Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər
Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 476
Səs ver:
Gənclərin cəmiyyət içində etdikləri mənfi hərəkətləri gördükcə hər kəsin bu gənclərin ana-atalarını günahlandırdıqlarını görərsiniz. Hamımız bu sözləri həmişə eşidirik: Ana-ataları bu uşaqlara niyə tərbiyə verməyib? Bunların ailəsi niyə maraqlanmır bunarla, belə məsuliyyətsizcə uşaq yetişdirilə bilərmi? Hamı söyləyir ki, ailə günahkardır. Əgər onlar uşaqlarına kafi və mükəmməl təhsil versəydilər, uşaqlar belə olmazdılar. Bəli məktəbdə idarəçilər və pedaqoqlar onları günahlandırır. Hamı ana-ataları günahlandırır. Günahlandırmaq asandır, əhəmiyyətli olan həll yolunu göstərməkdir. Ana-atalar günahlandırılır, amma onların qarşılaşdıqları problemlərdə onlara kim kömək edəcək? Onlar nəyi səhv etdiklərini, necə etmələri lazım olduğunu haradan öyrənəcəklər?                 

"Qaranlıqda deyinəcəyinə bir şam da sən yandır." - Konfutsi.

Təəssüf ki, ana-atalar günahlandırılar, amma onlara heç bir şey öyrətmirlər. Hər il milyonlarla gənc ailə ən çətin peşə sayılan ana-atalığı boynuna götürür. Tamamilə aciz və çarəsiz bir körpədən, iştirakçı, istehsalçı, əməkdaşlığı və insanlara köməyi sevən, vətəni üçün əzmlə çalışan insanlar yetişdirmə məsuliyyətini yüklənir. Bundan daha çətin və fədakarlıq istəyən bir peşə varmı? Neçə ana-ata bu peşə üçün öyrədilmişdir? Hər hansı bir işdə işləmək üçün hər birimiz müəyyən təhsilə, peşəyə yiyələnməliyik. Bunun üçün 4–5 il təhsil alıb müəyyən diplom və sertifikata yiyələnirik. Amma ana- ata olmaq diplomu, sertifikatlı olmadan uşaqlar yetişdiririk. Bu böyük məsuliyyəti sadəcə ata və analarmı daşımalıdır?

Bu gün yetkinlik yaşına çatan minlərlə gənc özlərinə görə etibarlı səbəblər üzündən ana-atalarını "işdən çıxarmışlar". "Anam-atam mənim yaşımdakı gəncləri anlamır". "Hər gecə evə döndüyümdə mühazirə dinləməkdən bezdim". "Ana-atama heç bir şey izah etmirəm. İzah etsəm də anlamırlar". "Kaş ki,  anam-atam məni rahat buraxsın". "Ən qısa zamanda evdən ayrılacağam. Hər mövzuda davamlı suallar verirlər dözə bilmirəm".

Bu uşaqların ana-ataları dilə gətirdikləri aşağıdakı sözlərlə uşaqları tərəfindən "işdən qovulduqlarının" fərqinə vardıqlarını göstərmişlər, artıq onlar üzərində təsir gücləri qalmamışdır. "On beş yaşındakı oğuluma artıq heç təsir edə bilmirəm." "Onunla məşğul olmaqdan artıq imtina etmişəm". "Hara getdiyini, nə etdiyini demir. Ondan harda olduğun soruşuram, məni maraqlandırmadığını söyləyir." "Bizimlə danışmır. Biz danışmağa çalışdıqda "rahat buraxın məni" deyir.

Niyə bu qədər çox sayda gənc ana-atalarını "düşmən" olaraq görməyə başlayır? Niyə bu gün evlərdə qurşaqlar arası ayrılıq bu qədər məşhurdur? Niyə cəmiyyətimizdəki ana-atalar və uşaqlar sözün tam mənasıyla bir-biriylə döyüşürlər? Nə etmək lazımdır?


Şərhlər:
Baxılıb: 476
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz