Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar arasında mənim-sənin problemi
Uşaqlar arasında mənim-sənin problemi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 389
Səs ver:
Uşaqlar arasinda "menim-özgənin” məsələsi daim olub. Bu problem hardasa, iki yaşdan sonra baş qaldırır. Balaca öz "malının” qiymətini, dəyərini bilməyə başlayır, hətta aqressivcəsinə sahiblənir. Bu zaman valideynlərin öhdəsinə uşaqları bu vəziyyətdən yayındırmaq düşür. əgər bunu etmək mümkün olsa, bir müddətdən sonra problem özü-özlüyündə yox olacaq və balaca çox rahatlıqla oyuncaqlarını bir digər uşaqlarla bölüşəcək. Oyuncaqları ilə bölüşə bilmək balacanın böyüməyə doğru atdığı bir addımdır. Bu mərhələdə balaca bölüşə-bölüşə artıq ünsiyyət yaradır. Bəs əgər uşağınız özgəsinin oyuncağı ilə oynamağı sevirsə və qaytarmaq istəmirsə. Bu zaman nə etməliyik?

Uşağa erkən yaşından sərhədləri başa salın. Yəni, həyətə oynamağa düşən balaca özü ilə oyuncaqlarını aparırsa, mütləq digər uşaqlarla da bölüşməlidir. Oyun zamanı oyuncaqlar ümumi olmalıdır. Daha çox bağlı olduğu oyuncağı yaxşı olar ki, evdə saxlayın.
bölüşməyi öyrədin. Oyun bitdikdən sonra özgənin oyuncağını qaytarın və təşəkkür edin. Inanın ki, balac bütün unlara fikir verəcək.
əgər balaca bölüşmək istəmirsə, çalışın onun diqqətini başqa, daha maraqlı bir  yerə  yönəldəsiniz. Axı uşaq böyutmək fərasət, fantaziya və hətta hiylə tələb edir.

"gərgin situasiyaların həlli”:
kimsə sizin oyuncağınızı götürüb. Və təkidlə sübut etmək istəyir ki, oyuncaq onundur. Bunun üçün psixoloqlar məsləhət edirlər ki, oyuncaqlara markerlə uşağın adını yazın. Bu sizi bir çox xoşagəlməz problemlərdən azad edəcək.
bəs əgər siz evə getməlisiniz,  oyuncaqlarınızsa digər uşaqların əlindədir. O zaman nə edəcəksiniz? Təcrübəli analar bu zaman balacalara dəyişmək üçün kimsəsiz oyuncaqlar, əgər o da yoxdursa, bu zaman qəşəng bir gül və ya daş təklif edirlər.
çox vaxt uşaqlar oymanamağa gələndə icazəsiz özgəsinin oyuncaqlarını götürürlər. Bəs ana bu zaman nə etməlidir? Balacanıza başa salın ki, uşaqlar bir az oynadıqdan sonra mütləq qaytaracaqlar. Çalışın zamanla övladınızda belə "mədəniyyətsiz” hərəkətlərə qarşı immunitet yaradasınız.  

Unutmayın ki, övladınızın maddi dünyaya qarşı düzgün münasibətini məhz siz formalaşdırmalısınız. Çalışın balanız maddiyyatdan və cəmiyyətdən asılı vəziyyətə düşməsin. əksinə, özünü sosiumda rahat və əmin hiss etsin!    

Nərgiz Məmmədzadə


Şərhlər:
Baxılıb: 389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz