Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları internet asılılığından necə xilas etməli?
Uşaqları internet asılılığından necə xilas etməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 450
Səs ver:
Müasir uşaqlar mobil telefon, kompüter, İnternet kimi texnologiyalara çox güclü maraq göstərir, valideynlərsə onlarda yaranmış asılılıqdan şikayət edirlər. Uşaq bütün günü sosial şəbəkələrdən istifadə edir, çoxlu oyun oynayır, lakin faydalı məşğuliyyətlərə ya çox az zaman ayırır, ya da heç ayırmır. Çağdaş dövrün yeniliklərini uşaqlardan uzaq tuta bilmərik. Lakin asılılıqdan xilas etmək mümkündür. Bəs necə?

Uşaqlar İnternetə niyə belə çox maraq göstərir?
Birincisi, orada onlar sərbəstlik, müstəqillik tapırlar. Ünsiyyət üçün adam çoxdur, öz səviyyələrinə uyğun olan kəslərlə münasibət qururlar. Mesajlaşmaq, informasiya oxumaq, yeni insanlar tanımaq və s. onları sosial şəbəkələrə cəlb edir.
İkincisi, uşaq oyunlarla çox vaxt keçirir. Bu ona maraqlı gəlir: dalaşma, silahlar, maşın sürmək, təyyarə ilə uçmaq və s.

Bəs görən, kompüter uşaqların dostudur, ya düşməni?
Kompüter və İnternet uşaqların o zaman dostu ola bilər ki, ondan düzgün istifadə edilsin. Məsələn, gündə 2 saat fasilələrlə kompüter arxasında oturub, intellektual oyunlar oynasınlar və ya elektron kitablar oxusunlar. Lakin İnternet istifadəçisi olan uşaqların çox az qismi yuxarıda qeyd etdiyimiz prinsipə əmək edir. Kompüter asılılığının uşaqlara olan zərərini bu cür qruplaşdıra bilərik:
Fiziki fəsadlar: Saatlarla hərəkətsiz qalırlar, kompüter qarşısında qidalanırlar və bu onlarda artıq çəki yaradır. Gözlərdə problemlər, baş ağrıları, onurğada əyriliklər, həmçinin şüalanmanın təsirindən bir sıra ciddi sağlamlıq problemləri ortaya çıxır;
Duyğusal problemlər: Qorxu, qayğı, əsəbilik, aşırı duyğusallıq yaranır;
Davranışda fəsadlar: diqqətsizlik, söz ehtiyatının azlığı, məktəbdə zəif göstərici, yaradıcı ideyalarının azalması, kitab oxumağa həvəssizlik, erkən cinsi ayılma və s.;

Uşaqlarda internet asılılığının qarşısını almaq üçün tövsiyələr:
1. Vaxtı ölçün – Siz uşaqlara kompüter və İnternetdən istifadəni qadağan etməyin, lakin nəzarətdə saxlayın ki, o qoyduğunuz limiti aşmasın. Ona dava, döyüş oyunları oynamağa icazə verməyin, əqli inkişaf etdirici, intellektual oyunlarla vaxt keçirməsinə şərait yaradın. Müəyyən zaman məşğul olduqdan sonra uşağı kompüterdən ayırıb, daha maraqlı məşğuliyyətlə başını qatın;

2. Kompüter məşğuliyyətini istirahət kimi dəyərləndirin, həyat tərzi kimi yox – məsələn, həftəsonları isirahət məqsədi ilə kompüter və İnternetdən istifadəsinə icazə verin;

3. İnternetdə ikən nəzarətinizi əskik etməyin: Ümumiyyətlə, kompüterə parol qoyun, yalnız sizin nəzarətinizlə ora daxil olsun, daha sonra, xüsusi proqramlar yükləyib uşağa aid olmayan saytlara daxil olmasına icazə verməyin. Limit qoyun, məsələn, gündə 2 saat. Həmin vaxt tamam olan kimi kompüter avtomatik sönsün.

4. Övladınızla daha çox zaman keçirin – ona çox zaman ayırmaqla virtual dünyadan, oradakı dostlarından uzaqlaşdıra bilərsiniz. Çünki siz valideynləri artıq onun ünsiyyət tələbatını ödəmiş olursunuz.

5. Uşağa onun fəsadlarını başa salın – uşağa kompüter və İnternetin fəsadlarını başa salın, daha çox ailəsi, dostları ilə vaxt keçirməyin lazım olduğunu izah edin. Kitaba sevgi yaradın, dərsdən sonra həyətdə gəzib dostları ilə oynamasına icazə verin ki, virtual dünya "bir az da olsa yadından çıxsın”.

Aygün Quliyeva


Şərhlər:
Baxılıb: 450
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz