loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin dil açmasını necə sürətləndirmək olar?
Körpənin dil açmasını necə sürətləndirmək olar?
Göndərən: Gulu-Qezi
Şərhlər:
Baxılıb: 892
Səs ver:
Nitqin normal inkişafı üçün övladınızla ünsiyyətə kifayət qədər vaxt ayırın: Övladınıza yalnız adını çağıraraq müraciət edin, söhbət edərkən, hətta altını dəyişərkən, yeridərkən onun üzünə baxaraq danışın. Unutmayın, ünsiyyət hər şeydən əvvəl  qeyri-verbal, yəni vücud dili ilə başlayır.

Onun üçün tez-tez mahnılar oxuyun. Uşaqınızın asanlıqla anlaya və cavab verə biləcəyi cümlələrdən, emosiona ifadələrdən istifadə etməklə yüksək tonda və aydın şəkildə danışmağınız, eyni sözü dəfələrlə təkrarlamağınız işə yarıya bilər. Məsələn, " parka getməyimizsəni sevindirdi, elə deyil mi?" və ya "yıxıldığında çox ağrıdın?" şəkildə ifadələr körpənin öz duyğularını daha rahat ifadə etməsinə kömək edəcəkdir.

Körpənizlə söhbət edərkən qabarıq mimika və geniş açılmış gözlərlə ona diqqətini sizə yönəltməsi üçün kömək edin.

Hər hansı bir kəlmədən yalnış istifadə etdiyi zaman övladınızın səhvini düzəltmək əvəzinə doğru təlləfüzlə körpənin sözün düzgün formasını öyrənməsini təmin edin. Söhbət zamanı"bəli" və ya "xeyr" deyil, daha uzun cavab tələb edən suallardan  istifadə edin: Məsələn, "puzzle ilə oynamaq istəyirsən, yoxsa ayıcıqla?"

Övladınızın "nə" və "niyə"ilə başlayan sual cümlələrini cavablandırmaqla onun səbəb-nəticə əlaqəsini öyrənməsinə kömək edəcəksiniz. Sualın cavabını bilmədikdə belə bunun etiraf etməkdən çəkinməyin.

Təkrar şəkilə eyni səsi çıxaran oyuncaqlar körpənizin daha sürətli danışmasına təkan verəcəkdir.

Gündəlik fəaliyyət proqramınızla bağlı ona vaxtaşırı məlumat verin. Məsələn "indi evə gedirik", "indi yemək vaxtıdır" və s.

Əqli və emosional inkişaf nəticəsində körpənin gördüklərini, eşitdiklərini, hiss etdiklərini və düşündüklərini ifadə etmək üçün sözlərdən istifadə etməyə başlaması ictimailəşmənin ilkin mərhələsi hesab olunur. Uşaqların dil açması fərdi xarakter daşıyan proses olduğu üçün valideynlər "övladım gec danışacaq" deyə təlaşa düşməməlidir.

Şərhlər:
Baxılıb: 892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz