Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın baxçaya psixaloji hazırlığı
Uşağın baxçaya psixaloji hazırlığı
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 520
Səs ver:
Uşaq bağçaya getməmişdən əvvəl ona bağçanın nə olduğunu izah etmək lazımdır. Daha yaxşısı isə əyani olaraq göstərməkdir. Bağçaya birlikdə gedin, gəzintidə olan uşaqlara baxın. Ona uşaqların həyətdə nə etdiyini izah edin və bunun nə qədər maraqlı olduğunu danışın.
Övladınızla "bağça-bağça" oynayın. Gəlincikləri rollara bölün: kimsə uşaq, kimsə tərbiyəçi, kimsə valideyn olsun. Səhər valideyn uşağı bağçaya aparır, onlar orada yemək yeyir, yatır, oynayır. Axşam isə ana mütləq uşağı evə gətirir. Siz xəyal gücünüzü işlədib bir sıra belə oyunlar düşünə bilərsiniz. Həm də bağçaya gedən qız haqqında nağıl fikirləşə bilərsiz. Bu nağıldakı qız bağçanı çox sevir, orada çoxlu dostu var, əylənir, müəlliməsi də onu sevir, qayğısına qalır.
Uşağı qrupa apararkən çalışın həyəcanınızı duymasın. Ayrıldıqda sakit və qətiyyətli olun. Mütləq ona nə vaxt gəlib götürəcəyinizi söyləyin və onun başa düşdüyü formada günün vaxtını izah edin.

Məsələ: sən yeməyini yeyəndən sonra və ya gəzməyə çıxanda gəlib səni aparacam. Ənənəvi sağollaşma (öpmək, qucaqlamaq, pəncərədən anaya baxmaq) da onun stressini azaltmağa kömək edəcək. Əgər uşaq ayrılığa çox ağır reaksiya verirsə, onu bağçaya aparmağı nənə və ya ataya tapşırın.
Uşağı qarşılayarkən ondan gününün necə keçdiyini, nə oyun oynadığını soruşun. Ayrı qaldığınız vaxt ərzində baş vermiş hadisələri müzakirə edin. Onu tərifləyin.

Əgər nəyisə səhv elədiyini düşünürsünüzsə, məsləhət verin. Onda övladınız düşünəcək ki, bağçada olan bütün problemi həll etməyə ona kömək edəcəksiniz.

Bu onun özünə güvənini artıracaq, tək olmadığını hiss etdirəcək.
Adaptasiya dövründə uşaqla çox vaxt keçirməyə çalışın. Bağçadan sonra onunla gəzməyə çıxın. Uşaq yeni təəssüratlar alacaq və mənfi həyəcandan uzaqlaşacaq.

Xoş bir şeylə könlünü oxşayın. Əlavə güclü emosiyalar bu dövrdə çox ziyandı. Ona görə də bir müddət kino, teatr, hətta qonaq belə getməyin. Çox televizora baxmaq da onda güclü oyanıqlığa səbəb olar. Ona görə də axşam vaxtı verilişlərə baxmağı 10-15 dəqiqəyə qədər endirin.
Uşağı "3 yaş krizisi" dövründə  bağçaya qoymaq məsləhət görülmür. Daha yaxşı olar ki, onu 2,5 yaşda və 4 yaşa yaxın getsin.
Psixoloqlar bildirir ki, 2-4 yaş mərhələ uşaq həyatında çox vacibdir. Bu vaxt uşaqlar tualet vərdişləri qazanır,səliqə-sahmana öyrənir və sosiallaşma prosesi gedir. Sonra onlar öz orqanizmini tanıyır,cəmiyyətdə yaşamağı və onun qanun-qaydalarını riayət etməyi öyrənir. Ona görə də uşaq üçün bağçaya getmək üçün ideal yaş 3 və daha böyük yaş dövrüdür.
Bir qayda olaraq bu yaşda uşaq özünə qulluq və digər uşaqlarla ünsiyyət qurmağı öyrənir.
Hər bir uşaq fərdi xüsusiyyətləri olan şəxsiyyətdir. Yəni bütün uşaqlar üçün "4 yaşda bağçaya getməlidir"-deyə bir qanun yoxdur. Buna valideynlər öz uşaqlarını tanıyaraq qərar verməlidir. Sərbəst şəkildə özünəqulluğu, uşaqlarla ünsiyyəti bacaran, bölüşməyi və dəyişməyi bacaran uşaqlar bağçaya göndərilə bilər. Uşağı bağçaya getdiyi üçün tez -tez tərifləyin. Onun artıq necə böyüdüyünü və ata,ana işə getdiyi kimi bağçaya getdiyini təqdir edin.
Uşağın tərbiyəçiləri və ona qulluq edənlər  haqqında hörmətlə danışın. Heç vaxt uşaqların yanında onları müzakirə etməyin. Əksinə bağçaya müsbət münasibət formalaşdırmağa çalışın. Bunun üçün uşağın diqqətini bağçadakı yaxşı şeylərə çəkmək lazımdır.
Adaptasiya dövründə uşağın dəyişkən davranışlarına səbrlə yanaşın. Siz anlamalısınız ki,bu davranışlar onun pis uşaq olduğu üçün deyil,bağçanın ciddi rejiminə uyğunlaşmaqda çətinlik çəkdiyi üçün belə olur.

Dostluğu öyrədirik
Uşağın qrup yoldaşları ilə münasibətlərinə etinasız yanaşmaq olmaz. Insanlarla ünsiyyəti öyrənmək məktəb proqramını öyrənmək qədər vacibdir.
Uşaqdan bağçada dostu olub olmadığını,kiminlə oynadığını,qrupda olmaq xoşuna gəlib-gəlmədiyini soruşun. Ona dostluq etməyi öyrədin. Gəzinti zamanı oyuncaqları ilə bölüşsün,həm də başqalarından oyuncaq istəməyə və bir yerdə oynamağı təklif etməkdən utanmasın. Ancaq imtina edildikdə də küsməməyi öyrətməli. Dostluq haqqında mahnılar öyrədin. Öz uşaqlığınızdan, dostlarınızdan danışıb ona nümunə olmağa çalışın.
Tərbiyəçidən uşağınızın kiminlə oynadığını, kollektivdə problemi olub olmadığını soruşun. Daha yaxşı olar ki, bir saatlıq qrupa gəlin, müşahidə aparın: ümumi oyunlarda oynayır ya kənarda qalır;dostları ilə mehribandı yoxsa,incidir onları. Bəlkə əksinə kimsə incidir onu?
Bu dəyərli müşahidə sizə balaca insanın hərəkətrini doğru yönəltməyə imkan verəcək. Izah edin ki, heç kimi vurmaq,incitmək olmaz,ancaq özünü də müdafiə etməyi aşılamalı.
Əgər bu problemlərlin öhdəsindən  özünüz gəlməyəcəyinizi düşünürsüzsə,uşaq psixoloquna müraciət edin.
Körpə ikən səhvlərin üzərində işləyib düzəltmək daha düzgündür; nəinki onların uşaqla bərabər böyüməsini gözləmək...

Ülviyyə Səid


Şərhlər: 5
Baxılıb: 520
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sizin 1205
Oglum hevesle gedir maşAllah
19 mart 2016 23:09
# 5
L
Asya
Menim fikrimce her bir uwaq baxcaya getmelidi.Bagcaya getmek cox yaxwidir.mende inwAllah gelecekde uwaqlarimi qoyacam bagcaya ))
19 mart 2016 22:01
# 4
vipbetul
baxcada pisxoloqlar olmalidirki usaqlari baxcaya hazirlasunlar oyreshdursunler
19 mart 2016 21:44
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Sara035
Inwallah mayda qoyacam,balacam gun gorer23artiq daniwir narahat olmaram iwleyenleride taniyiriq yoldawimla qaynimi baxan terbiyecilerdi,baxcanin uwaq inkiwafinda rolu boyukdu cemiyyete uygunlawma rahat olur baxcaya geden uwaqda
19 mart 2016 21:42
# 2
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
BARBI
Baxcaya geden usaqlar paylasmagi dostlugu oyrenir. Menim fikrimce cox yaxsidir. Usagimi mutleq gondererem
19 mart 2016 21:28
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz