Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə anasını necə tanıyır?
Körpə anasını necə tanıyır?
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 987
Səs ver:
Körpələr doğulanda onların iybilmə hissiyatı kəskin şəkildə inkişaf etmiş olur.

Altı günlük, hətta bəzi tədqiqatlara görə 3 günlük körpələr öz analarının döşlərini yad anaların döşlərindən fərqləndirə bilirlər. Bu məhz iybilmə nəticəsində əldə olunur. Maraqlısı odur ki, yenidoğulan məməlilər analarının bir neçə döşü olduğu halda spesifik iyə malik olan döşə daha çox üstünlük verib onu əmirlər. Döşlərdən gələn bu iyin olması o qədər vacibdir ki, əgər o iylər dəyişdirilsə, körpələr ölə bilər. İy vasitəsi ilə onlar analarını tapıb, əmə bilir və öz həyatda qalmaq şanslarını artırırlar.

Bəzi heyvanlara xas olan bu xüsusiyyətlər eyni ilə insan balalarına da aid etmək olar. Elə bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı analara əmizdirmədən qabaq və ondan sonra döşlərini yumağı tövsiyə etmir. Areola (giləətrafı dairə) altında Montqomeri adlandırılan vəzilər var. Bu vəzilərin ifrazat kanalları giləətrafı hissədə yerləşərək kiçik qovurcuqlar şəklində yer alırlar.

Montqomeri vəzilərinin xüsusi rolu haqqında müxtəlif versiyalar irəli sürülür. Bəzi alimlər bu vəzilərin ifrazat nəticəsində lipoid (piy əmələ gətirmə) faktora malik olaraq areolanı quruluqdan qorumasını və zəif antibakterial xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Bu səbəbdən döşün tez-tez yuyulması həmin giləni və onun ətrafında olan hissəni quruluqdan qoruyan piy təbəqəsinin pozulmasına və həmin hissədə çatların və digər problemlərə gətirə bilər.

Ehtimal olunur ki, uşağın iybilmə reseptorları Montqomeri vəzilərinin ifraz etdiyi xüsusi maddəni seçə bilir. Bu iylər böyüklər tərəfindən hiss olunmasa da, körpələrin incə iybilmə duyğusu onu təyin edə bilir. Beləliklə, bu iy uşaqlara qida mənbəyinin yerləşməsi barəsində siqnal verməklə yanaşı, eyni zamanda körpələrin iştahasını stimullaşdırmaq xüsusiyyətinə malikdir.

Körpənin doğuşdan sonra ilk saatlarda anayla təması ana iyinin daha möhkəm və uzunmüddətli yadda qalmasına səbəb olur. Buna səbəb yeni doğulan körpələrin noradrenalin hormonunun yüksək səviyyəsi olduğu zaman öz hissiyatlarından daha yaxşı istifadə etməsi ilə bağlıdır. Bu hal isə onlarda doğulandan bir neçə saat ərzində müşahidə olunur.

Təbii ki, körpələrə müxtəlif iyləri tanımaq üçün təcrübə toplamaq lazımdır. Amma ilk onların tanıdığı və doğma gələn iy ana ilə bağlı olur. Əmizdirmə prosesi isə bu münasibətləri daha da möhkəmlədərək, onlarda həyata alışma və stressin azalmasında böyük rol oynayır.

Bütün qeyd olunanları nəzərə alaraq analara aşağıdakı məsləhətləri vermək olar:
- Ana yeni doğulan körpəsini başqa insanların himayəsinə buraxmamalıdır. Körpə ananın iyini hiss etməyib, narahat ola bilər. Nəticədə yuxu pozuntuları, uzun müddət ağlamalar, hətta döşdən imtina etmə halları yarana bilər. Anaya yardım etmək istəyən insanları (ana, qaynana, bacı və s.) ev işlərinə cəlb etmək olar.

- Ananın ətirlərdən, ətirli qoltuqaltı və sabunlardan istifadəsi məsləhət görülmür. Özgə iylər anadan gələn təbii iyləri poza bilər və uşaqda həyacan və narahatçılığa səbəb ola bilər. Eyni zamanda ətirlər uşaqlarda allergik reaksiyaların, öskürmənin yaranmasına da səbəb ola bilər.

- Körpələrin nəfəs sisteminin kamil şəkildə inkişaf etməməsini nəzərə alaraq, onları müxtəlif kimyavi maddələrdən gələn iylərdən, efir yağlarından, tütün, tüstü və bu kimi iylərdən qoruyun.

- Ananın təbii iyləri qoruması və təmizliyə riayət etməsi üçün duş aldığı zaman dekolte hissəni adi su ilə yuması kifayət edər.

- Ana eyni zamanda geyiminə də diqqət verməlidir. Ətirli paltarın iyi uşağın narahatlığına səbəb ola bilər.

- Ana ilə yanaşı uşağa qulluq edən insaların ətirlərdən istifadə etməməyini xahiş etmək olar.

Şirin ana südü və anadan gələn təbii iylər uşağın rahatlığı və sakitliyi üçün ən gözəl seçimdi


Şərhlər:
Baxılıb: 987
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz