Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar neçə yaşdan sonra günəş eynəyi taxmalıdırlar?
Uşaqlar neçə yaşdan sonra günəş eynəyi taxmalıdırlar?
Göndərən: emis
Şərhlər: 7
Baxılıb: 578
Səs ver:
Ozon təbəqəsi gün keçdikcə daha çox zərər görür və nazikləşir. Bu da insanların günəşin zərərli şüalarına daha çox məruz qalmasına səbəb olur. Mütəxəssislər əvvəllər, sadəcə, yay aylarında SPF qoruma faktorlu krem və günəş eynəyindən istifadəni vacib hesab edirdilərsə, indi bütün fəsillərdə hər iki vasitədən kömək almaq məsləhət görülür. Çünki uzun müddət günəşin ultrabənövşəyi şüalarına məruz qaldıqda dəri xərçəngi başda olmaqla bir çox dəri problemləri, gözdə katarakta və ya sarı nöqtə xəstəliyi yarana bilər. Gözlərdə qızartı, sulanma, yanma hissi günəşin mənfi təsirinin ilk işarətləridir.

Təəssüf ki, günəşin zərərli təsirindən, demək olar ki, hər kəs xəbərdar olsa da, tədbir görənlərin sayı olduqca azdır. Xüsusilə də, valideynlər bu mövzuda olduqca məsuliyyətsiz davranırlar. Halbuki, uşaqlar da günəşdən qoruyucu eynəklər taxmalı və xüsusi kremlərlə dərisini qorumalıdırlar.

Bəs, hansı yaşdan sonra uşaqlar günəş eynəyi taxmağa başlamalıdır? Əks halda, hansı problemlər baş verə bilər? Ən əsası, günəş eynəyi seçərkən nələrə diqqət etmək lazımdır?
türkiyəli göz xəstəlikləri mütəxəssisi, doktor Münəvvər Şenkal bu haqda olduqca önəmli məlumatlar verib.

Onun sözlərinə görə, hazırda bir çox insan günəş eynəklərindən ancaq moda xatirinə istifadə edir. Ancaq bu eynəklər, sadəcə, aksessuar deyil, həm də bir çox xəstəliklərin qarşısını alan qalxandır.

Mütəxəssis bildirib ki, bəzilərinin gözləri günəşə qarşı daha həssas olur. Ona görə də mütləq günəş eynəyindən istifadə etməlidirlər:

"Günəş eynəklərinin ən əhəmiyyətli funksiyası gözümüzü UB şüalarından qorumaqdır. Hər kəs günəşdən qorunmalıdır. Ancaq çöldə daha çox vaxt keçirənlər, müəyyən göz problemləri yaşayanlar xüsusilə diqqətli olmalıdırlar. Təzyiqi aşağı salan dərman qəbul edənlər, hamiləliyin qarşısını alan dərmanlardan istifadə edənlər işığa qarşı daha həssas olurlar. Ona görə də, belə insanlar günəşə qarşı xüsusi tədbirlər görməlidirlər".

Doktor Münəvvər Şenkal uşaqların da günəş eynəklərinə ehtiyac duyduqlarını bildirir:

"3-4 yaşından etibarən uşaqlar da günəş eynəklərindən istifadə etməlidirlər. Çünki uşaqların gözləri daha həssasdır və ultrabənövşəyi şüalar onların gözlərində müalicəsi mümkünsüz olan xəstəliklərə səbəb ola bilər. Uşaqlar üçün şüşəsi polarizə olan günəş eynəkləri daha uyğundur".

Ümumiyyətlə, günəş eynəyi seçərkən aşağıdakı nüanslara fikir vermək lazımdır:

*Eynəyin sertifikatı olmalıdır.

*Sertifikatda eynəyin ultabənövşəyi şüalardan hansı nisbətdə qoruduğu qeyd edilməlidir.

*Eynək 400 nanometrdən az olan şüaları keçirməməlidir.

*Günəş eynəyinin şüşəsi tünd rəngdə olmalı və işığın təsirini ən az 50 faiz azaltmalıdır


Şərhlər: 7
Baxılıb: 578
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevincka
maraqlı xəbərdi amma mən eynəyi 10-11 yaşında taxmağa başlamışam
2 sentyabr 2015 11:46
# 7
vipbetul
indi 1 yasi olan usaqlarada achqi taxrlar,tebiki gerek ki usaqlarcin achqi alarken fikir vermek lazimdi ki usaqlarin gozune ziyan olmasun
17 avqust 2015 12:15
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Keyfiyyətli gün eynəklərindən istifadə olunmalıdır. Keyfiyyətsiz, yəni əsl şüşədən olmayan eynəklər gözlərə daha da ziyan verə bilər. Diqqətli olun, uşaqlarınızın gözlərini Günəş şüalarından qorumaq istəyərkən, keyfiyyətsiz eynəklərin də gözlərə verdiyi zərərdən yaxa qurtarmaq məcburiyyətində qalmayasınız sonra.

...666...
16 avqust 2015 17:09
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Mende uwaqlara her gunlu havada tapwiriram ki gun eyneklerinizi cixartmayin
15 avqust 2015 21:16
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Mende usaqliqdan gun eyneklerinnen istifade edirem. Mutleq istifade edilmelidir cunki gozlere ziyanlidir
15 avqust 2015 19:53
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
♥ KaMa ♥
oxumadım amma 3 4 yaşdan soranı gördüm bəsdi)) 122
15 avqust 2015 19:45
# 2
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
sadecə mən
Türklər demişkən "Bən kəndimi bildim biləli"" gün eynəyindən istifadə edirəm.Əlbəttə gözlərimi qurumaq üçün.
15 avqust 2015 19:36
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz