sonra bədənin mühafizə sistemi ilə bağlı bir çox elmi araşdırmalar aparılıb, lakin konkret nəticə əldə edilməyib. Badamcıqları götürülmüş insanlarda aparılan laboratoriya testləri nəticəsində məlum olub ki, həmin insanların immunitet sistemində heç bir zəifləməyə rast gəlinməyib.


Şərhlər: 11
Baxılıb: 563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
menim ozumde var bogazda artiq et ama qorxuram emeliyyata(((
10 aprel 2016 22:51
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
sizin 1205
Oglumda var kesilmelidi cccoooox qorxuram
10 aprel 2016 18:30
# 10
L
Asya
Men de 4cu sinifi bitirirdim,son gunuydu mektebde.gedib muelimmemden icaze aldim sora da xestexanaya getdik.emimoglunda menle eyni gunde emeliyyat olundu.o vaxti qiymeti ucuz idi,indi bilmirem.ama deyim ki cox incitmiwdii,cox qorxmuwdumm,agrilari his edirdim.hekime deyirem noldu ne vaxt qurtarir ,deyir azq qalibb.az qalib deye deye bawimi aldatdii)) mende ele mohkem qiwqiriridim ,rahat durmirdim,axirda hekim bezib bir sille vurduu ))) ondan sora sesim kesildii)) neynim ama yaman cox incitmiwdii.emimoglu menden balacaydi ,ona demiwdiler ki sene derman verecekler atacaqsan vesselam.o da inanmiwdi.tez tez deyirdi burdan cixanda mene doner alarsiniz,emimgil de bawini aldadib demiwdi he alaciyiqq) Nece muddet ancaq su ,manni kimi yemekler yedik..men hekimden hec razi qalmadim ama..
9 aprel 2016 22:11
# 9
Menim balam
MƏNDƏ DƏ BURUN ƏTİ VAR KƏSDİRMƏYƏ QORXURAM
9 aprel 2016 22:10
# 8
vipbetul
Usaq vaxtindan emeliyyat oluna bilerler bunda prablem olmur
9 aprel 2016 21:52
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Menimde kuklam emeliyyat olub,5yaşında etdırdık.yazıq usaq o vaxtacan zulüm çekırdı,tez tez xestelenırdı,Qızdırmon en coxda..şükür ondan sonra yaxsıdı..
9 aprel 2016 21:40
# 6
Qelbim doludu !!!!
Antikvar
Məndə bu problemlə bağlı əməliyyat olmuşam hardasa dördüncü yada beşinci siniflərdə oxuyan zamanlar.Bu problemin ən pis yaşadan fəsadlarından biri qızdırmadır,bir qalxır birdə düşməsi üçün dua edəsən)Məndə olmuşdu bir dəfə yadımda 42 qızdırma mama nə qədər dərman verir düşmür sonra təbii yollara əl atır sirkəylə ayaqları ovuşdurmaq amma yenədə xeyri yox axırda skora çağırdılar bir iynə vurdular oda cəmi bir günlük düşdü )Yəni mənim bu qızdırmalı hallarımı mama çox çəkib,axırda kəsdilər badəmciyi,süd içə bilmədiyimdən gec sağaldı məndə ancaq südü kompontla əvəz edirdilər,danışada bilmirdim sözüm olanda ya dəftərə yazardım ,yada qaşıqı bir yerə çırparaq onları çağırardım))İndidə mən oğlumla çəkirəm imunetiteti çox zəifdi ,badəmcikləri var boğazında xəstələndi üç həftədən tezi sağalmaz boğaz qızartıları ,qızdırma ,birdə gecə durub yerindən boğula boğula ağlamalar ,bunları fikirləşdikcə gözümün qarşısında məktəbi qalıb mənim işimdə Allaha qalıb ))indi bu məktəbə getsə ordakı uşaqlara şəraitə adabtasiya olana qədər hansı viruslarda nə halda olacaq bir Allah bilir ,indidən qəlbimə titrəmə düşüb)Biraz keçsin kəsdirmək fikrim var.
9 aprel 2016 20:49
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
YARIM QALMIS XEYALLAR
Mende olunmusam bu emeliyyatdan ve cox eziyyet cekmisem. 23yasimda olunmusam men. Mende keyime gec oldugu ucun demek olarki keyimedim hiss etdim herseyim tezyiqim dusdu apirestde. Halsizlasdim coxlu terlemisdim suyun icindeydim verdikleri derman meni keyitmemisdi sadece aziciq lengletmisdi. Apirestden cixdi dedim qacaq eve men xestexanlara gede bilmirem otura bilmirem elimi vura bilmirem. Ona gore orda yatmaq istemedim. Eve geldik durdum ayaga ozumden getdim. Artiq hec ne xatirlamadim ayildigimda yerimdeydim. Ve 1hefte hec ne yemedim. Men usaqliqdan sud icmerem iyrenirem. Ona gorede icmirdim sagalmagimda gec oldu ve suretle kilo itirdim sagalmirdi yaram. Hekim mualice ucun sistem vururdu. Amma onuda deyimki 1ildende artiq yediyim hec neyin dadini bilmirdim ancaq yod dadi bilirdim yediyim her seyde.
9 aprel 2016 20:32
# 4
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
BARBI
Usaqlara erken yasda bu emeliyati etmek olmaz. Umumiyetle agir emeliyat deyil
9 aprel 2016 20:29
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
zezema
Qızımı keçən il qızımı əməliyyat etdirdik. badamcıqlar kəsiləndən sonra uşaq sağaldı. ilin 12 ayı antibiotiklə müalicə olunurdu. Öskürəyini qonshular eshidirdi. Çox shukur.yazmağa icazə yoxdu reklam olmasın deyə. kimə lazim olsa deyə bilərəm hansı həkimdi. hec bir həkim qəbul etmirdi deyirdilər aparin sagalsın, öskurəyi kəsilsin sonra gətirin əməliyyata. amma sağalmırdı. Dayanmadan, fasiləsiz öskururdu. ayin 20-25 günü bu halda olurdu. səhərə kimi kor peshman bir birimizə baxırdıq ki, gorəsən bu ushagın öskurəyi niyə dayanmır. sonra getdik o həkimə, qardashimi da o əməliyyat edib.
uşaq öskure-öskure əməliyyat olundu. 2 saat sonra da evdə idik. hemin gün öskürək dayandı. Bir ildir qızım normal uşaqlar kimi derse gedir, oyun meydançasında normal oynaya bilir (oynaya bilmirdi - öskürürdü dayanmadan), küləkli havada normal insan kimi qala bilir. bir ildə cəmi bir dəfə bu yaxında qrip oldu 3 gün.
9 aprel 2016 20:13
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Tomris Müslümova
Məndə əməliyyat olmuşam.6. sinifdə oxuyanda.Tez - taz xəstələnirdim.Mamam bir dəfə gördü ki,boğazım çiyələk kimi nöqtə - nöqtə ağ çirkdir.Onnan sonra apardılar 17 dəqiqə əməliyyat oldum.Bizim qohum uşaq var anadan gəlmə burun-boğaz əti var.Uşaq yata bilmir.Fısıldıyır.Həkim deyib 6 yaşı olmalıdır.İndi bir təhər 6 yaşı gözləyirlər.
9 aprel 2016 19:49
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz