Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları həddən artıq yedizdirməyin!
Uşaqları həddən artıq yedizdirməyin!
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 725
Səs ver:
Susuzluq və aclıq hissi insanın minilliklər boyu sağ və sağlam qalmasına səbəb olan əsas instinktlərdəndir.

Bu faktı unudaraq qidanın bol olduğu müasir dövrdə bütün anaları narahat edən əsas məsələlərdən biri uşağın passiv yemək yeməsidir. Əksər hallarda uşağın iştahı passiv deyil, ananın narahatlığı aktivdir. Dietoloq Rebecca Byrne qeyd edir ki, daha çox analar uşaqların kifayət qədər yeməməsi və az çəki almasına görə narahat olaraq, uşaqları normalarından artıq yemələrinə təzyiq göstərirlər. Müasir dövrdə uşaqların qidalanması onların aclıq və susuzluq instiktinə uyğun olaraq deyil, ananın uşağı nə vaxt və hansı miqdarda yedizdirmək istəyi ilə həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə dünyada 2013-ci ildə 42 milyondan artıq 5 yaşından kiçik uşaq piylənməyə məruz qalıblar. Harvard Universitetinin hesablamalarına görə isə son 20 ildə müvafiq yaş uşaqların piylənməsi 60% artmışdır. Bariatrik əməliyyatlar həyata keçirən ümumi cərrah Dr. Elmir Əsgərov qeyd edir ki, insanın mədəsinin ölçüsü simvolik olaraq yumuruğu ölçüsündədir. Uşaqlar da isə üstəlik olaraq mədə anatomiyası hələ tam yetkinləşməmişdir.

Mədənin genişlənmə qabiliyyətini malik olmasını nəzərə alaraq gələcəkdə uşağın normadan artıq yeməsi piylənmə probleminə səbəb ola bilər.

Professor Catherine Law 12 min nəfər 3 yaşlı uşaqlar arasında apardığı araşdırmanın nəticələrinə görə müntəzəm olaraq nənə və baba tərəfindən qayğı görən uşaqlar 3 dəfə daha çox piylənməyə məruz qala bilərlər. Səbəb nənə-babanın uşağı zərərli qida ilə şirnikdirmələrindən irəli gəlir. Adətən uşaqları yedizdirmək üçün nəinki nənə-baba, ana-ata aşağıdakı metodlardan istifadə edirlər:

-Yeməyi israf etməmək. Boşqabı nəyin bahasına olursa olsun, təmiz olana kimi yeyib bitirməyə alışdırmaq doymaq hissinə əsasən qidanı qəbul etməyə mane olur. Gələcəkdə mədə doysa belə, göz doymur kimi pis vərdiş yaranır.

- Yeməklə mükafatlandırmaq. Valideynin istədiyi miqdarda yeməyi yeyib bitirdiyi təqdirdə uşağa mükafat qismində xoşladığı başqa bir şey etmək, vermək düzgün deyil. Bu üsul istənilən yeməkdən sonra mütləq şəkildə hər hansı bir şirniyyatın qəbulu vərdişini və ya hər hansı şirni yeməmişdən öncə mütləq qida qəbul etməsi vərdişinin əsasını qoyur. Nəticədə insan lazım olandan qat-qat çox kalori qəbul etmiş olur.

- Yeməklə cəzalandırmaq. Uşağa yemədiyi təqdirdə hədə-qorxu gəlmək onda yeməyə qarşı ciddi ikrah hissi oyada bilər. Üstəlik xoşlamadığı yeməkdən nəyin bahasına olursa olsun can qurtarmaq üçün uşaqlar yalan və digər xoşagəlməz xassələrə yiyələnirlər.

- Yedizdirərkən diqqəti yayındırmaq. "Təyyarə gəlir, ağzını aç”, "Bunu ananın, bunu atanın əvəzinə” oyunları, dilə tutmaq, nağıl danışmaq, cizgi filmi göstərmək kimi üsullar qida qəbulu ilə paralel nə isə etmək vərdişi yaradır. Yemək yeyənin fikri boşqabından kənara yayındıqda isə o doyma hissini ötürür və lazımından artıq qida qəbul etmək təhlükəsi ilə üzləşir.

- Yeməklə təsəlli vermək. Əhvalı olmayan, uğursuzluq, ağrı və digər fiziki və emosional narahatlıq yaşayan uşağa təsəlli vermək məqsədi ilə ona dadlı və ya maraqlı qida hazırlamaq, vermək böyüdükdə hər dəfə stress və ya əhval düşkünlüyü keçirdikdə qidaya təsəlli mənbəyi kimi müraciət etmək vərdişi yaradır.

Müəyyən müddət arıqlama mərkəzində çalışan psixoloq Anna Bıkova qeyd edir ki, uşağının sağlam gələcəyini istəyən valideyn yuxarıda verilən üsullardan qətiyyən istifadə etməməlidir. Gələcəkdə bu cür üsullar nəinki piylənmə kimi ciddi fiziki hətta bəzi ciddi psixoloji problemlərə də səbəb olacaqdır.

Dietoloq Tutu Zeynalova müasir uşaqların piylənmə səbəbləri kimi fiziki fəallığın az olması, fabrikat və genetik modifikasiya olunmuş qidaların qəbulu, ana və nənələrin uşağın əvəzinə işləri görməsi, televizor və kompüter qarşısında keçirilən vaxt, hormonal problemləri, genetik meylliyi sadalayır. Digər tərəfdən isə uşaqların iştahasız olması öncəki yeməyin aşırı qəbulu və ya sağlamlığında problemin olması ilə əlaqəli olmasını qeyd edir. Hər bir uşağın individual enerji sərfini nəzərə alaraq, nə qədər yediyinə deyil, nə yediyinə nəzarət etmək gərəkdir. Həmçinin uşaqlarda sağlam qida vərdişlərini tərbiyə etmək üçün valideyn öz nümunəsində göstərməlidir.

Mütəxəssislərin qeyd etdiyi kimi, sağlam qidalanma vərdişlərinin əsasları körpəlikdən qoyulur. İstənilən yaşda sağlam qidalanmağa və qidalandırmağa başlamaq mümkündür.

Səhv qidalandırma üsullarına alternativ olaraq aşağıdakıları nəzərinizə çatdırırıq.

- Sağlam qida ilə həyata başlamaq. Sağlam başlanğıc üçün ilk qida sözsüz ki, ana südüdür. Ana südünün əvəzolunmaz özəlliklərindən savayı, əmizdirilən körpə özü aclıq və toxluq balansını qoruyur. Nəticədə müdaxilələr olmadan öz doyma norması qədər qidalana bilir.

- Doymaq sözünün öyrətmək. Lap erkən yaşlarından etibarən hər dəfə yeməyə başlamamışdan öncə uşağınıza doyma hissini bildirməyi xatırladın. Əvvəllər bu başını qaşıqdan kənara çevirmək, ağızını açmamaq, ağzına qoyulan yeməyi tüpürmək kimi hərəkətlər olur. Bu zaman uşağın başını nəyin bahasına olursa olsun qatıb boşqabı bitirməyə cəhd etməyin.

- Uşağın qida ritminə uyğunlaşın. Bəzi uşaqlar yuxudan oyanan kimi digərləri isə oyanandan bir neçə saat sonra yeməyi üstün tuturlar. Bunları mütləq şəkildə nəzərə alın. Üstəlik bəzi günlər hətta böyüklər xarici və daxili şəraitdən asılı olaraq iştahlı və ya iştahsız ola bilirlər. Uşaqlar da eynilə gündən-günə iştahları ilə fərqlənə bilərlər.

- Özünün yeməsi üçün şərait yaratmaq. Uşaqlarda çəngəl, qaşıq, küt bıçaq ilə və ya əllə yemək bir proses olaraq maraq oyadır. Bunu üçün onlara imkan yaratmaq, həmçinin yemək əsnasında onu tələsdirməmək, qidanı rahat çevnəyib udmasına vaxt vermək gərəkdir.

- Yemək payını vizuallaşdırmaq. Uşağınıza yemək seçərkən onun yumruğunu vizuallaşdırın, bu sizə onun mədəsinin təxmini ölçüsünü təsəvvür etməyə yardım edəcəkdir. Boşqabda qalan artıq qidanı uşağı dilə tutaraq yedirtməkdənsə, kiçik ölçülü şüşə qida konteynerlərinə boşaldıb növbəti qida qəbuluna saxlayın.


Şərhlər:
Baxılıb: 725
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz