Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kəkələyən uşaqların valideynləri nə etməlidir?
Kəkələyən uşaqların valideynləri nə etməlidir?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 495
Səs ver:
Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar.

Ilk olaraq uşağın danışığındaki ilişmə və təkrarlamalar problem edilməməlidir. Uşağın danışması mükafatlandırıcı hala gətirilməlidir. Ailə uşağa gözəl bir dinləyici olmaq üçün əlindən gələni etməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, o da öz fikirlərini valideynləri ilə paylaşsın.

Valideynlərin nitqi hər zaman uşağa öz təsirini göstərir. Bu səbəbdən də valideynlərin kəkələməsi olan uşaqlarıyla danışarkən aşağıdakılara diqqət etmələri yararlı ola bilər;

1. Danışarkən zaman-zaman dayanmalıdır.

2. Yavaş-yavaş danışmalıdır.

3. Qısa-bəsit cümlələr qurulmalıdır.

4. Uşağı maraqlandıran şeylər haqqında danışmalıdırlar.

5. Uşağın özgüvənini artıran fikirlər söyləməlidirlər. Ən bəsit davranışlarını qiymətləndirməli və təqdir etməlidirlər. Məs: "Çox sağ ol, nə dadlı su verdin mənə!” və s.

6. Danışarkən uşağınızın gözlərinin içinə baxın. Göz təması uşağın özgüvəninin artmasına kömək edir. Göz təmasından qaçmaq isə uşağa acınacaq, zəif, yazıq bir varlıq olduğu mesajını verir.

7. Daim narahat olaraq uşağınızın inkişafını yavaşlatmayın, bunun əvəzinə özünüzün və uşağınızın nitqini yavaşladın.

Ailələr aşağıdakı davranışları etməməyə çalışmalıdırlar.

1. Uşağın nitqini düzəltmək, uşağa və nitqınə hər zaman nəzarət etmək.

2. Uşağın danışığına ailənin digər üzvlərinin lağ etməsi.

3. "Rahatla”, "yavaş danış” şəklində uşağın danışığına müdaxılə etmək.

4. "Qısa cümlələr qur” kimi ifadələr işlətmək əvəzinə göstərərək örnək olun.

5. Uşağa şiddət, basqı tətbiq etməyin, onu sıxışdirmayın!

6. Uşağın kəkələməsi ilə bağlı onun yanında danışmayın.


Şərhlər:
Baxılıb: 495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz