Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dayə seçimində nəyə diqqət etməli?
Dayə seçimində nəyə diqqət etməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 291
Səs ver:
Övladınızı dayəyə etibar edəcəksinizsə, onun hansı xüsusiyyətlərə malik olmasını istədiyinizi müəyyənləşdirin.

1. Dayədə hansı xüsusiyyətlər olmalıdır?
Uşağı etibar etdiyimiz dayədə uşağın inkişafı baxımından ən vacib xüsusiyyətlərin söhbətcillik və canıyananlıqdır. Zehni inkişaf uşağın danışıq eşitməsilə sıx əlaqəlidir. Ona görə də bütün gününü susaraq keçirən, söz ünsiyyətində olmayan dayə ideal dayə ola bilməz. Bu baxımdan dayə depresiyadan uzaq, enerjili biri olması vacibdir. Canyananlıq dedikdə, uşaqla üz-üzə oyunlar oynayan, oynamaqdan zövq alan, yedirtmə, yatırma kimi gündəlik vəzifələri yerinə yetirərkən ürəkdən yanaşma kimi xüsusiyyətlər nəzərdə tutulur. Dayə ilə görüş zamanı dayənin "bu hadisəyə kədərlənmişdim", " buna çox sevinmişdim", " bu hadisə mənə çox təsir etmişdi" kimi ifadələr işlətməsi çox yaxşı haldır, üstünlükdür. Gündəlik təəssüratlardan bəhs edilməsi də uşaq inkişafına müsbət təsirini göstərəcək. Əlbəttə ki, dayə ilə yanaşı sizin də insani xüsusiyuətləriniz uşağın inkişafına təsir edir. Uşaq böyüdərkən necə bir insan böyütmək istədiyinizi müəyyən edin: " idarəedici yoxsa dediklərinizi yerinə yetirən bir insan", " səliqə-səhmana necə diqqət etməli?", " təhlükəsizlik məsələsində bilgisi və yanaşması necə olsun?" kimi dəyərlərinizi dayə ilə birlikdə tərbiyənin bir hissəsinə çevirməlisiniz. Sizə uyğun dayəni tapmaq üçün bir neçə dayə namizəd ilə görüşsəniz hansı xüsusiyyətlərə malik dayə axtardığınızı dəqiqləşdirə bilərsiniz.  

2. İnana biləcəyimiz dayəni necə seçək?
Dayəyə inanmaq üçün əvvəlcə müəyyənləşdirin: siz necə dayə axtarırısınız?
Məsələn, əgər dayə əvvəllər uşağa baxmayıbsa, ona güvənə bilərsinizmi? Və ya əvvəlcədən tanımadığım birinə uşaq etibar edə bilmərəm. Ola bilsin ki, sizin şəhərinizdə qeydiyyatda olmayan birinə etibar edə bilməzsiniz. Bəlkə də gənc dayəyə də etibar etməyə tərəddüd edərsiniz.
Ona görə də dayə axtarmazdan əvvəl siz necə dayə axtardığınıza qərar verin.

3. Uşağın dayəyə öyrəşmə dövründə ana və dayəyə düşən vəzifələr nələrdir?
İlk dövrdə əvvəlcədən yanında olmasına vərdiş etdiyi ana və ya nənə dayə ilə birlikdə uşağın yanında olmalıdır. Uşağı birdən - birə dayənin himayəsinə vermək olmaz. Bu zaman dayə ilə bərabər onun yanında olun, lakin bir qədər ikinci planda qalın. Məsələn, oyun oynayarkən siz də iştirak edə bilərsiniz, lakin əsas danışan tərəf dayə olmalıdır. Bu həm də ona görə faydalıdır ki, uşaq sizin də dayəyə etibar etdiyinizi görsün. Öyrəşmə müddətində dayə də səbrli və anlayışlı olmalıdır. Dayə ilk vaxtlar uşaqdakı çəkingən və ya hər hansı pis bir hərəkətinə bənd olmadan onunla ünsiyyət qurmağa çalışmalıdır.

4.  Dayə ilə çox vaxt keçirən uşaq anasından uzaqlaşarmı?
İşləyən ana olaraq övladınıza lazımi diqqət və vaxt ayırsanız övladınızın ilk ünsiyyətdə olduğu insan olarsınız. Bunun üçün həftə içi 2-2,5 saat və  həftəsonu daha çox vaxt övladınızla keçirsəniz, bu ana-övlad münasibəti baxımından faydalıdır. Uşaqlar anası ilə yanaşı digər insanlara da bağlana bilərlər. Uşağı sevən və qayğısına qalan daha bir insanın olması onun özünə inamını artırır. Gününü dayə ilə keçirən uşaq axşamlarını sizinlə keçirir.  Bu isə ona xüsusi zövq edir. Əgər dayəniz övladınıza hərtərəfli qayğı göstərə bilirsə, onunla uşaq arasında bağlılıq olmasında heç bir neqativ hal yoxdur.

5. Anadan ayrıla bilməyən və dayəni qəbul etməyən uşaqla necə davranmalı?
Dayəyə öyrəşmək bir qədər zaman tələb etdiyini unutmayın. Əgər dayəniz təcrübəli biridirsə və uşaqla davranmağı bacarırsa, uşaq əvvəl -axır ona öyrəşəcək. Ancaq bu alışma dövrünün nə qədər müddət davam edəcəyi isə uşağın yaşından, fərdi xüsusiyyətlərindən asılıdır. Uşağın dayəni sevməsinin birinci şərti sizin dayəni dəstəkləməniz və hörmət etmənizdir. Sonra uşaq ilə dayəni birlikdə qoymağa cəhd edin. Uşaq dayədən sevgi görməli və bəzən ona sərhədlər qoya biləcəyini bilməlidir.
Dayə məsələsində valideynlərin əsas vəzifələrindən biri daimi bir dayə tapmaqdır. Tez-tez dayə dəyişməsi uşağın ona öyrəşməsinə, həm də inam hissinə zərər verə bilər.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz