Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kollektivə və məktəbə uyğunlaşmaq üçün uşağa necə kömək etməli...
Kollektivə və məktəbə uyğunlaşmaq üçün uşağa necə kömək etməli...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 399
Səs ver:
Əksəriyyət balacalar böyüyüb məktəb yaşına çatsada yöndəmsiz, utancaq və inamsız olmaqla yanaşı, çantasına da güc gələ bilmir. Məktəbin kəndarından ürəksizcəsinə keçir. Uşağınıza yeni şəraitə uyğunlaşmağı və məktəb cəmiyyətində ictimailəşməyi necə öyrətməli? Birinci sinif şagirdlərinin uyğunlaşma  xüsusiyyətləri hansılardan ibarətdir?Analar nəyi diqqətdə saxlamalıdırlar.

1. Rejim (vaxtında qalxma) və gimnastika (idman).
1-ci sinifdə uşaq dərsə səhər tezdən, birinci növbə gedir. Bağça bitdikdən sonra  yay tətili ərəfəsində uşağın rejimi pozulur. Buna görə də 1 sentyabra qədər 2-3 həftə ərzində uşağınızı tezdən durmağa alışdırmağa yenidən başlamaq lazımdır.İmkan yaradın ki, uşaq zəngli saatın səsinə özü durmağa öyrəşsin. Qalxdıqdan sonra  birlikdə yüngül gimnastik hərəkətlər edə bilərsiniz. Bunu vərdiş halına gətirənə qədər davam edin. Gimnastika zamanı böyrəküstü vəzilər hormon istehsal edilir və orqanizm daha da sürətlə aktivləşir, oyanır. Zəngli saatın səsinə oyanma— hormonların hazırlanması, təkmilləşdirməsinə və uşağın avtomatik rejimə keçməyinə zəmin yaradacaqdır.

Optimal olaraq: 21-00-dən gec olmayaraq yatmaq və 7-00-də durmaq məktəblinin yuxu rejimidir.Məktəbdə yorulan,emosional yüklənən uşağı 10 saatlıq yuxu rahatlaşdıraraq orqanizmini,enerjisini bərpa edəcək.

2. Kollektivə uyğunlaşma.
Çox vaxt məktəbə uyğunlaşmanın mühüm hissəsi kimi uşağı yayda yaradıcılıq emalatxanalarına, dərnəklərə apararaq yeni uşaqlarla tanış etmək olar. Bu sonradan onun sinif yoldaşlarına, yeni kollektivə alışmasına zəmin olacaq. Bundan başqa uşağı dərslərdən sonra evə dərhal aparmayın, ona sinif yoldaşları ilə danışmaq imkanı yaradın. Sinif yoldaşlarını evinizə qonaq dəvət edin.

Uşağın məktəbə hazır olub-olmaması yalnız intellekt səviyyəsi ilə deyil, həm də onun psixoloji, emosional vəziyyəti ilə ölçülməlidir. Dərsdə sakit oturmaq, suallara cavab vermək, sinif yoldaşları ilə mehriban davranmağı ona siz başa salmalı olacaqsınız.

Birinci sinif şagirdlərinin valideynlərinə bəzi məsləhətlər:
1.Uşağınızı kollektivə tez alışması üçün tələsdirməyin. Bir qayda olaraq, uşaqlar 1-2 ay ərzində məktəb mühitinə uyğunlaşırlar. Buna görə də uşağınızdan məktəb həyatına tez bir zamanda alışmasını tələb etməyin. Səbirli olun və gözləyin, çünki  uşağınız onun üçün yeni olan cəmiyyətə tədricən öyrəşəcəkdir.

2. Uşağa sinifdə öz yerini tutmağa kömək etmək bir başa olaraq ananın öhdəsinə düşür. Övladınıza məktəb-sinif münasibətlərindən bəhs edərək baş verəcək hər hansı neqativ vəziyyətdən çıxış yolunu başa salmaq, sinif yoldaşları ilə münasibətini düzgün qurmağı öyrətmək vacib məsələrdəndir.

3. Müəlliməsi ilə münasibət yaradın, çünki müəllim-valideyn münasibəti ibtidai sinifdə mütləqdir. Birinci sinif şagirdləri üçün ilk müəllimə, düzgün qurulmuş müəllim-şagird münasibəti çətin məsələlərdəndir. Müəlliməyə hər işində kömək etməyə çalışın. Uşağınızın parta yoldaşının düzgün seçilməsi, uşağın dərsə məsuliyyəti ondan asılı olduğu üçün müəllimlə münasibəti, ünsiyyəti mehribançılıq üzərində qurmağa səy göstərin.

Fərdiçiliyin üstün tutulduğu bu dövrdə övladınıza kollektivçiliyi, dostluğu, mehribançılığı təbliğ edin.Yoldaşlarına lazım olan vaxt kömək etməyi, şirindil olmağın əhəmiyyətini vurğulayın.

Əgər uşağınınız məktəbə həvəslə gedirsə, çantasını özü yığırsa, sinif yoldaşları və müəlliməsi ilə mehribandırsa, verilən proqramı - dərsləri müstəqil həll edə bilirsə, riyaziyyatı yetərincə mənimsəyirsə, ana-dili və xarici dil dərslərində uğurludursa bu o deməkdir ki, sizin övladınızın məktəbə uyğunlaşması prosesi müvəffəqiyyətlə keçib.

Bu işdə müvəffəqiyyət əldə etmək üçün ən vacib olan sizin övladınıza məsuliyyətlə və qayğıkeşliklə yanaşma tərzini seçməyinizdən asılıdır. Uşaqlar çox həssas olduqlarına görə valideyn laqeydsizliyini tez hiss edirlər. Hər gün övladınızla maraqlanın, gündəliyini yoxlayın, ondan dərslərini və dərs müddətinin necə keçməsini anlatmasını xahiş edin. Uşağınıza qarşı diqqətcil olun, onun maraq və istəklərini hər zaman ön planda tutun. Belə olduqda övladınız ağıllı, mədəniyyətli, məsuliyyətli və məqsədyönlü şəxsiyyət kimi formalaşacaqdır.

Günel Orucova


Şərhlər:
Baxılıb: 399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz