Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın intizamında edilən səhvlər
Uşağın intizamında edilən səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 436
Səs ver:
Əlbəttə, ana atalar olaraq hamımız uşaqlarımızı yetişdirərkən onlar üçün ən yaxşını istəyir , səhv etmək istəmirik. Ancaq , körpələr də xəstəxanadan istifadə kılavuzuyla gəlmirlər ! Uşaq yetişdirmək uzun və çətin bir müddətdir.  Bu müddətdə , sevgi və intizam uşağa birlikdə verilməlidir. Heç birimiz mükəmməl deyilik, istəməsək də səhvlər edirik. Biz də  uşaq yetişdirmədə tez edilən səhvlərə toxunaraq bəlkə sizlərin də dəyişdirmək, düzəlmək istədiyiniz davranışlar üzərində dayanacağıq.

1 - Problemləri görməzlikdən gəlmək: Əgər uşağınızla yaşadığınız əsəb, yuxu problemləri kimi problemlərə əyilmədən onlarla birlikdə yaşamağa çalışsanız, bu həyatınızın normal bir parçası halına çevrilir və gedərək həlli çətinləşir. Bəzən ana ataya uşaqlarının çox səhv davranışları belə narahat edici gəlməz. Ancaq , Ətrafınızdakılar ya həkiminiz sizi davamlı olaraq xeberdarlıq edirsə demek ki, bir problem var.

2 - Həqiqətən problem olub olmadığına qərar verə bilməməniz: Müəyyən davranışlar bəzi yaşlar üçün normaldır. Məsələn, iki yaşındakı uşağınız istədiyini almadınız deyə marketdə özünü yerə atıb bir əsəb  keçirə bilər. Bunu, inkişafının normal bir parçası olaraq qəbul edə bilərsiniz. Ancaq bənzər bir davranışı altı yaşındaykən təkrarlayırsa, bir problem var deməkdir.

3 - Gözləntilərin həddindən artıq olması: Uşağınızı tanıyın , müəyyən yaşdakı qabiliyyət və xüsusiyyətlərini bilin. Ondan gözlədiklərinizi bu məlumatların işığında nəzərdən keçirin. Məsələn həkiminiz iki yaşında tualet tərbiyəsinə başlayabileceğinizi deyə bilər. Ancaq, sınaqlarınız nəticə vermirsə bəlkə də sizin uşağınız hələ buna hazır deyil , ona bir az daha müddət tanıyaraq həm gərəksiz qarşıdurmaları aza endirmiş , həm də hazır olduğunda çox daha qısa müddətdə nəticə almış olacaqsınız.

4 – Ziddiyyət: Əgər bir gün xeyr dediyinizə sabahısı gün bəli desəniz və ya sizin qadağan etdiyiniz bir şeyi başqa  yaxınınız uşağa versə, kiçik balanızın  başı qarışacaq, böyüklərin bir o qədər qərarlı olmadığı yolunda bir nəticəyə çatacaq. Qaydalar daim keçərli  olmalı, uşağın ətrafında onunla təmasda olan digər şəxslər də sizin təyin etdiyiniz istiqamətdə hərəkət etməlidirlər.

5 - Sərhəd qoymamaq: Uşaqlar müəyyən qaydaları, sərhədləri olan mühitlərdə özlərini daha etibarda hiss edərlər. Hər istədiklərini etmələrinə icazə verərək onlara yaxşılıq deyil pislik etmiş olarsınız.


Şərhlər:
Baxılıb: 436
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz