Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göy öskürək uşağın ölümünə səbəb ola bilər
Göy öskürək uşağın ölümünə səbəb ola bilər
Göndərən: Catwoman666
Şərhlər: 11
Baxılıb: 857
Səs ver:
Göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.
 
Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.
Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları, yüksək və aşağı temperaturların təsirindən asanlıqla məhv olur. Buna görə də göy öskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər əşyalarını sabunla yumaq lazımdır.
 
Uşaqlarda göy öskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir.
 
Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.
 
Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha yüngül olur və tez keçib gedir. Göy öskürək zamanı isə öskürək artaraq davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, boynunda damarlar genişlənir, gözlər qanla dolur. Bəzən öskürək tutmasından sonra uşaqda qusma, qeyri-iradi sidik ifrazı, hətta qıcolmalar olur. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.
 
Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də belə uşaqlarda göy öskürəyə azacıq şübhə yarandıqda, dərhal xəstəxanaya yerləşdirmək lazımdır. Göy öskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz! Çünki xəstəlik zamanı baş verən öskürək tutmaları istənilən an tənəffüsün dayanmasına səbəb ola bilər!
 
Göy öskürək həmçinin öz fəsadları ilə də təhlükəli hesab edilir - pnevmoniya (sətəlcəm), kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar və s. Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göy öskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.
Göy öskürəyin profilaktikası - uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir.


Şərhlər: 11
Baxılıb: 857
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Allah uzaq elesin... Pis seydi goy oskurek.

1 sentyabr 2015 16:43
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
Bu xəstəliyə uşaqlarda daha çox rast gəlinir. Uşaqlar çox öskürürsə, ciddiyə almaq lazımdır.

...666...
30 avqust 2015 20:01
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
Allah uzaq etsin
30 avqust 2015 18:27
# 9
Don't trust anyone ∆
Dosta_inam
Allah uzaq etsin.Allah butun korpeleri qorusun.
30 avqust 2015 17:14
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Denizimm
ALLAH qorusun inwallah hec bir korpe xestelnmesin
29 avqust 2015 22:55
# 7

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Mrs.Pianist
Goy oskurek pisdi,Allah qorusun
29 avqust 2015 22:06
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
amaril
Allah butun korpeleri qorusun.goy oskureyinki esas deniz kenaridir
29 avqust 2015 21:27
# 5
Ayselina
Allah qorusun butun balalari..cox tehlukelidir..
29 avqust 2015 20:33
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
BARBI
Oskurek siddetli olarasa agciyerler yirtila biler. Her zaman peyvendeler asilari vaxtinda edilmelidir
29 avqust 2015 20:13
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
usaqi vaxtinda mualige eletdirmek lazimdir neyinki xesdelenerken saqliqli olduqu zamanda muyaine eletdirmek gerekdir

usaqi vaxtinda mualige eletdirmek lazimdir neyinki xesdelenerken saqliqli olduqu zamanda muyaine eletdirmek gerekdir
29 avqust 2015 19:41
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Öskürəy uşagın ag ciyərlərin zədələyə bilər.Qorxuludur uşag ücün.Dərman verilərsə belə dörd gündən ya bir həftədən artıg uşag öskürərsə hansısa xəstəliyin əlamətidir.
29 avqust 2015 19:36
# 1
Başımın üstündə Allah,yanımda ailəm olsun.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz