Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız övladı ilə oğlan arasında fərq qoymaq cahillikdir
Qız övladı ilə oğlan arasında fərq qoymaq cahillikdir
Göndərən: Catwoman666
Şərhlər: 11
Baxılıb: 698
Səs ver:
Övlad ayrı-seçkiliyi qəribə görsənsə də, günümüzdə də mövcuddur. Cəmiyyətimizdə belə bir fikir var: "Oğlan nəslin davamçısıdır" ailə üçün əsasdır, varisdir. Buna görə də ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Çox vaxt kiminsə oğlu olanda onu təbrik edirlər, gözaydınlığı verirlər. Ancaq qız övladı olanda bu təbriklərin sayı xeyli azalır. Butun bunların nəticəsidir ki, statistikaya nəzər salsaq görərik ki, son illərdə oğlanların sayı qızlara nisbətən xeyli artıb. Çünki hamı oğlunun olmasın istəyir. İndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bildirilirdi. Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişir. Elə valideynlər də var ki, qız övladının olmasını daha çox istəyirlər. Buna səbəb kimi, yaşlananda onlara daha çox qayğı göstərənin qız övladı olmasını əsas gətirirlər. Bəs, görəsən, bu fikir nə dərəcə də doğrudur? Övladlar arasında ayrı-seçkilik salmaq fikri haradan qaynaqlanır? Yaşlananda valideynlərə daha çox qız övladı qayğı göstərir, yoxsa oğlan? Mövzu ilə bağlı mövqeyini açıqlayan psixoloq Hüseyn Xəlilov bildirdi ki, hər bir ailənin psixologiyası fərqlidir: "Elə ailələr var, onlar üçün qız uşağı önəmlidir, elələri var oğlan uşağı. Ancaq bu doğru psixologiya deyil. Uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyirlər ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər. Mən özüm belə hadisələrin dəfələrlə şahidi olmuşam. Bu yaxınlarda mənə iki bacı müraciət etmişdi. Şikayətləri də əsasən bunlar idi: "Biz iki bacıyıq. Bir də qardaşımız var. Olmaz olsun elə qardaş. Kaş heç olmayaydı. Qardaşımız dünyaya gələndən sonra atamız bizi sevmir. Ona hər şeyin ən yaxşısını edir. Bizə yox". Bu kimi şikayətlər gələcəkdə ailədə ciddi problemlərin yaranmasına səbəb olur".

"Bir insanın qızı varsa, oğlu yoxdursa, ona sonsuz demək doğru deyil"

"Oğlan uşağını niyə daha çox istəyirlər, bilirsiniz?" deyərək sözlərinə davam edən psixoloq əlavə etdi ki, oğlan uşağı bir daşıyıcıdır, nəslin davamçısıdır. Ailənin namusu, məsuliyyəti istər-istəməz oğlan uşağının üzərinə düşür. Hər bir övladın yaxşı yönləri var. Qız uşağı gələcəyin anasıdır. Min bir əziyyətlə dünyaya övlad gətirir. Bəzən ardıcıl üç-dörd qız uşağı olan ata nəslinin kəsiləcəyini, adının yerdə qalacağını düşünür. Belə düşünmək olmaz. Peyğəmbər (s. ə. s) Əfəndimizin də nəslini davam etdirən oğlu olmayıb. Ancaq onun nəsli kəsilibmi? Xeyr. Bir insanın qızı varsa, oğlu yoxdursa, ona sonsuz demək doğru deyil. Bu, cahillikdir. Övladlarımızın hamısı bizim üçün əziz olmalıdır. Mənim də 3 qızım var, oğlum yoxdur. Ancaq mən özümü heç də sonsuz hesab etmirəm. Elə oğul var evin dirəyi olur, ata-ananın üzünü ağ edir. Elə oğul da var ki, olmasa, daha yaxşıdır. Ailələr tanıyıram oğul böyüdüb, amma övlad ata-anasını atıb gedib xarici bir ölkədə yaşayır. Ailəsi ilə maraqlanmır. Ancaq qüsur axtarırıqsa, hər ikisində axtarmalıyıq. Elə bir qüsur yoxdur ki, ancaq oğlanda olsun, qızda olmasın və ya əksinə. Sadəcə, ayrı-seçkilik etmək doğru deyil. Bunların hamısı insanlarda mənəvi boşluqdan irəli gəlir. Buna görə də valideynlərin psixoloji cəhətdən maariflənməsi lazımdır.

"Oğul-qız deyib, övladı ayırmaq olmaz"

"Ailədə övlad ayrı-seçkiliyini heç bir şəkildə dəstəkləmək mümkün deyil" deyən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli bildirdi ki, hazırkı dövrdə insanların çoxu qız övladının ailə üçün bir nemət olduğunu dərk edirlər: "İnsanlar öz münasibətlərində də bunu ifadə edirlər. Bir müddət əvvəl sosial şəbəkələrdə belə bir yazı oxudum. İki oğul atasının üçüncü övladı - qızı dünyaya gəlib. Bu zaman o, "məni, həqiqətən də, ata edən qızım dünyaya gəldi" deyə bir fikir paylaşmışdı. Bu da onu göstərir ki, artıq insanlar övladları arasında ayrı-seçkilik salmırlar. Ancaq elə ailələr də var ki, bu fikri onlara şamil etmək olmaz. Ümumiyyətlə, oğlan uşağından imtina etmək halları çox nadir olur. Qız uşaqlarından isə valideynlər daha tez imtina edə bilirlər. Çünki bizdə belə bir fikir formalaşıb kişinin oğlu olar. Bu, sözün əsl mənasında, cahillikdir. Hər şeydən əlavə təbiətin özünün tələbatı var. Dünyaya gələn kişi və qadın sayı arasında Yaradanın qoyduğu təbii bir balans var. Təbiət öz tarazlığını bərpa etməyə çalışır. Ancaq biz bu tarazlığa müdaxilə edirik. Doğulan qız və ya oğlan uşaqlarının sayına özümüz nəzarət etməyə çalışırıq. Sonda onu da əlavə edim ki, bizdə belə bir fikir var ki, valideynə yaşlananda oğlu baxmalıdır. Ancaq indi ata-anaya sahib çıxan əsasən qızlarıdır. Mənim də oğlum, qızım var. Mən heç vaxt belə seçim etmək istəməzdim. Qızımmı mənə sahib çıxacaq, oğlummu, bilmirəm. Oğul-qız deyib, övladı ayırmaq olmaz. Tərbiyədən çox şey asılıdır. Tərbiyəni, milli dəyərlərimizi övladlarımıza düzgün verməyi bacarmalıyıq. Övladları elə böyütmək lazımdır ki, nəinki onlar arasında qısqanclıq, əksinə onlar arasında bir-birinə ehtiyac, dəyər olsun. Bir-birilərinin nə qədər dəyərli olduğunu özləri dərk etsinlər. Bir-birinə bağlı olan övladların valideynləri də heç vaxt kənarda qalmaz".


Şərhlər: 11
Baxılıb: 698
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qiz ovladlari oqlanlardan daha cox valideyinlerini isdiyib onlara sahib cixirlar.bezi oqlanlarin olmasindansa qiz usaqinin olmasi yaxsidi,qiz usaqi bir nemetdi o oqlanida dunyaya getiren bir qadindir cahil kisiler hemde dinimizdede bilirik ki qiz usaqi daha eziz tutulur
2 avqust 2015 15:49
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
neri
her ikisi allahin verdiyu paydr.duzdu menim iki oglum var ve oglan usaglarini sevirem amma bu odemek deyilki qizim olsa ayri tutaram istemerem xeyr heresini oz yeri var.sadece qiz olmag daha cetindi oncun men qiz istemirem men ozum cox eziyyet cekdim bu heyatda oncunda elebilrem qizim olsa oda ceker menim cekdiklerimi.duzdy beljede duz fikirlesmirem amma neynim bu menim fikrimdi...allah butun balalarin canin sag elesin
2 avqust 2015 11:13
# 10
Sert
Dosta_inam
Allahin verdiyi paydir, ferq qoymagi hec xoslamiram, ancaq o cur aileler var.
2 avqust 2015 08:50
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Canavar sevgisi
Bu gunahdir elbette wukur bizde beee weyler yoxdu:)
2 avqust 2015 00:25
# 8
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Mrs.Pianist
Ele aileler var.Allah cezalarin verecey.Oglanda qizda ALLAHin verdiyi paydi ele insanlar varki o balaca korpeye nece hesretdirler..Amma bezi qudurmuwlar bele edir!!!!
1 avqust 2015 22:59
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
yarpaq33
Sitat: tatyana
He var ele aileler,menim qaynanam qizini gorende ogullari oldugunu tamamile unudur

Can ay baji menimde qaynanam heledi hee o barede bu gun o qeder soz atibki eseblerim temiz pozulub
1 avqust 2015 22:36
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
Qız və oğlan arasında fərq qoyulmağının qəti əleyhinəyəm!!!

...666...
1 avqust 2015 21:06
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
tatyana
He var ele aileler,menim qaynanam qizini gorende ogullari oldugunu tamamile unudur
1 avqust 2015 20:59
# 4
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Dj_Vampir
(((maraqli xeber idi.Bezi dirnaq arasi valideyinler oxusun gerek...
1 avqust 2015 20:48
# 3
فيرا
Tomris Müslümova
Bu barede ureyim doludu saatlarla yaza bilerem sadece kefim yoxdu elim yazi yaza bilmir.təşəkkür edirm
1 avqust 2015 20:01
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ovladin ferqi yoxdur qiz ya oglan. Evlad ayrimi cox gunahdir. Hec vaxt ferq etmez qiz ya da oglan esas mesele saglam olsun
1 avqust 2015 19:58
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz