Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı necə düzgün tənqid etməli? - Nümunələr
Uşağı necə düzgün tənqid etməli? - Nümunələr
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 599
Səs ver:
Uşağı tənqid edərkən onun öyrədici yoxsa dağıdıcı tənqid olmasını diqqətdə saxlamaq lazımdır. Yaradıcı tənqid uşağa nəyin düzgün olduğunu göstərən, lakin onun şəxsiyyətini alçadacaq bütün hərəkətlərin istisna olduğu tənqiddir. Bir misal. Uşaq səhər yeməyi süfrəsində südü dağıdır. Ana: "sən artıq balaca deyilsən, ancaq hələ də fincanı əlində tuta bilmirsən. Nə qədər demişəm, diqqətli ol! Ata: "o həmişə bacarıqsız olub, belə də qalacaq!"
Bəli, uşaq südü dağıda bilər. Ancaq onu alçaltmaqla valideynlər daha çox şeyi dağıtmış olur- uşağın valideynə olan sevgi və etibarını. Bu halda yalnız onun hərəkətini tənqid emək lazımdır, özünü deyil.

Uşaq özünü pis aparır. Nə etməli?
8 yaşlı oğlan südü masaya dağıdır. Anası ona bir fincan süd və stol silmək üçün parça verir. "Al bu sənin südün, bu da parça". Uşaq təəccüblə anaya baxdı, südü sildi və "çox sağ ol, anacan" dedi. Ana "gələn dəfə ehtiyatlı ol!" demək istəyirdi, lakin uşağın minnətdar olduğunu görüb bu sözünü saxladı. Əgər desəydi o, uşağı incitmiş olardı.

Gərginlik necə azaldılır?
Əksər hallarda uşaqlar və valideynlər arasında münaqişələr əvvəldən məlum olduğu ardıcıllıqla baş verir. Uşaq hər hansı səhv edir. Ana və ata düşünmədən ona təhqiredici sözlər deyir, uşaq isə ona daha kobud sözlər deyir. Nəticədə evdə burulğan baş qaldırır.
Belə bir vəziyyət: uşaq şüşə fincanla oynayır. Ana: "fincanla oynama, qıracaqsan. Neçə dəfə sındırmısan sən." Uşaq: " yox, sındırmayacam". Elə bu an fincan düşüb sınır. Ana böyük isterik vəziyyət yaradır. " sənə dedim sınacaq. Evdə heç nə qalmayıb, hər şeyi sındırıbsan!" Uşaq:" nə olsun, sən də atamın üzqırxan maşınını əlindən salıb sındırdın". " Ayıb olsun, ananla necə danışırsan?!" " Sənə ayıb olsun, yaxşı eliyirəm!". Bu cavabdan əsəbləşən ana uşağı döyərək otağına aparır. Sizcə uşaq bu vəziyyətdən nə nəticə çıxardı?
Bu vəziyyətdə anaya belə gərginlik lazım idi? Onun üçün uşağın fincanla oynadığını görüb, əvəzinə top ya başqa oyuncaq verib almaq lazımdır. Fincan sındıqdan sonra isə " bax görürsən, fincan şüşə olduğu üçün asan sınır. Gör nə qədər hissələrə parçalanıb". Fincan qırıqlarını birgə toplayıb, onunla danışmaq lazımdır. Bu halda uşaq nəticə çıxaracaq: " fincanlar oyuncaq deyil"
Uşaqlar kiçik xoşagəlməz hadisələrlə rastlaşaraq böyük dərslər çıxarır. Valideynlər övladlarına kiçik səhvlərlə böyük bədbəxtliklər arasındakı fərqi hiss etməyi öyrətməlidirlər. Bəzən valideynlər özləri adekvat reaksiya vermirlər. Axı qırılımış saat qırılmış ayaq deyil, sınmış pəncərə sınmış ürək deyil. Ona görə də uşaqlarla təxmimən belə danışmaq lazımdır:

-  Heyf ki, yenə əlcəyini itirmisən. Axı ona nə qədər pul verilmişdi. Ancaq bu faciə deyil.

Təhqir nədir?
Təhqir- zəhərli oxdur. Onu yalnız düşmənə qarşı istifadə etmək olar, uşaqlara qarşı heç vaxt. Hər hansı əşyaya pis desən, onunla heç bir dəyişiklik olmayacaq. Ancaq bir uşağa ağılsız və ya çirkin desən onunla nələr baş verməz ki... O, əzab çəkər, əsəbi olar, nifrət bəsləyər, intiqam almaq barədə düşünər. Bütün bunlar onda günahkarlıq hissi əmələ gətirir. Bu isə narahatlığa səbəb olur. Bütün bu zəncirvari reaksiya həm uşaqları, həm də valideynlərini bədbəxt edir.
Uşaqlar valideynlərinin sözlərinə inanır və etibar edir. Əgər valideyn və müəllim uşağa daima ağılsız olduğunu desələr o, buna inanacaq. Bu halda o, öz qabiliyyətlərini nümayiş etdirməkdən çəkinəcək. Çünki ona lağ edəcəklərindən qorxacaq.

Valideyn qəzəbi
Hər valideyn övladı ilə səbrli olmağa çalışır. Lakin hər bir səbrin daşdığı anlar olur. Qəzəbli olduqda biz özümüzü itiririk. Uşaq səhv etdikdə onu acılayır, təhqir edir, hətta əl qaldırırıq. Lakin əsəbimiz sakitləşən kimi bunun bir daha təkrarlanmayacağına özümüzə söz veririk. Ancaq əsəbləşdikdə yenidən alovlanma baş verir. Özünüzə edə bilməyəcəyinizi söz verməyin. Bu vəziyyəti daha da pisləşdirəcək. Qəzəb insan təbiətində baş verən dəyişikliklərlə əlaqədar baş verir. Ona vaxtaşırı gərginliyi üzərimizdən atmaq üçün ehtiyac duyuruq.
Əgər lazımi anda uşağa hirslənməsən, o düşünəcək ki, onun hərəkətlərinə barmaqarası yanaşırsınız. Lakin hər şeydən ötəri qəzəblənmək olmaz. Uşaq bilməlidir ki, valideyn qəzəblənirsə, bu, " mənim səbrimin sərhədi var" deməkdir.

Sakitliyə necə nail olmalı?
Evdə gərginlik yaşanacağını hiss etdikdə bunları nəzərə almaq lazımdır:
1. Uşaqların müəyyən davranışları bizi əsəbləşdirə bilər.
2. Biz valideynlər hirslənməyə ixtiyarımız var və bu zaman özümüzü günahkar hiss etməməliyik.
3. Uşağa əsəbləşərkən belə onun şəxsiyyətini təhqir etmək olmaz.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 599
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz