Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız uşaqlarının intim gigiyenasının 11 əsas qaydası
Qız uşaqlarının intim gigiyenasının 11 əsas qaydası
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 1270
Səs ver:
Hətta qadın anatomiyasından kifayət qədər məlumatı olmayan valideynlər belə bu qaydalara mütləq şəkildə riayət etməlidirlər.

1. Cinsiyyət üzvlərinin gündəlik təmizlənməsində adi axar sudan (bu zaman suyun tempraturu bədənin tempraturuna uyğun olmalıdır – təxminən 34-36 dərəcə C) istifadə olunmalıdır. Sudan istifadə etmək mümkün olmadığı vaxtlarda isə körpələr üçün məxsusi istehsal olunan, tərkibində spirt və müxtəlif antiseptiklərin olmadığı "nəm salfetlərdən” istifadə etmək olar. Kosmetik yuyunma vasitələrindən isə ən çoxu gündə bir dəfə, ən yaxşısı isə həftədə 2-3 dəfədən çox olmadan istifadə olunması məsləhətdir.

2. Kosmetik yuyunma vasitəsi kimi müxtəlif yaşda körpələr üçün nəzərdə tutulmuş adi maye sabundan istifadə etmək olar.

3. Sabundan (eləcə də nəm salfetlərdən) yalnız və yalnız xarici cinsiyyət üzvlərinin təmizlənməsi üçün istifadə etmək lazımdır!

4. Əgər körpə qızda sinexiya halları (qısaca desək, xarici dodaqcıqların bir-birinı yapışması) müşahidə olunursa, lakin əlavə olaraq mənfi simptomlar özünü göstərmirsə, bu zaman heç bir müalicə tələb olunmur. Belə vəziyyətdə körpənin yuyunması eyni qaydada həyata keçirlir.

5. Körpənin yuyulması yalnız təmiz əl ilə həyata keçirilməlidir – hər hansl kisə və ya süngərdən, pambıq disk və ya pambıq ucluqlu çöplərdən istifadə məqsədəuyğun deyil! Yuyunmanı isə mütləq və mütləq öndən arxaya doğru (qasıqdan bel nahiyəsinə doğru) həyata keçirilməlidir. Əksi yolverilməzdir!

6. Yuyunmadan sonra cinsiyyət üzvlərini məhrəba və ya hər hansı digər vasitələrlə sürtmək lazım deyil, suyu, nəmi ehmalca dəsmala hopdurmaq kifayətdir.

7. Əgər siz hər hansı hovuz və ya üzgüçülük zallarına gedirnizsə, oradan çıxan zaman duşun altında sadəcə yaxalanmaq kifayət edər. Bu zaman xüsusi kosmetik yuyunma vasitələrinin istifadəsi gərəkli deyil. Lakin bu cür yerlərə getdikdə, öz şəxsi məhrəbanızı götürməyiniz dönə-dönə tövsiyyə olunur!

8. Əgər siz artıq vaxtaşırı olaraq qızınıza alt paltarı geydirməyə başlamısınızsa, o zaman alt paltarının kip olmamasına, təmiz pambıqdan və ağ rəngdə olmasına xüsusi diqqət edin. Alt paltarlarını uşaq sabunu ilə yuyub, sonda ən azı 2 dəfə yaxalamaq lazımdır.

9. Körpənizin cinsiyyət üzvlərində xüsusi problemlər hiss etmədiyiniz hallarda belə, 1 yaşında, bağçaya və məktəbə getməzdən öncə uşaq ginekoloquna göstərməyiniz məqsədəuyğundur.

10. Qızınıza yuyunmanın şəxsən özünün yerinə yetirməsini öyrətmək üçün ən uyğun vaxt 5-6 yaşdır.

11. Qız uşaqlarının intim gigiyenası təkcə gündəlik yuyunmadan ibarət deyil. Gün ərzində soyuq daşın üzərində (kafel, metlax və ya bu kimi yerlərdə, hətta bayıra 40 dərəcə istilik olmuş olsa belə!) oturub-oturmaması da bu baxımdan olduqca önəmlidir. Körpə qız (hətta yetkin qadın belə!) soyuq yerdə oturduğu zaman cinsiyyət üzvləri nahiyəsində lokal soyuqdəymə naş verir. Bu zaman həmin nahiyədə qan dövranı pozulur, uşaqlığın və yumurtalıqların damarları yığılır ki, bu da gələcəkdə mənfi nəticələrə, soyuqdəymədən yaranan xəstəliklərin uzun uzadı müalicəsinə gətirib çıxara bilər. Bu, həm də eyni zamanda nəsil artırmaya da öz mənfi təsirini göstərir.


Şərhlər:
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz