Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaşıl sahələr uşaqları daha savadlı edir!
Yaşıl sahələr uşaqları daha savadlı edir!
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 396
Səs ver:
7-10 yaşlı 2500-dən çox uşağın iştirakı ilə həyata keçirilən bir araşdırmada yaşıl sahələrin uşaqların savadına müsbət istiqamətdə təsiri təyin olundu .

İspan elm adamlarının etdiyi araşdırma təbiətə yaxın böyüyən uşaqların məktəbdəki müvəffəqiyyətinin artdığını ortaya qoydu.

Barselonadakı Ətraf Epidemiyoloji (cəmiyyətdəki xəstəlik, qəza və sağlamlıqla əlaqədar vəziyyətlərin paylanması, görülmə sıxlıqlarını və bunları təsirlərini araşdıran bir tibb elmi) Araşdırma Mərkəzindən elm adamları məktəb ətrafında yaşıl sahələrin olmasının uşaqların əzbərləmə qabiliyyətinin artırdığını, diqqət əskikliyini isə azaltdığını göstərdi.

Araşdırmaya imza atanlar, yaşıl sahələrin uşaq üzərindəki psixoloji təsirinə diqqət çəkərək təbiətə yaxın olanların öz hörmətinin, problemləri həll etmə bacarığını, yaradıcılığının və risk alma cəsarətinin artdığını vurğulayıblar. Digər tərəfdən araşdırmaçılar, əzbər problemi olan uşaqların 9 faizinin hava çirkliliyindən uzaq qaldıqlarında bu problemin öhdəsindən daha asan gəldiyini də təsbit etdi.

Elm adamları təbiətə yaxın böyüyən uşaqların digər insanlarla əlaqə qurma, paylaşma və sıxlıq qarşısında daha rahat çıxış bacarığı qazandığını ifadə etdi. Təbiətin uşaqların duyğu tutumunun inkişafında də təsirli olduğunun təyin olunduğu araşdırmada ağac və yarpaqları görən uşaqların mövsümlər və zaman anlayışını daha rahat öyrənə bildiyi qeyd edildi.

Yaşıl mühitin və uşaqların olduğu ümumi mühitin mücərrəd olan hər şeyə məna qatdığına diqqəti çəkilən araşdırmanın nəticələri Amerikan "Proceedings of the National Academy of Sciences of the United States of America (PNAS)" jurnalında nümayiş olundu.

Daha əvvəl Avstraliyanın Melbourne Universiteti Psixologiya Bölümü araşdırmaçılarının icra etdiyi bir başqa araşdırmada təbiətə və yaşıl sahələrə baxmanın beyni gücləndirdiyi ortaya çıxmışdı.

BMT-nin keçən ilki məlumatlarına görə dünya əhalisinin 54 %-i şəhərdə yaşayır. Bu da demək olur ki, ya şəhərlərimizi yaşıl tutacağıq, ya da şəhərlərə köçməyin qarşısını alacayıq.


Şərhlər:
Baxılıb: 396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz