Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övlad tərbiyyəsində 5 əsas məsləhət
Övlad tərbiyyəsində 5 əsas məsləhət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 645
Səs ver:
Övlad tərbiyəsində valideyn gərək səbirli və hövsələli olsun. Heç bir zaman belə düşünməyin ki, övladınıza bir şeyi bir və ya iki dəfə başa salmaqla o, hər şeyi anlayacaqdır

Uşaqlar unutqandırlar və bunun da səbəbi təbii inkişaf amillərindədir. Ona görə də bir mövzunu dəfələrlə onlara xatırlatmaq lazımdır. Onlar bəzən bir mövzunu xatırlayırlar, bəzən də unudurlar. Sizin tədricən xatırlatmağınız onların unutqanlığına mane olar.

Siz gərək övladınıza həyatının ilk illərindən tərbiyə verəsiniz. Ona görə də 5 əsas tərbiyə üsuluna diqqət edəsiniz.
 
1. Düzgün rəftarı elə ilk illərdən ona öyrədin. Uşaq üç yaşından sonra ictimai rabitə qurmağa başlayar. Ona görə də valideyn gərək bu yaşdan ona düzgün rəftar etməyi öyrətsin. Bunun üçün valideyn gərək ilk olaraq, öz rəftarına diqqət göstərsin. Qəzəblənən və narahat olan zaman özünü necə aparmasına xüsusi nəzər salsın. Uşaq valideynin müşahidəçisi olar, onun rəftarından örnək götürər.
 
2. Tərbiyədə sabitlik və həmahənglik - mühüm mövzulardandır. Hər iki valideynin övladı ilə rəftar tərzi həmahəng olmalıdır. Misal üçün, əgər siz ana olaraq övladınıza təşəkkür etmək mədəniyyətini öyrətmək istəyirsinizsə və bu məsələdə həyat yoldaşınız və uşağın baba və nənəsi yardım etmirsə, sizin səyiniz nəticəsiz qalacaqdır.
 
3. Tərbiyə əlamətlərini müəyyən edin. Bu əlamətlərin yardımı ilə övladınız bir işi düzgün yerinə yetirməyən zaman artıq söz deməyə ehtiyac qalmayacaqdır. Bu üslubun üstünlüyü ondandır ki, əgər danışıq yolundan istifadə etsək, uşağı danlayıb deyinəcəksiniz və bu da onu incidəcəkdir. Uşaq bu əlamətləri öyun hesab etdiyi üçün həmin rəftarlara qarşı daha çox maraq göstərər. Misal üçün, uşağınıza yeməkdən əvvəl və sonra əllərini yumağı söyləyirsiniz və unutmasın deyə, boşqabının kənarına rəngli kağızlardan əl şəkilləri çəkirsiniz. Uşaq bu şəkilləri görən zaman əllərini yumağı xatırlayacaqdır.
 
4. Övladınıza qaynayıb- qarışmağı öyrədin. Bu tərbiyəni yemək süfrəsində vermək olar. O zaman ki, ailə üzvləri yemək süfrəsində toplaşar, bu hal övladınız üçün yaxşı təcrübə olar. Övladınıza öyrədin ki, yemək zamanı hamı ilə birlikdə süfrədə hazır olsun və yeməyini də onlarla birlikdə bitirməyə çalışsın.
 
5. Övladınıza başqalarına qarşı ədəbli olmağı öyrədin. Valideyn bu ədəb qaydalarını oyun oynayaraq və kitab oxuyaraq, övladına öyrədər. O zaman ki, övladınız başqa uşaqlarla oynayar - çalışar ki, bu ədəb qaydalarına əməl etsin.


Şərhlər:
Baxılıb: 645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz