Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın cinsinin planlaşdırılması realdır?
Uşağın cinsinin planlaşdırılması realdır?
Göndərən: ulduz
Şərhlər: 11
Baxılıb: 1564
Səs ver:
İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.

Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.

Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.

Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq. Buna görə də kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan "narazılığının və iddiasının” heç bir əsası yoxdur. Məhz eyni səbəbdən körpənin cinsinin planlaşdırılması üzrə anaya - onun yaşına, doğum tarixinə, pəhrizinə və s. xüsusiyyətlərinə aid olan bütün hesablamalar da əsassız və yanlış hesab edilməlidir («yeni qan», «qanın yeniləşməsi» və s. «üsulları»).

Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-xromosom olçülərinə və ağırlığına görə Y-xromosomdan dəfələrlə artıq olur. Ona görə də X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.

Spermatozoidlə mayalanma yalnız yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından sonra (ovulyasiya) baş verə bilər. Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün saxlayır. Əgər cinsi akt ovulyasiyadan bir neçə gün qabaq olmuşsa, çox ehtimal ki, qız uşağı doğulacaqdır. Çünki bu zaman qadının cinsi yollarında yalnız daha uzun omürlü, davamlı və güclü olan X-spermatozoidləri qalmış olur. Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə və ovulyasiyaya qədərki 1 həftə ərzində onlar cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər. Çünki daha yüngül və daha hərəkətli olan Y-spermatozoidlər yumurta huceyrəsinə daha tez çataraq (daha ağır və ləng olan X-spermatozoidləri qabaqlayaraq) onu mayalandırır.

Bu metod 100% dəqiq olmasa da, daha düzgün və effektli sayıla bilər.

Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü dəqiq hesablamaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, keçirilən streslərin təsirindən, antibiotiklərin qəbulundan, iqlim dəyişməsi nəticəsində ovulyasiya günü bəzi hallarda dəyişə bilər.

EKM - ekstrakorporal mayalanma - ösulu çərçivəsində lazer texnologiyasının köməkliyi ilə spermatozoidləri X və Y-növlərinə ayırmaq mümkündür. Ayrılmış X və ya Y-spermatozoid laborator şəraitdə (şüşə borusunda) yumurta hüceyrəsini mayalandırır. Sonra arzu edilən oğlan və ya qız rüşeymini əldə edərək onu qadının uşaqlıq boşluğuna daxil edirlər.

Qeyd edək ki, adı çəkilmiş üsulların heç biri arzu edilən nəticənin əldə edilməsinə 100% təminat vermir. Bundan başqa yadda saxlamaq lazımdır ki, cinsindən asılı olmayaraq ailədə sağlam uşağın doğulması ən əhəmiyyətli və xoşbəxt hadisədir.


Müqəddəs Quranda ALLAHIN adından belə deyilir:

"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).

«Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…» (Rad, 8)


Şərhlər: 11
Baxılıb: 1564
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Allah verdiyine wukur etmek lazimdir ne ferqi var qiz ya oglan.
6 iyun 2015 14:26
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
ulduz
ESAS CAN SAGLIGIDI HAMISI BOS SEYDI ALLAH VEREN PAYDI
6 iyun 2015 00:33
# 10
Dosta_inam
Her şey Allahin elindedir,ne meslehet verirse ona şükür etmeliyik,kimin qismetinde yazisinda ne var o,ferq etmez oğlan qiz sağlam eli ayaği düz olsun bes eder,testle filanla olmaz,Tanri ne yazib o.
5 iyun 2015 05:53
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
krisa
Qurban olum ALLAHA.Ne olar,bir defe oglandan otru qizi abort etdirenleri bu dunyada da cezalandir,bezileri ucun ders olsun.Men 10 ildir ovlad hesreti ile yaniram,Ne OLAR Allahim menim kimi nece-nece ovladi olmayanlara o gozel payindan bize de bexs et.
5 iyun 2015 02:59
# 8
Antikvar
Sonda yazılan sözlər necədə gözəl vurğulanıb...İnanmıram bele şeylərə,hətta qız,oğlan seçimi üçün kalendar ilə hesablama aparırlar,sonra həmən vaxta işlərini görürlər,eşitdiyimə görə.Verən Allah yaradan Allah ,nə kalendar nə hesablama əsas sağlam ,ağıllı,valdeynin başını uca tutan övlad olsun.
5 iyun 2015 01:59
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
yarpaq33
Allah ne verir ozu bilen meslehetdi sag salamat versin
4 iyun 2015 23:41
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Happy
Bu haqda melumatim var idi.
4 iyun 2015 23:39
# 5
WiRiN BaLaM
fon seklini kişi qarnına oxsatdime birinci baxanda 122

hər ikiside Allahin payıdı verene şükür......teki her aileden usaq sesi esidilsin
4 iyun 2015 23:38
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
usagin qiz ya da oglan olmaginin x ve y-lerden aslidir
4 iyun 2015 23:09
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Bele seylere inanmiram. Ferqi yoxdur qiz yada oglan esas saglam dunyaya gelsin
4 iyun 2015 23:07
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
Allah ne yazirsa oda olur
4 iyun 2015 23:02
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz