Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən nə yamansan a kukla...
Sən nə yamansan a kukla...
Göndərən: guler19
Şərhlər: 20
Baxılıb: 1233
Səs ver:
Mistik simvol
Bizim zərərsiz hesab etdiyimiz kuklalar çox təhlükəli ola bilərmiş. Bu heç də boş fikir deyil. Xalq arasında ta qədimdən"qatil kuklalar” haqqında hekayələr dolaşıb, onlar mistik təsəvvürün atributu sayılıb. Amerika və Afrikada hələ bu günə qədər cadügarlar mumdan hazırladıqları kuklalara iynələr batırmaqla real insanlara zərər yetirirlər.
Əcdadlarımız saman və parçadan düzəldilmiş kuklalardan müxtəlif məqsədlər – uşaqları cin – şeytandan, xəstəliklərdən qorumaq və ya evə var – dövlət gətirmək üçün istifadə edirdilər. Valideynlər qızlarına sinəsi qabarıq və əyninə üst – üstə bir neçə tuman geyindirilmiş kuklalar hədiyyə verirdilər. Mənası bu idi ki, əgər hansısa bir qız əlində o kuklanı tutursa, deməli, ona elçi düşmək olar. Toydan sonra isə bu kuklaları cehiz kimi gətirirdilər. ən maraqlısı odur ki, bu kuklalarda sifət olmurdu. Hesab edilirdi ki, əgər kuklalara qaş - göz çəkilsə, üzlərinə cin – şeytan cökə və onlar canlana bilərlər.

XX əsrin əvvəllərində ABŞ – da mistik gəlincikliklər düzəldən Çariz Uinkoks adlı biri ölmüş uşaqların sifətlərini kuklalara köçürür və onların saçını, geyimlərindən bir parçanı bunların içinə qoyurdu.
Qan azlığı xəstəliyindən əziyyət çəkən Rozi Makninin valideynləri onu sevindirmək üçün Uinkoksun kuklalarından birini qızlarına hədiyyə edir. "Beylo - Bebi” adı verilmiş kukla çox gözəl idi. Rozi də bir saniyə belə kuklasından ayrılmırdı. Qız ölərkən oyuncağı özünə o qədər sıxmışdı ki, buna görə onu gəlinciklə bir yerdə dəfn etdilər. Heç cür təsəlli tapmayan valideynlər qızlarının ölümündə kukla müəllifini günahlandırırdılar. Onlar iddia edirdilər ki, oyuncaq zəhərli olub. Ən dəhşətlisi isə o idi ki, qəbir açılan zaman kukla oradan yoxa çıxmışdır.

Illər sonra "Beylo - Bebi” köhnə əşyalar satılan köşkdə peyda olur. Bu dəfə kuklanı Meri Vanesanın anası qızı üçün alır. Qəribədir ki, tezliklə ata insultdan vəfat edir, anası dəli olur. Bir müddət sonra isə Meri kuklanı bağrına basaraq özünü pəncərədən atır.
1998 – ici ildə bu kuklanı Moskvadakı "İnanc, cadugərlik və dəhşətlər Muzeyi”ində görürlər. Muzey işçiləri kuklanın içərisində saç, qana bulanmış parça və torpaq aşkar etmişdilər. Az keçmir muzey də bağlanır. Hal – hazırda həmin kukla Moskva ətrafındakı bağların birində mistika həvəskarının evində saxlanılır.

Hətta gözəl Barbi də ideal oyuncaq sayıla bilməz. Onun 50 il mövcudluğu müddətində psixoloqlar həmişə həyəcan siqnalı çalıblar. Barbi kimi gözəllik istəyən qızların bədən ölçüsü belə olmaldıır: boy 167 sm, bədən 99 – 46 – 84 sm, çəki 50 kq. Barbiyə oxşamaq istəyən qızların bu hal aneroksiyaya gətirib çıxara bilir.
Kuklalar qeyri – müsbət stereotip əxlaq yaradır: öz balaca sahibəsini analığa hazırlamır, əksinə onlarda tələbkar qadın formalaşdırır. Psixoloqlar 7 yaşına qədər uşaqlara Barbini məsləhət görmür. Bu yaşda hələ şəxsi obraz formalaşmır. Onlara xarici görünüşü uşaq olan kuklalarla oynamaq məsləhət görülür. Barbinin başını çıxarmaq və yenidən yerinə qoyaq olur, bu isə uşaqlarda insan bədəni haqqında yalnış təsəvvür oyadır.

Qeyd: Əgər uşaq tez – tez xəstələnsə, ərköyünlük etsə və söyləsə ki, onun kuklası canlıdır həmin oyuncağı evdən uzaqlaşdırın. Uşağın beli əyilərsə qaş qabaqlı qalarsa, ola bilsin, o, monstrkukla ilə oynayır.

PS. Bəs, siz, heç düşündünüzmü gələcəkdə övladlarınıza oyuncaq alarkən nəyə fikir verməlisiniz?


Şərhlər: 20
Baxılıb: 1233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
maraqli xeberdi ..düzü biraz qorxdum oxuduqca ..inaniram neceki mende balaca vaxti sehirli annem adli seriala baxib onlar kimi ucmaq isteyyirdim....sonra anam qoymadi agliyirdimki ucum..mende diqqetli olacam bundan ble
20 iyul 2015 14:02
# 20
vipbetul
bu haqdailk defedi ki oxuyuram qorxulu kukla filmlerini izlemishem kuklaninda bu qeder cadukun olmaqinada inanmiram
8 iyul 2015 15:13
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
coooooxx maraqli movzudur/ bax menim men bele xeberleri sevirem. cunki mistika ile coxxx maraqlaniram. menim bir kuklam var. daha dogrusu bir dostum var. adi Elaydir. o meni men de onu cooooox isteyirem. o meni anlayir
5 iyul 2015 22:32
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
Happy
Oxuduqca tirsdim.
3 iyul 2015 20:55
# 17
aliceWOnDer
Buna inanacagimizi gozlemeyin yani..Yenede tesekkur..
3 iyul 2015 19:26
# 16
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ALESSANDRA
oxuduqca qorxdum
çoxsağol canim ela xeber hazırlamısız... men bu yasimda helede kukla isteyirem..o ki qaldi körpeer istemiye..heç vaxt düsünmemisdimki kuklalar insanlara zerer vere biler..böyük maraqla oxudum.
təşəkkür

məndə hələdə elə bir təssürat varki kuklalar canlidir...
sanki etdiklerimi heqiqeten görür..ve bir gün danisacaq
3 iyul 2015 17:21
# 15
Don't trust anyone ∆
Mrs.Pianist
Coxda inandirici gelmir iyne batir baskasina zerer deysin)) amma yenede tesekkurler
3 iyul 2015 16:40
# 14
Acısı çox olan qizların guluşu gozel olur.!
my_angel
Belə şeyləri öz aləmimdə mövhumat (xürafat) adlandırıram. İnandırıcı gəlmir nədənsə... Allah özü kömək olsun.
3 iyul 2015 16:03
# 13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
naz_vefa
Men inamiram insana xeyride weride belanida allah gonderir kuklalar bow weydi
3 iyul 2015 09:52
# 12
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Dosta_inam
Oxuduqca qeribe olureee insan,ancam men bele şeylere inanmıram,insanan ne gelirse Allahdan gelir,kukla filan boş şeydir.
3 iyul 2015 06:52
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Oyy, gerek oxumayaydim bu vaxti bunu...axira qeder oxuya bilmedim, qalsin se he r oxuyaram....
3 iyul 2015 04:38
# 10
Qelbim doludu !!!!
Nergız33
Gecenin bu vaxtı qorxdume lap yaxşı ki evde kukla yoxdu lap qorxardıme
3 iyul 2015 03:47
# 9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
tatyana
Men bucur seytanin insan aglina yeritdiyi bos seylere hec vaxt inanmiram
3 iyul 2015 02:14
# 8
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Ayten666
Bir fikrim yoxdu
3 iyul 2015 01:30
# 7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Antikvar
Mətni oxuduqda həyacanlandım biraz)Bu mövzü haqqında hətta kinolarada baxmışam,kuklarşlara iynə batlraraq digər bir canlıya zərər yetirmək kimi hallar barısindədə oxumuşam,diəru və yaxud yanlışdı bilmirəm.Bildiyim evdı qız uşaqı olmadığından kukla deyən bir oyuncaq yoxdu.Mənimdə uşaqlıqdaa bir kuklam varıydı mavi gözlü saçları buruq özdə çox böyük hər gecə onunla yatardım amma canlı olduğunu heç hiss eləməmişəm)
3 iyul 2015 01:23
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
GünƏşimƏ_AiD_
Belehseyleree mistikiticki istoriya flan inanairam coxda maraqla oxuyuram...
3 iyul 2015 00:53
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
WiRiN BaLaM
Belə bir hekayə oxumuşdum canlı kukla uşağın gözünə gorünürdü uşaq yediyi yeməkdən içdiyi sudan verirmiş gizli gizli kuklaya .uşaqın kukladan ayrılmadığını görən anası kuklanı əzib atır və həmin kukla uşağa çox pis zərər vermişdi. Nəbilim valla həyatdı hər şey ola bilər Allah qorusun belə şeylərdən.
3 iyul 2015 00:26
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
KRALİCEM
Inanmiram
3 iyul 2015 00:14
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Acigi bele seylere inanmiram. hisi cefengiyatdi kuklalarda menfi enerji ola bilmez
2 iyul 2015 23:34
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ell.nell
Ay cox qorxdum hele mistik kukla voobşe..bilmirem inandırıcıdı ya yox
2 iyul 2015 23:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz